Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7098/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədirliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(005)27/2019 nömrəli qərardadından iddiaçı “İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 cavabdehlər İddiaçı3-nin təsisçisi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 615 000 ABŞ dolları məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)5626/2017 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, İşə mahiyyəti üzrə baxılıb həll edilənədək, Cavabdeh1 adına olan - “FORD” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin, Cavabdeh2 adına olan “MERSEDES 904” markalı, ** GB ***, “MERSEDES E 240” markalı, ** LR ***, “MERSEDES G 500” markalı, ** FH ***, “VAZ 21214” markalı, ** XM ***, “VAZ 212140” markalı, ** MZ ***, “MERSEDES S 350” markalı, ** SV ***, “LEXUS GX 460” markalı, ** FK ***, “FORD EXPEDİTİON” markalı, ** NG ***, “LAND ROVER DİSCOVERY 3” markalı, ** OK ***, “MERSEDES S 500” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, Cavabdeh2 adına olan – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 03.12.2015-ci il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 08.12.2016-cı il tarixliÇıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və Cavabdeh3 adına olan - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №-li, 29.04.2011-ci il tarixli Çıxarış əsasında Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilin üzərinə həbs qoyulması, qərardadın icrasının Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh1 1 114 703 (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pul İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.08.2020-ci il tarixli 2(103)-5057 /2020 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(005)-27/2019 nömrəli qətnaməsi qüvvəsində saxlanılmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadının qismən ləgv edilməsi barədə 02.06.2021-ci il tarixdə ərizə ilə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin yuxarıda göstərilən qətnaməsinə əsasən məhkəmə iddiaçıların iddia tələbini Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməmişdir. Buna baxmayaraq, cavabdehlərin mülkiyyət hüquqları pozularaq onların əmlakları üzərinə Bakı şəhər Nərimanov rayon məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)- 5626/2017 saylı qərardadı ilə qoyulmuş həbs hələdə götürülməmişdir. Odur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 əmlakları üzərinə iddianın təmin tədbiri qismində qoyulmuş həbslər götürülməlidir. Məhkəmənin 10 iyun 2021-ci il tarixli 2(005)-27/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)- 5626/2017 nömrəli qərardadı qismən ləgv edilmiş, Cavabdeh2 adına olan “MERSEDES 904” markalı, ** GB ***, “MERSEDES E 240” markalı, ** LR ***, “MERSEDES G 500” markalı, ** FH ***, “VAZ 21214” markalı, ** XM ***, “VAZ 212140” markalı, ** MZ ***, “MERSEDES S 350” markalı, ** SV ***, “LEXUS GX 460” markalı, ** FK ***, “FORD EXPEDİTİON” markalı, ** NG ***, “LAND ROVER DİSCOVERY 3” markalı, ** OK ***, “MERSEDES S 500” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs, Cavabdeh2 adına olan – Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 03.12.2015-ci il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 54 saylı mənzilin; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li, 08.12.2016-cı il tarixli Çıxarış əsasında Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və Cavabdeh3 adına olan - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* №-li, 29.04.2011-ci il tarixli Çıxarış əsasında Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 15 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. İddiaçı “İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil 18 iyun 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(005)-27/2019 nömrəli qərardadından şikayət verərək qərardadın ləgv olunması və ərizənin təmin olunmamasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı, 21.06.2021-ci il qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olmaqla bərabər Mülki Prosessual Məcəllənin tələbləri pozulmaqla qəbul edilmişdir.Belə ki, məhkəmə iddiaçılara məlumat verilmədən, birtərəfli qaydada həbsin götürülməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçıların vəkili və nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya hesab edir ki, şikayət qismən təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(005)27/2019 nömrəli qərardadı ləğv olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadının qismən ləgv edilməsi barədə 02.06.2021-ci il tarixdə ərizələrinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən Kollegiya qeyd edir ki, şikayət qismən təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(005)27/2019 nömrəli qərardadı ləğv olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadının qismən ləgv edilməsi barədə 02.06.2021-ci il tarixdə ərizələrinə tərəflərin məhkəmə prosesində iştirakı təmin olunmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 2(005)27/2019 nömrəli qərardadı ləğv olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli, 2(005)-5626/2017 saylı qərardadının qismən ləgv edilməsi barədə 02.06.2021-ci il tarixdə ərizələrinə tərəflərin məhkəmə prosesində iştirakı təmin olunmaqla yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan Kassasiya şikayəti nəzərdə tutulmamışdır. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7098/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7098/2021
07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver