Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7104/2025 22.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmməd oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-nin Gəncə filialı ilə bağlanmış depozit müqaviləsinə əsasən banka 32.500 manat və 10.000 ABŞ dolları qoyduğu əmanətin ödənilməmiş 26.865,27 manatının (sığortaya düşən məbləğ) Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva, iş 2(006)-368/2025) iddia rədd edilmişdir. İddiaçı tərəf apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsasa görə apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından məlum olur ki, mübahisələndirilən qətnamə İddiaçı elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə isə iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş 1 (bir) aylıq şikayət vermə müddətinin ötürülməsini nəzərə almadan şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-ə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada çatdırıldığı gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir (maddə 130.2). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (maddə 130.3). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır (maddə 363.1.3). Bundan əlavə, apellyasiya şikayətində apellyatorun tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməmiş, MPM-in 363.1.1-ci maddəsinin tələbinə tam əməl edilməmişdir. MPM-ə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.1-1). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7104/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7104/2025
22.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver