Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7122/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rəfayel qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1, cavabdehin nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlunun iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-309/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına olan xx xxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, İddiaçı nümayəndəsi və vəkili X2 Cavabdeh1 adına olan xx xxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-309/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə; Mübahisələndirilən ünvan 1 H ünvanında yerləşən fərdi yaşayış evini cavabdeh alğı-satqı müqaviləsi bağlanılması yolu ilə satan zaman, iddiaçı hazırda yaşadığı fərdi yaşayış evinin özünə aid olan otağını həmin alğı-satqı müqaviləsi bağlanan gün tamamilə boşaldaraq cavabdehə təhvil verir. Tərəflər razılaşırlar ki, alğı-satqı müqaviləsi bağlanan zaman iddiaçı hər hansı bir səbəbdən evi boşaltmamağa dair hər hansı bir hərəkət etməyəcəyinə dair zəmanət verərək bunu öhdəlik kimi üzərinə götürür. Tərəflər razılaşırlar ki,evin satılması zamanı 50000 ( əlli min) manat məbləği iddiaçının mənzildən istifadə hüququndan məhrum olmasının kompensasiyası kimi dəyərləndirilərək iddiaçıya ödənilməsinə dair cavabdehin təklifini qəbul edir və həmin pul bank hesabına köçürüldükdən sonra həmin evə dair, ümumiyyətlə, hər hansı bir iddia (birgə nikah dövründə əldə olunan tələbi kimi və s) və tələbinin olmaması barədə üzərinə öhdəlik götürür. Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizələr qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. Mübahisələndirilən ünvan 1 H ünvanında yerləşən fərdi yaşayış evini cavabdeh alğı-satqı müqaviləsi bağlanılması yolu ilə satan zaman, iddiaçı hazırda yaşadığı fərdi yaşayış evinin özünə aid olan otağını həmin alğı-satqı müqaviləsi bağlanan gün tamamilə boşaldaraq cavabdehə təhvil verir. Tərəflər razılaşırlar ki, alğı-satqı müqaviləsi bağlanan zaman iddiaçı hər hansı bir səbəbdən evi boşaltmamağa dair hər hansı bir hərəkət etməyəcəyinə dair zəmanət verərək bunu öhdəlik kimi üzərinə götürür. Tərəflər razılaşırlar ki,evin satılması zamanı 50000 ( əlli min) manat məbləği iddiaçının mənzildən istifadə hüququndan məhrum olmasının kompensasiyası kimi dəyərləndirilərək iddiaçıya ödənilməsinə dair cavabdehin təklifini qəbul edir və həmin pul bank hesabına köçürüldükdən sonra həmin evə dair, ümumiyyətlə, hər hansı bir iddia (birgə nikah dövründə əldə olunan tələbi kimi və s) və tələbinin olmaması barədə üzərinə öhdəlik götürür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-309/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər: İkram Şirinov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7122/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7122/2020
22.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver