Məhkəmə qərarları › İş №2(103)-7130/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7130/2020

09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7130/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "Cavabdeh1" MMC-yə və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1301/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh1" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər "Cavabdeh1" MMC-yə və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 vurulmuş maddi ziyana görə 3705 manat, mənəvi ziyana görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun müştərək qaydada alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobil iddiaçının mülkiyyətində olan avtomobildir. Həmin avtomobili yalnız idarə etmək üçün iddiaçı xx xxxxxxxx 2019-cu il tarixində 06 ay müddətinə qohumu X10 notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında istifadəsinə vermişdir. Məhz xx xxxxxx 2019-cu il tarixində həmin avtomobil X13 tərəfindən idarə edilərkən, Cavabdeh1 MMC-nin mülkiyyətində olan və həmin təşkilatın verdiyi etibarnaməyə əsasən iddia ərizəsində göstərilən digər Cavabdeh2 idarə etdiyi ** JV *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” yük vaqon soyuducusu olan nəqliyyat vasitəsi ilə toqquşmuşdur və həmin baş vermiş yol-nəqliyyat hadisəsində günahkar şəxs məhz Cavabdeh2 bilinmişdir. Belə ki, həmin hadisəyə görə Bakı şəhəri DYPİ Polis kapitanı X11 tərəfindən xx xxxxxx 2019-cu il tarixində Cavabdeh2 barəsində ilkin olaraq İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol, daha sonra isə həmin protokol əsasında xx xxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərar qəbul edilərək, Cavabdeh2 barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat miqdarında cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin hadisədən sonra cavabdehlərlə aparılmış şifahi danışıqlar zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 hadisə baş verən zaman idarə etdiyi digər Cavabdeh1 MMC-nin mülkiyyətində olan 99JV462 dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” Yük Vaqon soyuducusu olan nəqliyyat vasitəsinin icbari sığortası yoxdur. Ona görə də, həmin cavabdehlər tərəfindən iddiaçının avtomobilinə vurulmuş maddi ziyanın ödənilməsi hər hansısa sığorta təşkilatı tərəfindən qarşılanması mümkün olmamışdır. Lakin bununla belə həmin cavabdehlər tərəfindən iddiaçıya vurulmuş maddi ziyan da özləri tərəfindən könüllü olaraq ödənilməsi təmin edilməmişdir. Dəfələrlə həmin cavabdehlərlə aparılmış şifahi danışıqlar heç bir müsbət nəticə verməmişdir. Hazırki vaxtadək iddiaçının mülkiyyətində olan ** XD *** dövlət qeydiyyat nişanlı “Nissan Tida” minik markalı avtomobil təmirsiz və istifadəyə yararsız vəziyyətdə qalmaqdadır. “xxxxxxx” AvtoServis № 5-in, xx xxxxxx 2019-cu il tarixində verdiyi zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi aktından da görünür ki, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobilin hazırda təmir və bərpa işlərinin həyata keçirilməsi üçün ümumilikdə 3705 manat məbləğində pul vəsaiti tələb olunur. Hər iki cavabdeh müştərək qaydada iddiaçının qarşısında mülki məsuliyyət daşıyırlar. Belə ki, iddiaçının avtomobilinə vurulmuş maddi ziyan məhz Cavabdeh2 hadisə baş verən zaman idarə etdiyi digər Cavabdeh1 MMC-nin mülkiyyətində olan ** JV *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” Yük Vaqon soyuducusu olan nəqliyyat vasitəsi ilə həyata keçirilmişdir. Bu hadisəyə görə iddiaçı sarsıntı keçirmişdir. İddiaçıya bununla əlaqədar mənəvi ziyan dəymişdir. İddiaçı ona dəymiş mənəvi ziyanın miqdarını 1000 manat məbləğində dəyərləndirir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1301/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada vurulmuş maddi ziyana görə 3035 (üç min otuz beş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3065 (üç min altmış beş) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 birgə qaydada tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1301/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və ziyanın ödənilməsi vəzifəsinin bütövlükdə X4 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "Cavabdeh1" MMC-nin mülkiyyətində olan, cəmiyyətin sürücüsü X6 etibarnamə əsasında idarə etdiyi ** JV *** dövlət qeydiyyat nişanla "Ford Tranzit" yük vagon soyuducusu olan nəqliyyat vasitəsi ilə X2 mülkiyyətində olan etibarnamə əsasında X7 idarə edilməsi üçün verilmiş ** XD *** dövlət qeydiyyat nişanlı "Nissan Tida" markalı minik avtomobil ilə xx xxxxxx 2019-cu il tarixdə toquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində günahkar cəmiyyətin sürücüsü Cavabdeh2 bilinmişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə gəlmiş Bakı şəhəri DYPİ-nin əməkdaşı polis kapitanı Şahin Vahidov həmin tarixdə Cavabdeh2 barəsində Azerbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib etməklə xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh2 həmin məcəllənin müvafiq maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Hadisə baş verən zaman "xxxxxxxxxxx" MMC-nin mülkiyyətində olan cəmiyyətin sürücüsü Cavabdeh2 tərəfindən idarə olunan ** JV *** dövlət qeydiyyat nişanla "Ford Tranzit" yük vaqon soyuducusu olan nəqliyyat vasitəsinin icbari sığorta müddətinin keçməsi müəyyən edilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsinə dair məsuliyyat sürücü Cavabdeh2 üzərinə qoyulmalıdır. ** XD *** dövlət qeydiyyat nişanlı "Nissan Tida" markalı minik avtomobilinin mülkiyyətçisi X3 baş vermiş hadisə ile bağlı ona dəymiş maddi və mənəvi ziyannan ödənilməsinin təmin edilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ile müraciət etmişdir. Coşqun Abdullayev idda ərizəsində mülkiyyətində olan avtomobilə yol-nəqliyyat hadisəsi ile bağlı ona 3705 manat maddi və 1000 manat məbləğində mənəvi ziyan vurulduğunu göstərmişdir. Qeyd olunan iddia ərizəsinə xx xxxxxx 2019-cu ilde Nəsimi rayon məhkəməsində hakim Rəşid Səmədov tərəfindən baxılaraq iddia qismən təmin edilmiş "xxxxxxxxxxx" MMC-nin mülkiyyətində olan ** JV *** dövlət qeydiyyat nişanla "Ford Tranzit" yük vaqon soyuducusu olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilmiş, icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X18 və Nəsimi Rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İddiaçı cavabdehlər" xxxxxxxxxxx" MMC-yə və Cavabdeh2 qarşı "maddi ve mənəvi ziyanın ödənilməsi tələb"nə dair mülki iş üzre məhkəmə baxış iclası xx.xx.2020-ci il tarixdə baxılmışdır. Qeyd olunanlarla əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki huquq pozuntusu (delikt) hüquqla ve qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan ve zərər gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülk hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərər, zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bununla əlaqədər İddiaçı iddia ərzəsində göstərdikləri qismən təmin edilməlidir. Cavabdehlər "xxxxxxxxxxx" MMC və ** JV *** dövlət qeydiyyat nişanla "Ford Tranzit" yük vaqon soyuducusu olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən cəmiyyətin sürücüsü Cavabdeh2 tərəfindən ödənilməlidir. İddiaçı yolnəqliyyat hadisəsi zamanı mülkiyyətində olan ** XD *** dövlət qeydiyyat nişanlı "Nissan Tida" markalı minik avtomobilinə 3705 manat məbləğində maddi və 1000 manat dəyərində mənəvi ziyan vurulmasını bildirmişdir. Bu məbləğin düzgün olmaması və şişirdilmiş kimi göründüyündən" xxxxxxxxxxx" MMC-nin hüquqlarını məhkəmədə müdafiə edən Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili X1 Coşqun Abdulla oğlunun mülkiyyətində olan yol-nəqliyyat hadisəsi zamanı etibarnamə əsasında X13 tərəfindən idarə edilmiş ** XD *** dövlət qeyd edilməsi üçün müvafiq ekspertiza təyin edilməsi barədə vəsatət vermis, məhkəmə vəsatəti təmin etmiş, məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə qərar qəbul etmiş, alınmış ekspert rəyindən qeyd olunan avtomobil yol-nəqliyyat hadisəsi zamanı 3035 manat ziyan vurulmasını müəyyən etmişdir. Tərəflərin izahatları: İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh "xxxxxxxxxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AD № 571068 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobil İddiaçı məxsusdur. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, AD № 588762 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** JV *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” Yük Vaqon soyuducusu olan nəqliyyat vasitəsi "Cavabdeh1" MMC-yə məxsusdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, "Cavabdeh1" MMC ona məxsus olan ** JV *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” Yük Vaqon soyuducusu olan nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixədək Cavabdeh2 istifadəsinə vermişdir. İş materiallarında olan “xxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobilə 3705 manat məbləğində ziyan dəymişdir. İşin materiallarında olan Bakı şəhər DYPİ YNH tərəfindən tərtib edilmiş İXP № ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən və TP № ******* saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, ** JV *** dövlət qeydiyyat nişanlı, “Ford Tranzit” Yük Vaqon soyuducusu olan nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2 hərəkət edərkən yol-hərəkəti qaydalarını pozmuşdur. Bununla əlaqədar avtomobili idarə etmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 9/17 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “xxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2007-ci il buraxılışlı, ** XD *** dövlət qeydiyyat nişanlı, “Nissan Tida” minik markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3035 manat müəyyən edilir. Ekspert tətqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə görə, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Kollegiya işin hallarına əsasən qeyd edir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadissəsi zamanı "xxxxxxxxxxx" MMC-nin mülkiyyətində olan X6 etibarnamə əsasında idarə etdiyi ** JV *** dövlət qeydiyyat nişanlı "Ford Tranzit" yük vagon soyuducusu olan nəqliyyat vasitəsi ilə X2 mülkiyyətində olan etibarnamə əsasında X10 idarə edilməsi üçün verilmiş ** XD *** dövlət qeydiyyat nişanlı "Nissan Tida" markalı minik avtomobilinin toqquşması və yol-nəqliyyat hadisəsəinin Cavabdeh2 təqsiri üzündən baş varməsi işin mübahisə olunmayan hallarını təşkil edir. Yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın “xxxxxxxxxxx” MMC tərəfindən deyil, avtomobili idarə edən X12 tərəfindən ödənilməli olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən, avtomobilin mülkiyyətçisi “xxxxxxxxxxx” MMC avtomobilin Cavabdeh2 tərəfindən hüquqa zidd şəkildə onun sahibliyindən çıxmasını sübut edə bilmədiyindən yüksək təhlükə mənbəyinin sahibi (“xxxxxxxxxxx” MMC) həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımalıdır. Çünki avtomobil Cavabdeh2 etibarnamə əsasında verilmişdir ki, bu da hüquqa zidd şəkildə sahiblikdən çıxmanı istisna edir. Yol-nəqliyyat hadisəsəi nəticəsində dəymiş ziyanın şişirdilməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, xx xxxxx 2020-ci il tarixli, 9/17 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, dəymiş maddi ziyan 3035 manat məbləğində müəyyən edilmişdir və həmin ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsi həmin rəyə iştinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “xxxxxxxxxxx” MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “xxxxxxxxxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1301/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar