Məhkəmə qərarları › İş №2(103)-7150/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7150/2024

25.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7150/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri ünvan 2rixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı X5 Kredit təşkilatı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ödənilmiş icra ödənişinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsin müraciət edərək, 1814.91 manat məbləğində ödənilmiş icra ödənişinin “X5 Kredit Təşkilatı” MMC-yə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3891/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X5 Kredit təşkilatının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ödənilmiş icra ödənişinin geri qaytarılması tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ünvan 2rixli qərardadı ilə iddiaçı tərəfindən sonradan cavabdeh qismində Nəsimi Rayon İcra şöbəsinin cəlb olunması əsas gətirilərək mülki işin baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, işə baxılarkən aidiyyət qaydaları kobud şəkildə pozulmuşdur. Belə ki, iddianın predmeti Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 1 ünvanında yerləşir. ünvan 2rixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Məhkəmənin 2(004)-4913/2024 saylı, 28 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinə baxılması üçün mülki iş Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Hazırki işin hallarından da göründüyü kimi iddiaçı ilk növbədə cavabdeh qismində Azərbaycan Redpublikası Ədliyyə Nazirliyinə qarşı iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və sonuncu tərəfindən haqlı olaraq cavabdehin qeydə alındığı ünvanın Yasamal rayonu ərazisinə aid olması səbəbindən iş baxılması üçün müvafiq olaraq Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İş Yasamal Rayon Məhkəməsində icraatda olarkən iddiaçı tərəfindən iş üzrə əlavə cavabdeh qismində Nəsimi Rayon İcra Şöbəsinin cəlb edilməsi barədə ərizə verilmiş və işə baxan məhkəmə də bu halı əsas gətirərək işə Nəsimi Rayon Məhkəməsində baxılmasını qərara almışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.Həmin Məcəllənin 44.2.2ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə baxılmağa verir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi iddia ərizəsi məhkəmənin icraatına daxil olarkən aidiyyət qaydalarına riayət edilməsi sonradan aidiyyətın dəyişməsi ilə əlaqədar işə başqa məhkəmədə baxılmasını artıq istisna edir. Yəni yalnız iş icraata qəbul olunarkən mövcud olan vəziyyətə uyğun olaraq müəyyən edilmiş aidiyyət normalarının pozulması halında sonradan işin müvafiq məhkəməyə göndərilməsi mümkündür. Hazırki işdən də göründüyü kimi iddia ərizəsi ilkin olaraq Azərbaycan Redpublikası Ədliyyə Nazirliyinə qarşı ünvanlanmış və sonuncunun qeydə alındığı uyğun şəkildə haqlı olaraq Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bu isə o deməkdir ki, sonradan iş üzrə qeydiyyat ünvanı fərqli olan digər bir cavabdehin cəlb edilməsi artıq həmin aidiyyət qaydalarının pozulmasına gətirib çıxarmır və işə Yasamal Rayon Məhkəməsində baxılmasını istisna etmir. Bundan əlavə Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Bu da o deməkdir ki, hazırki iş üzrə iddiaçı ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman belə həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyini, həm də Nəsimi Rayon İcra Şöbəsini cavab qismində göstərsə idi belə, bu zaman yuxarıda göstərilən normanın da tələblərinə əsasən iki cavabdehdən istənilən birinin ünvanı üzrə məhkəməyə müraciət etmək hüququ olacaqdı və bununla da işə Yasamal Rayon Məhkəməsində baxılması yenə də qanuni və əsaslı hesab olunardı. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilən şikayət təmin edilməli, ünvan 2rixli qərardadı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilən şikayət təmin edilsin. Bakı şəhəri ünvan 2rixli qərardadı ləğv edilsin, iddia ərizəsinə baxılması üçün mülki iş Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar