Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7127/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı “X3” publik hüquqi şəxsinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq müəyyən etdi: İddiaçı “X3” publik hüquqi şəxsinə qarşı “pulun ödənilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı ilə mümkün hesab olunmuşdur. Birinci instansiya məhkəməsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubda, qətnamədən cavabdehin də apellyasiya şikayət verdiyi bildirilmiş, buna görə də işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X3” publik hüquqi şəxsinə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7127/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7127/2023
07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver