Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7090/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3538/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı avtomaşının geri qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə ərizə ilə də məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı avtomaşının geri qaytarılmsı və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxılıb yekunlaşanadək "Hyundai Sonata” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına və həmin avtomaşının BDYPİ-nin müvəqqəti duracağına yerləşdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3538/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, hazırki mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək "Hyundai Sonata"’ markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və başqa şəxslərə qadağan edilməsi, ərizənin digər hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3538/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Hyundai Sonata” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili artıq 11.03.2021-ci il tarixdə (iddia ərizənin icraata qəbul edilməsindən əvvəl) X1 (qeydiyyat ünvanı: Ağcabədi rayonu, Pərioğullar kəndi, ş/v AZE********) satılmışdır. Alqısatqını təsdiq edən Nəqliyyat vasitənin alqı-satqı müqaviləsinin surəti hazırkı şikayətə əlavə edilir. Belə olan halda, hesab edirlər ki, satılmış və artıq başqa şəxsə məxsus avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağa edilməsi yolverilməzdir, ona görə ki belə bir tədbir iş üzrə iştirakçı olmayan 3-cü şəxsin qanunla qorunan hüquq və mənafelərinə xələr gətirə bilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3538/2021 saylı, 03 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, şikayəti əsassız hesab edir. Rayon məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Xahiş edir, şikayət təmin edilməsin. Şikayətə baxılması vaxtı və yeri haqqında cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin tədbirinin tətbiqinə dair ərizəni qismən təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Çünki, iddianın məzmunundan da görünür ki, iddiaçı mübahisə predmeti olan avtomobilin qaytarılmasını tələb edir. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab edir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıdığından və işi qabaqcadan mahiyyəti üzrə həll etmədiyindən, hazırki iş üzrə də iddianın təmini tədbiri iddia tələbinin məzmununa və həddinə uyğundur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3538/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh2 MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3538/2021 saylı, 20.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7090/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7090/2021
12.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver