Məhkəmə qərarları › İş №2(103)-7149/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7149/2024

25.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7149/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Xanlar oğlunun sədrliyi ilə, X4 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-4918/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024 tarixli, 2(103)- 3974/2024 saylı qərardadın icrasına məcbur edilməsi və peşəkar, yüksək keyfiyyəti hüquqi yardım göstərməyə vəkil ayrılması, mənəvi ziyan olaraq cavabdehdən 5000 (beş min) manat tutulub, pensiya hesabına ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4918/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti münasibətlərini tənzimləyən 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 ünvanı kimi Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli 100 göstərilmişdir. Bununla belə, «Elektron məhkəmə» informasiya sistemindən cavabdeh qismində göstərilmiş “Azərbaycan Respublikası Vəkillər X2 ünvan məlumatlarına dair edilmiş sorğu əsasında əldə edilmiş elektron çıxarışla müəyyən olunur ki, Azərbaycan Respublikası Vəkillər X2 hüquqi ünvanı ünvan 2nvanın yerləşdiyi ərazi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, iddia ərizəsinin həmin məhkəmə tərəfindən icraata qəbul edilərək baxılması da qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmin qərardaddan narazı qalan İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4918/2024 saylı, xx.xx.2024-cü tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh Vəkillər Kollegiyası Rəyasət Heyətidir və onun ünvanı-Ceyhun Hacıbəyli, 100 Nərimanov rayonundadır. Məhkəmə isə "Elektron məhkəmə" sistemindən sorğusuna cavab alıb ki, VK RH-nın ünvanı Nəsimi rayonu, Səməd Vurğun 32-dir. Mülki işlərdə məhkəmənin sübut toplamaq hüququ yoxdur. Səməd Vurğun,32 VK Rəyasət Heyətinin yox, VK X6 ünvanıdır. Məhkəmənin xx.xx.2024 tarixli, 2(103)- 3974/24 N-li qərardadında isə icranın təmin edilməsi VK Rəyasət Heyətinə həvalə olunub, X7 yox. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4918/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı tərəfindən hazırki iddia Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılmış, lakin həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev 32 ünvanında qeydiyyatda olduğundan birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılmalı olması qənaətinə gəlmiş və iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iddiaya aidiyyət qaydaları baxımından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması üçün hər hansı əsas yoxdur. Belə ki, “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 6 məhkəməsi əsaslı olaraq şikayəti təmin etməyərək işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə şikayətini təmin etməməkdə haqlı olmuşdur. Bu səbəbdən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4918/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-4918/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar