Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7139/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Jamshidi (Qurbanova) Mehriban Absatar qızına qarşı “pay hüququnun müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(008)-3698/2022 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı X2 cavabdeh X3 qarşı “pay hüququnun müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfidən xx.xx.2017-ci il tarixdə ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydə alınan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin aralarında bölünərək, onun payının 2/3 hissə olmaqla, cavabdehin isə 1/3 hissə kimi pay hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3698/2022 saylı iş üzrə qəbul etdiyi 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (qətnamə iddiaçı X1 və onun nümayəndələri və vəkilləri Vəkil2 və Vəkil1 iştirakı ilə elan olunmuşdur). Qətnamə xx.xx.2022-ci il tarixdə iddiaçının özü tərəfindən məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardad xx.xx.2023-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “prosessual müddətin bərpası barədə” ərizə ilə məhkəməyə müraciət edərək, prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-3698/2022 saylı qətnaməsindən tərəfindən apellyasiya şikayəti verilmiş, lakin, elektron məhkəmə portalında sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmasına dair ərizə vəkil tərəfindən qeyd edilsə də, şikayətdə öz əksini tapmamışdır. Bundan sonra istifadəsində olan mobil telefona xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclası barədə SMS xəbərdarlıq daxil olmuşdur. Ona görə də hesab etmişdir ki, məhkəmə prossesual müddətin bərpasına dair ərizəyə baxış keçirəcəkdir. Həmin vaxt Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuş və şəxsən məhkəmədə çıxış etmək istədiyindən bu barədə məhkəməyə məlumat vermiş, lakin, həmin tarixdə ona bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəmə prosesi keçirilməyəcək və məhkəmə prosesinin təxirə salınması barədə əlavə məlumat veriləcəkdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, nə Sabunçu Rayon Məhkəməsinə nədə ki, Bakı Apellyasiya Məhkəməsinə çağırılmamışdır. Şəxsən məhkəməyə müraciət edərək sözügedən qərardadın surətinin rəsmi qaydada təqdim edilməsini xahiş etsə də, bu tələbi təmin edilməmişdir. Hazırda məlum olmuşdur ki, o, apellyasiya şikayəti üçün qanunvericiliklə müəyyən edilən prosessual müddəti ötürmüşdür. Sözügedən qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron sistemdə qeydiyyatdan keçmiş, onlayn qaydada rüsum ödənilməsi həyata keçirilmişdir, lakin, şikayət texniki səbəbdən imzalanmamışdır. Sonradan vəkilin təklifi ilə yenidən dövlət rüsumu ödənilmiş və şikayət elektron qaydada göndərilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prossesual müddətin bərpasına dair ərizənin məhkəmə baxışını gözləmək məcburiyyətində qalmışdır. Hazırda məlum olmuşdur ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə verilən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Halbuki, sözügedən şikayət və ona əlavə edilən sənədlər bugünədək ona və ya vəkilinə geri qaytarılmamışdır. Məhkəmə apellyasiya şikayətinin xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemində qeydə alınmasını, lakin, dövlət rüsumunun ödənilməsinin və sənədin elektron qaydada imzalanmamasmm texniki səbəblərdən mümkün olmamasını, həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı üzrə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmamasını nəzərə alaraq, prossesual müddəti üzrlü səbəblərdən ötürülmüş hesab etməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(008)- 3698/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, qətnamə xx.xx.2022-ci il tarixdə iddiaçının özü tərəfindən məhkəmə qəbzinə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülsə də, bununla bağlı vəsatət verilməmişdir. Apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı iddiaçının elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, iddiaçı isə hazırki ərizə ilə xeyli müddət sonra - xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmış hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir, iddiaçının hazırda ərizədə göstərdiyi hallar müddətin ötürülməsi üçün üzrlü səbəblər hesab edilə bilməz. Beləliklə, şikayətin təmin edilməsi üçün əsas yoxdur, ona görə də şikayət təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(008)-3698/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7139/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7139/2023
21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver