Məhkəmə qərarları › İş №2(103)-7144/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7144/2020

07.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7144/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı “xxxxxxxxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin Cavabdeh qarşı çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərinin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4088/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4088/2020 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı «xxxxxxxxxx» MMMC-nin Cavabdeh qarşı çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərclərinin tutulmasına dair iddia tələbi rədd edilməsi və dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı zamanı iddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək, tərəflər arasında borcun ödənilməsi ilə bağlı razılıq əldə edildiyindən Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsaslanaraq şikayətinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçı “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Anar Qurbanovun ərizəsinə müvafiq prosessual mənada apellyasiya şikayətinin baxılmamış saxlanılması institutu olmadığından ərizəçinin müraciətinin mahiyyəti apellyasiya şikayətinə baxılmasından imtina kimi qiymətləndirilməli və bu mənada onun Binəqədi Rayon Məhkəməsinin 2(001)-4088/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369, 372, 377-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxxxxxxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin sədri Anar Qurbanovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4088/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar