Məhkəmə qərarları › İş №2(103)-7092/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7092/2025

24.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7092/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3448/2025 nömrəli 17 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 70,70a saylı mənzil sökülərkən məhv edilmiş ev əşyalarının dəyəri kimi 32460 (otuz iki min dörd yüz altmış) manat həcmində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsinə, tərəfindən ödənilmiş 190 manat dövlət rüsumunun Cavabdehnə aid edilərək ondan tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 70-70a ünvanında yerləşən 6 otaqdan ibarət mənzil iddiaçının tam mülkiyyətində olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Cavabdeh Məhdud Məəsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yəni Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. İddiaçının ailə üzvləri ilə birlikdə qohumlarıgildə qonaqlıqda olmağından istifadə edən Cavabdeh işçiləri 02 yanvar 2024-cü il tarixində saat 21-30 radələrində içərisində ev əşyaları olan Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 70-70a ünvanında yerləşən 6 otaqdan ibarət mənzilini heç bir razılaşma əldə etmədən ekskavatorla sökməyə başlamışdır. Bu barədə qonşular iddiaçıya zəng edib məlumat verdilər. Dərhal həmin əraziyə gəldi və mənzilinin 2 otağının, dəhlizinin və mətbəxinin ev əşyaları ilə birlikdə məhv edildiyini gördü. Mənzilə daxil olaraq paltarlarını və zinət əşyalarını götürdülər. Həyat yoldaşı Nümayəndə2 söküntüyə mane olmaq istədi. Bundan sonra Cavabdeh MMC-nin faktiki rəhbərlərindən biri Qasımov Kənan söz verdi ki, söküntü işlərini dayandıracaq. Həmin gecə qohumlarının mənzilində gecələdikdən sonra, 03 yanvar 2024-cü il tarixində əraziyə gələndə gördülər ki, mənzil aşağıdakı cədvəldə göstərilən ev əşyaları ilə birlikdə tamamilə məhv edilmişdir. Bu barədə ailə üzvləri ilə birlikdə akt tərtib etdilər. 1.mebel dəstləri 6 ədəd-21.000 manat, müasir modelli televizorlar 4 ədəd-2.400 manat, kondisionerlər 3 ədəd-2.200 manat, soyuducu 1 ədəd-1.300 manat, qaz pilitəsi 1 ədəd- 500 manat, paltaryuyan maşın 1 ədəd-500 manat, samsung elektrik qızdırıcısı 1 ədəd-250 manat, iran istehsalı olan xalçalar 3 ədəd-1.500 manat, hoffmann markalı elektrik sobası 1 ədəd-250 manat, tozsoran 1 ədəd-260 manat, xrustal lyustra 5 ədəd-3.500 manat, 6 otağı qızdırmaq üçün kombi sistemi 3.000 manat, personal kompüterlər 2 ədəd-800 manat, cəmi 37.460 manat. Qeyd: Yuxarıda qeyd edilən ev əşyaları istismarda olduğu üçün onların dəyəri azaldılmışdır. Bununla da iddiaçının mənzil mülkiyyətçisi olaraq qanunla qorunan hüquqları Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Dəfələrlə Cavabdeh MMC-nin faktiki rəhbəri X3 ofisinə gedib heç bir razılaşma olmadan mənzilin və ev əşyalarının dağıdılmasına dair iradlarını bildirmiş və onların əvəzinə kompensasiya tələb etmişdir. Mənzilin dağıdıldığından iki ay sonra, 23 fevral 2024-cü il tarixində iddiaçı ilə Cavabdeh MMC arasında “Müqavilə № 113” bağlanmışdır. Həmin əvəzləşdirmə müqaviləsinə əsasən faktiki 120 kv.m-dən ibarət mənzilin əvəzinə hər biri 95,0 kv.m-dən ibarət 2 ədəd təmirsiz mənzili mülkiyyətinə verməyə və mənzillər ona təhvil verilənə qədər ayda 800 manat kirayə haqqını ödəməyə dair Cavabdeh MMC üzərinə öhdəliklər götürmüşdür. Lakin 2025-cü ilin aprel ayından bugünə kimi Cavabdeh MMC tərəfindən ona kirayə haqqı ödənilmir. Cavabdeh MMC ilə aralarında müqavilə imzalananda məhv edilmiş ev əşyalarına dair tərtib edilmiş Akt tərəfindən Şahin Qasımova təqdim edildi. O, həmin Aktı nəzərdən keçirdikdən sonar ona 5000 manat pul verdi və bildirdi ki, qalıq məbləğini hissəhissə iddiaçıya ödəyəcək. Lakin o vaxtdan bugünə kimi məhv edilmiş ev əşyalarına görə 32.460 manat həcmində kompensasiya məbləği Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməmişdir. Tərəfindən ev əşyalarının məhv edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna müraciətlər edilmişdir. Həmin orqanlar tərəfindən iddiaçıya ünvanlanmış cavablarda həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Beləliklə hesab edir ki, Cavabdeh MMC tərəfindən mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən 70,70a saylı mənzil sökülərkən məhv edilmiş ev əşyalarının dəyəri kimi 32.460 manat həcmində kompensasiya tələb etməyə dair tələbi haqlıdır. Daha sonra iddiaçı, iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, “Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən 70, 70a saylı mənzil sökülərkən məhv edilmiş ev əşyalarının dəyəri kimi 32 460,00 (otuz iki min dörd yüz altmış) manat həcmində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsinə, 2025-ci ilin 5 ayı üzrə 4 000,00 (dörd min) manat həcmində kirayə haqlarının Cavabdehndən tutularaq ona ödənilməsinə, 2025-ci ilin oktyabr ayından başlayaraq “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş yeni mənzillər ona təqdim edildiyi günə kimi əvvəlcədən ödənilmək şərti ilə hər ay 800,00 (səkkiz yüz) manat həcmində kirayə haqqının ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına, tərəfindən ödənilmiş 250,00 (iki yüz əlli) manat dövlət rüsumunun Cavabdehnə aid edilərək ondan tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh və İddiaçı arasında bağlanmış 23 fevral 2024-cü il tarixli “müqavilə № 113”-ün 1.1.2. bəndinə əsasən tikinti müəssisəsi “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş yeni mənzillər ona təqdim edildiyi günə kimi əvvəlcədən ödənilmək şərti ilə hər ay 800,00 (səkkiz yüz) manat həcmində kirayə haqqını ödəməyi üzərinə götürmüşdür. Lakin hazırki işə məhəl qoymayan Cavabdeh MMC 2025-ci ilin aprel ayından həmin ilin sentyabr ayına kimi kirayə haqlarını İddiaçı ödəmir. Bu fakt 21 avqust 2025-ci il tarixli “Ödəniş kartı üzrə Çıxarış” ilə öz təsdiqini tapmışdır. Məhkəmənin sonuncu iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 etiraf etdi ki, 2025-ci ilin 5 ayı üzrə 4 000,00 (dörd min) manat həcmində kirayə haqlarını İddiaçı qızma ödəmirlər və heç ödəmək fikirləri də yoxdur. Məhz bu səbəblərə görə də hesab edir ki, iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3448/2025 nömrəli 17 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 23 fevral 2024-cü il tarixli müqavilə üzrə 2025-ci ilin 5 ayı üzrə ödənlməmiş 4.000,00 manat həcmində kirayə haqqı tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, iddiaçı onun qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini, cavabdeh isə onun ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Hər iki şikayət Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7092/2025 nömrəli 19 dekabr 2025-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda iddiaçının nümayəndəsi və cavabdeh qətnamədən verdikləri apellyasiya şikayətindən imtina etmələri barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri ərizələrini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, nümayəndələr tərəfindən verilmiş apellyasiya şikayətləridən imtina barədə ərizə qəbul edilməli və hər iki tərəfə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçı və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina qəbul edilməli və onlara münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3448/2025 nömrəli 17 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərindən imtina qəbul edilsin və onlara münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar