Məhkəmə qərarları › İş №2(103)-7125/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7125/2022

24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7125/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 23 sentyabr 2022ci il tarixli qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 200000 (iki yüz min) manat və Cavabdeh3 10000 (on min) manat tutularaq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manatın alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4449/2022 nömrəli, 23 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4449/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4449/2022 nömrəli, 23 may 2022-ci il tarixli icraata qəbul qərardadının ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərardadı ilə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti işin hallarının və bir neçə prosessual hüquq normalarının sadalanaraq həmin normalara əsasən qətnamənin əsassız olması qeyd edilsə də, həmin normaların işin hansı faktiki hallarına düzgün tətbiq edilməməsi göstərilmədiyindən geri qaytarılmışdır. Bundan sonra cavabdehlər yenidən qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərardadı ilə Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2022-ci il tarixli 1094 nömrəli məktubuna əsasən, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2 vəkillik fəaliyyəti 06 (altı) ay müddətinə dayandırılmışdır. Daha sonra, Cavabdeh1 apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 ərizəsinin təmin edilməsi və qətnamədən verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1, həmçinin digər Cavabdeh3 nümayəndəsi kimi də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə yenidən ərizə vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 (Cavabdeh3 nümayəndəsi kimi) həmin ərizəsinin təmin edilməsi və qətnamədən cavabdehlərin birgə verdiyi apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 prosessual müddəti bərpa edilməsi barədə hər iki qərardaddan şikayət vermiş və qərardadların ləğv edilərək ərizələrin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Eləcə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 94/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadından (Cavabdeh1 Cavabdeh3 nümayəndəsi kimi verdiyi ərizəsinin təmin edilməsi barədə qərardad) verdiyi şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpa edilməsi barədə hər iki qərardadında qənaətini belə əsaslandırmışdır ki, cavabdehin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən ötürülmüş hesab edilə bilməz. Buna görə də, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənine 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadların ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, cavabdehlər tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmişdir və apellyasiya instansiya məhkəməsi də həmin şikayəti ilk dəfə icraatına 23 may 2022-ci il tarixdə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin sonradan, yəni 29 iyun 2022-ci il tarixli 2(103)- 4449/2022 nömrəli qərardadı ilə cavabdehlərin apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsi, daha sonra isə cavabdehlərin nümayəndə və vəkilinin vəkillik fəaliyyətinin 6(altı) ay müddətinə dayandırılması onların prosessual müddəti üzrsüz səbəbdən ötürmələri kimi qiymətləndirilə bilməz. Ona görə də birinci instansiya məhkəməsi prosessual müddətin bərpası barədə ərizələri təmin edərkən haqlı olmuşdur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-94/2022 saylı, 23 sentyabr 2022ci il tarixli qərardadları dəyişdirilmədən saxlansın. Qərardadlar çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadlaran şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar