Məhkəmə qərarları › İş №2(103)-7137/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7137/2022

25.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7137/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5471/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 qarşı «mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019cu il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 343,8 kv.m qeyriyaşayış sahəsinə dair cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və sözügedən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmini tədbiri barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 343,8 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5471/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən ərizə təmin edilərək ünvan 1 ünvanında yerləşən 343,8 kv.m qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5471/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-1382/2020 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-5471/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ərizə verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5471/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv olunaraq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş qadağanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qərarlarının olması nəzərə alınaraq ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş qadağa götürülməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5471/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-5471/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilərək ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır (hakim: Günay Axundova). İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5471/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya işin hallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan birinci instansiya məhkəməsi ərizəni təmin edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanı götürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5471/2019 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar