Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7168/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7168/2022 (Açar sözlər: “pul tələbi”) Bakı şəhəri 12 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(006)- 2474/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair” arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21-in (yeni qaydalarla: ünvan 1 xx.xx.2021-ci il tarixinə bazar dəyəri 260.000 manat təşkil edir.
2. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Mövcud borcun (öhdəliyin) əvəzləşdirilməsi haqqında” müqavilədən görünür ki, İddiaçı Kurix layihəsində iştirak edən həyat yoldaşının vəfatı ilə əlaqədar və onun varisi olduğu üçün layihədən çıxmaq qərarını verir və bu barədə partnyor Cavabdeh məlumat verir, qarşı tərəf Cavabdeh 400000 ABŞ dolları məbləğini İddiaçı ödəməyi və ya həmin məbləği əhatə edən öz öhdəliyinin əvəzi olaraq daşınmaz əmlakı İddiaçı təhvil verməyi (notarial qaydada rəsmiləşdirilməklə) İddiaçı isə həmin daşınmaz əmlakları qəbul etməyi öz öhdəsinə götürür, mənzillər tələbkarın adına rəsmiləşdirildikdən sonra evlər satılanadək mənzillərə görə ödənilməli olan xidmət(servis) haqlarından kreditor (tələbkar) azaddır, bu müqavilə ilə tərəflər öz aralarında olan öhdəliyi novasiya (digər növlü əşya ilə) yolu ilə əvəzləşdirirlər, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri bu müqavilənin şərtlərinə uyğun olaraq vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət edirlər, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməyi və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməyi öz öhdələrinə götürürlər, bu müqavilə ilə tərəflər öz arzularına uyğun olaraq, müqavilə azadlığı, mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə uyğun sərbəst şəkildə öz iradələrini qarşılıqlı olaraq bəyan edirlər, tərəflər öz öhdəliklərindən boyun qaçıracağı təqdirdə aralarında yarana biləcək mübahisələrlə əlaqədar bir-birilərini 1 ay qabaqcadan xəbərdar etməklə müqavilənin tam şəkildə icra edilməsi üçün bütün hüquq-müdafiə vasitələrindən istifadə etmək imkanına malikdir, bu razılaşma ilə tərəflərin bir-birilərinə qarşı ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir və bununla əlaqədar edilən bütün hərəkətlər özlüyündə əhəmiyyətsizdir, müqavilənin icra edilməsi ilə bağlı tərəflər öz aralarında müvafiq razılığa gələ bilməzlərsə və ya tərəflər öz öhdəliyini icra etməzlərsə tərəflər məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, öhdəliklərin icra yeri Azərbaycan Respublikası olduğundan tərəflər arasında yarana biləcək mübahisələr Azərbaycan Respublikasının aidiyyatı üzrə müvafiq məhkəməsində həll ediləcəkdir, tərəflər arasında tətbiq edilən hüquq Azərbaycan Respublikasının qanunvericiliyindən və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir, bu müqavilə müvafiq qaydada imzalandıqdan sonra qüvvəyə minir və həmin tarixdən müqavilənin icrasına başlanılır, bu müqavilə tərəflər öz öhdəliklərini tam şəkildə icra edənədək qüvvədədir, müqavilənin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə tərəflər müvafiq qaydada cinayət, mülki, inzibati məsuliyyət həddində məsuliyyət daşıyırlar.
3. Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu T.H.Kərimova tərəfindən təsdiq olunmuş, 4ə-551 reyestrlə qeydə alınmış 17 avqust 2021- ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X5 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv.m olan mənzili İddiaçı (əvəzindən Şahid) bağışlamışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçının həyat yoldaşı X8 xx.xx.2019-cu il tarixdə dünyasını dəyişmişdir. Hələ sağlığında Toğrul Bağırov cavabdehin təklifi ilə Kurix layihəsində iştirak etmək məqsədi ilə cavabdehə 400.000,00 (dörd yüz min) ABŞ dolları məbləğində pul vermişdir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixdə Bakı şəhərində bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdehlə belə razılığa gəlmişlər ki, iddiaçının Kurix layihəsindən çıxmağı ilə əlaqədar olaraq cavabdeh tərəfindən 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul qaytarılsın, ünvan 2 ünvanında yerləşən, cavabdehin övladı X3 adına rəsmiləşdirilmiş 103,6 m2 yaşayış sahəsini rəsmi dövlət qiymətləndirilməsi aparılmaqla, pul öhdəliyin bir qisminin əvəzi olaraq, xx.xx.2021-ci il tarixdə notarial qaydada rəsmiləşdirilərək, daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilsin. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 4Ə-551 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlanma müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, AZ1000, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv/m olan mənzil cavabdehin övladı X6 tərəfindən İddiaçı notarial qaydada bağışlanaraq, onun mülkiyyətinə verilmişdir. xx.xx.2021 tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, AZ1000, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv/m olan mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli "Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair" arayışın notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, daşınmaz əmlak bazarında anoloji mənzillərin bazar dəyəri parametrləri və bazar trendi qaydaları əsasında müvafiq qiymətləndirmə metodu tətbiq edilərək, AZ1000, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv/m olan mənzilin xx.xx.2021 tarixinə olan bazar dəyəri 260.000 manat, yəni 152.941 ABŞ dolları təşkil edir. Cavabdehin üzərinə düşən öhdəliyin az bir hissəsini yerinə yetirməsinə baxmayaraq, artıq bir ilə yaxın müddətdir ki, həmin öhdəliyin daha artıq olan hissəsini müxtəlif səbəblər gətirməklə əlində nağd pulun olmamağı səbəbi ilə yerinə yetirmir. Belə ki, 400.000 ABŞ dollarından 152.941 ABŞ dolları (borc əvəzinə bağışlanan mənzilin real bazar dəyəri) çıxıldıqda cavabdehin yerdə 247.059 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdeh 247.059 ABŞ dolları məbləğində borcun geri qaytarılmasını hazırkı vaxta qədər yubadaraq, iddiaçını məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qoymuşdur. Cavabdehin borcun qaytarılmasına kifayət qədər imkanları var. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********92 nömrəli cavab məktubundan göründüyü kimi, cavabdehin adına Bakı şəhərinin mərkəzində müxtəlif yenitikilmiş çoxmənzilli yaşayış binalarında on üç sayda mənzillər qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Göstərilənlərə əsasən Cavabdeh 247.059 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatına məzənnəsi ilə borc pulun və məhkəmə icraatı ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 710 (yeddi yüz on) manat məbləğində pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Məhkəmə iclasında İddiaçı vəkilləri X1 və (eyni zamanda nümayədəsi) Vəkil1 iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
8. Cavabdeh vəkili Vəkil2 tərəfindən məhkəməyə etiraz göndərilərək bildirilmişdir ki, mərhum Toğrul Bağırov Cavabdeh təklif etdiyi layihəyə qeyri-rəsmi formada qoşulmuş, layihəyə 400.000,00 (dörd yüz min) ABŞ dolları məbləğində pul yatırmışdır. Layihə növbəti illərdə baş verən pandemiya səbəbilə ləngimələrə məruz qalıb cavabdehə maliyyə cəhətdən ziyan vurmasına rəğmən cavabdeh mərhum dostuna hörmət əlaməti olaraq mərhumun yoldaşı İddiaçı xoşməramlı niyyət göstərərək və ailənin başçısını itirdiyini nəzərə alaraq onunla əlaqə saxlamış, dostunun layihəyə yatırdığı 400.000,00 (dörd yüz min) ABŞ dollarını ona qaytara biləcəyini bildirmişdir. İddiaçı puldan imtina etdiyi üçün həmin pulun müqabilində ona mənzil təklif olunmuşdur. Cavabdeh iddiaçının bununla əlaqədar müqavilə bağlamaq təklifini də qəbul etmişdir. Tərəflər əvvəlcə təmirsiz mənzilin veriləcəyini razılaşdırılsalar da, cavabdeh iddiaçını tam təmirli mənzillə təmin etmişdir. Cavabdeh 400.000,00 (dörd yüz min) ABŞ dolları məbləğindən qalan hissənin əvəzində digər bir mənzili iddiaçının mülkiyyətinə vermək istəsə də, mərhumun oğlu Adil Bağırov layihədə iştirak etmək istədiyini, qanuni vərəsə olaraq verilən və veriləcək mənzillərdə pay hüququna malik olduğunu, bu səbəbdən qalan məbləğ üçün əmlakın verilməsinin dayandırılmasını tələb etmişdir. Adil Bağırov bu məsələni ailə daxilində razılaşdırmaqla həyata keçirmək istədiyini bildirmiş, razılıq əldə olunmadığı təqdirdə məhkəmə qaydasında pay hüquqlarını mübahisələndirəcəyini bildirmişdir. Cavabdeh Adil Bağırovun layihədə iştirakına etiraz etməmiş və onun xahişlərini nəzərə alaraq digər mənzili bu səbəbdən iddiaçının mülkiyyətinə verməmişdir. Cavabdehin mərhum Toğrul Bağırov ilə aralarında müqavilə bağlanmamış, cavabdehin 400.000,00 (dörd yüz min) ABŞ dolları pulu mərhuma və nəticə etibariylə onun yoldaşına ödəmək kimi öhdəliyi mövcud olmamışdır. Cavabdeh sözügedən məbləği yalnız mərhum dostuna olan hörməti və xoşməramlı niyyətinin qarşılığı olaraq iddiaçıya təklif etmişdir. Hal-hazırda mərhumun qanuni vərəsəsi olan Adil Bağırovun layihədə iştirak etmək istəməsi və mənzilə pay hüququnun olduğunu bildirməsi məsələləri həllini tapmadan cavabdehin qalan məbləği ödəməsi mümkün deyil. Qalan məbləğin birbaşa olaraq iddiaçıya ödənilməsi qanuni vərəsə kimi Adil Bağırovun hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(006)- 2474/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 247.059 (iki yüz qırx yeddi min əlli doqquz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 710 (yeddi yüz on) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İddiaçı Kurix layihəsində iştirak edən həyat yoldaşının (T.A.Bağırovun) vəfatı ilə əlaqədar və onun varisi olduğu üçün layihədən çıxmaq qərarını verir və bu barədə partnyor Cavabdeh məlumat verir, qarşı tərəf Cavabdeh 400000 ABŞ dolları məbləğini İddiaçı ödəməyi və ya həmin məbləği əhatə edən öz öhdəliyinin əvəzi olaraq daşınmaz əmlakı İddiaçı təhvil verməyi (notarial qaydada rəsmiləşdirilməklə) İddiaçı isə həmin daşınmaz əmlakı qəbul etməyi öz öhdəsinə götürür, müqavilənin icrası kimi Cavabdeh qızı X5 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv.m olan mənzili İddiaçı bağışlamışdır. Həmin mənzilin xx.xx.2021-ci il tarixinə bazar dəyəri 260.000 manat (152.941 ABŞ dolları) təşkil etmişdir. Hazırda iddiaçı 400.000 ABŞ dolları borcun qalan (400.000-152.941) 247.059 ABŞ dolları hissəsinin qaytarılmasını tələb edir.
11. Məhkəmə hesab etmişdir ki, İddiaçı 400.000 ABŞ dolları borcun qalan (400.000- 152.941) 247.059 ABŞ dolları hissəsinin qaytarılmasını tələb etməkdə haqlıdır.
12. Məhkəmə Cavabdeh etirazının “mərhum Toğrul Bağırov ilə aralarında müqavilə bağlanmamış, cavabdehin 400.000,00 (dörd yüz min) ABŞ dolları pulu mərhuma və nəticə etibarı ilə onun yoldaşına ödəmək kimi öhdəliyi mövcud olmamışdır. Sözügedən məbləği yalnız mərhum dostuna olan hörməti və xoşməramlı niyyətinin qarşılığı olaraq iddiaçıya təklif etmişdir” hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh etirazının əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
13. Bunun əksinə olaraq, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçının Kurix layihəsindən çıxması müqabilində 400.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəliyin müəyyən hissəsinin əvəzi kimi daşınmaz əmlakı iddiaçının mülkiyyətinə vermişdir.
14. Cavabdeh tərəfin etiraz ərizəsinin iddiaçının oğlu Adil Bağırovun da mərhumun vərəsəsi olması və yuxarıda qeyd olunan layihədə iştirak etmək istəməsi dəlilinə cavab olaraq məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Rusiya Federasiyasının məhkəmələrinin qərarlarından göründüyü kimi atasının ölümündən sonra Adil Bağırov miras əmlakdan anası – iş üzrə İddiaçı xeyrinə imtina etmiş, sonradan həmin imtinasını məhkəmələrdə mübahisələndirmiş və bununla bağlı bütün tələbləri rədd edilmişdir.
15. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia ərizəsi təmin olunmaqla, Cavabdeh 247.059 (iki yüz qırx yeddi min əlli doqquz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 710 (yeddi yüz on) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə, 324.2-ci maddəsinə, 331.1-ci maddəsinə, 385.1-ci maddəsinə, 425.1ci maddəsinə, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(006)-2474/2022 nömrəli qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməməsini və 355,00 manat dövlət rüsumunun cavabdehə qaytarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, cavabdeh Əliyev X2 “Kurik” adlanan layihəni həyata keçirmək niyyətində olmuşdur. Bununla əlaqədar olaraq İddiaçı mərhum həyat yoldaşı Toğrul Bağırov həmin layihəyə 400,000.00 (dörd yüz min) ABŞ dolları yatırım etməklə qoşulmuşdur. LakinToğrul Bağırov 29 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdeh mərhum dostuna hörmət əlaməti olaraq onun yoldaşı İddiaçı - iddiaçıya xoşməramlı niyyət göstərərək və ailənin başçısını itirdiyini nəzərə alaraq onunla əlaqə saxlamış, dostunun layihəyə yatırdığı 400.000,00 (dörd yüz min) ABŞ dollarını ona qaytara biləcəyini bildirmişdir. Nəticədə tərəflər 14 avqust 2019-cu il tarixdə kredit müqaviləsi bağlamışlar. Həmin kredit müqaviləsinə əsasən İddiaçı cavabdehin Qazaxıstanda “Kurik” layihəsini reallaşdırması məqsədilə 400,000.00 (dörd yüz min) ABŞ dollarını cavabdehə borc olaraq verməyi öhdəsinə götürmüşdür. Bunun qarşılığında İddiaçıya 2020-ci ilin yanvar ayınadək cavabdehdən borcun qaytarılmasını və ya borcun əvəzində həmin layihəyə partnyor kimi qoşularaq 10%-lik payı tələb etmək hüququ verilmişdir. Lakin İddiaçı müqavilənin qüvvədə olmasına baxmayaraq layihədə iştirak etməkdən imtina etmiş və borcun əvəzində daşınmaz əmlakın verilməsini və yeni müqavilə bağlanmasını tələb etmişdir. Cavabdeh iddiaçının yeni müqavilə bağlamaq təklifini qəbul etmişdir. Tərəflər əvvəlcə təmirsiz mənzilin veriləcəyini razılaşdırılsalar da, cavabdeh iddiaçını ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv/m olan tam təmirli mənzillə təmin etmişdir. Cavabdeh borc məbləğinin qalan hissənin əvəzində digər bir mənzili İddiaçının mülkiyyətinə vermək istəsə də, İddiaçının oğlu Adil Bağırov layihədə iştirak etmək istədiyini, qanuni vərəsə olaraq verilən və veriləcək mənzillərdə pay hüququna malik olduğunu, bu səbəbdən qalan məbləğ üçün əmlakın verilməsinin dayandırılmasını tələb etmişdir. Cavabdeh Adil Bağırovun layihədə iştirakına etiraz etməmiş və onun xahişlərini nəzərə alaraq digər mənzili bu səbəbdən İddiaçının mülkiyyətinə verməmişdir. Digər tərəfdən, İddiaçı ona təklif olunan mənzili də qəbul etməkdən imtina etmişdir. Cavabdeh heçvaxt borcu qaytarmaqdan yayınmamışdır, lakin iddiaçı ilk öncə layihədə partnyor kimi iştirak etməkdən, sonra isə ona təklif edilən mənzildən qərəzli şəkildə imtina edərək müqavilənin şərtlərinin icrasına maneələr yaratmışdır. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçının mülkiyyətinə verilmiş daşınmaz əmlakın dəyərini düzgün qiymətləndirilməmişdir. Beləki, ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv.m olan mənzilin xx.xx.2021-ci il tarixinə olan orta bazar qiyməti – 368.867,8 (üç yüz altmış səkkiz min səkkiz yüz altmış yeddi manat 80 qəpik) manat (103,6 kv.m x 3.560,5 man) təşkil edir. Eyni ünvanda yerləşən yeni tikildə təmirsiz mənzillərin 1 (bir) kv-nin 15 aprel 2021-ci il tarixə orta bazar qiyməti isə - 3.095,0 (üç min doxsan beş) manat müəyyən edilmişdir. Mənzilin dəyəri düzgün hesablanmadığı üçün ödənilməmiş borc məbləği də yenidən hesablanmalıdır.
b) Apellyasiya şikayətinə yazılı etiraz
19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 yazılı etirazla müraciət edərək bildirmişdir ki, cavabdehin etibarsız hesab olunmasını istədiyi müqavilənin şərtlərini apellyasıya şikayətində qeyd etdiyi kimi, özü icra etmiş və öhdəliyin tam icra olunması üçün əlavə mənzil də İddiaçıya vermək üçün cəhd göstərmiş, lakin həmin mənzil yararsız bir vəziyyətdə olduğu üçün, İddiaçı onu qəbul etməkdən imtina etmişdir. Yəni bir sözlə cavabdeh tərəf xx.xx.2021-ci il tarixdə bağlanmış “Mövcud borcun (öhdəliyin) əvəzləşdirilməsi haqqında” müqavilənin yerinə yetirilməsinə başlamışdır və qismən icra etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə bağlanmış “Mövcud borcun (öhdəliyin) əvəzləşdirilməsi haqqında” müqavilənin vaxtilə mübahisələndirməmiş və bundan sonrada mübahisələndirmək üçün müvafiq Plenum Qərarlarında nəzərdə tutulmuş müddəti, özü də kəsici müddəti buraxmışdır. Bundan başqa hazırki, iş üzrə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 m2 olan mənzilin bazar dəyəri elə cavabdeh tərəfindən rəsmi dövlət qiymətləndirməsi əsasında həyata keçirilmişdir və bu gün iş üzrə qəbul olunmaz subutun qiymətləndirməyə dair ekspert rəyi təqdim etməklə pul əvəzində verilmiş mənzilin qiymətini qaldırmaqla öhdəlikdən boyun qaçırması başa düşülən deyil. Qeyd edir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Cavabdeh tərəfindən etibarsız hesab edildyi qeyd edilən əqd xx.xx.2021-cu il tarixdə bağlanmışdır. Deməli cavabdeh əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılmasını tələb etməsi üçün müəyyən edilmiş müddət xx.xx.2022-ci il tarixinə qədər mövcud idi. Cavabdeh isə bu müddəti ötürmüşdür. Cavbdehin qeyd etdiyi müqavilə üzrə əmlakın özgəninkiləşdirlməsi qanunvericiliyə uyğun şəkildə dövlət reyestrində qeydiyyat aparmaqla hüquqlarını təmsil etdiyi İddiaçı məxsusdur. Məlum olduğu kimi reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hüquqları qorunur. İş üzrə cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verərək həmin apellyasiya şikayətinin birinci instansiya məhkəməsində təqdim etmədiyi subutlara xüsusilə də 14 avqust 2019cu il tarixli kredit müqaviləsinə və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 m2 olan mənzilin bazar dəyərinin müəyyən edilməsinə dair ekspert rəyinə uyğun əsaslandırmışdır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 ərizə ilə müraciət edərək hazırkı iş üzrə tərəflər arasında barışığın əldə olunması ilə bağlı baxış iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasının 3-cü dəfə təxirə salınmalı olmsını, əvvəlki məhkəmə iclasında da tərəflərin iştirak etmədiklərini, hazırda isə tərəflərin barışıq üçün real mövqelər olmasına dair dəlillərə istinad etmədiklərini nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
21. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 daha bir ərizə ilə müraciət edərək, mülki iş üzrə apelyyasiya instansiyasında cavbdeh tərəfindən təqdim edilmiş 14 avqust 2019-cu il tarixli kredit müqaviləsinin və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv.m olan mənzilin bazar dəyərinin müəyyən edilməsinə dair xx.xx.2022-ci il tarixli ekspert rəyinin birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olmasının hesab edilməsinə və onların araşdırılmasından imtina edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
22. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
23. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
24. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
25. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 400.000 ABŞ dolları borcun qalan (400.000-152.941) 247.059 ABŞ dolları hissəsinin qaytarılmasını tələb etməkdə haqlıdır.
41. Belə ki, məhkəmə kolleiyası Cavabdeh etirazının “mərhum Toğrul Bağırov ilə aralarında müqavilə bağlanmamış, cavabdehin 400.000,00 (dörd yüz min) ABŞ dolları pulu mərhuma və nəticə etibarı ilə onun yoldaşına ödəmək kimi öhdəliyi mövcud olmamışdır. Sözügedən məbləği yalnız mərhum dostuna olan hörməti və xoşməramlı niyyətinin qarşılığı olaraq iddiaçıya təklif etmişdir” hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh etirazının əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
42. Bunun əksinə olaraq, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçının Kurix layihəsindən çıxması müqabilində 400.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəliyin müəyyən hissəsinin əvəzi kimi daşınmaz əmlakı iddiaçının mülkiyyətinə vermişdir.
43. Cavabdeh tərəfin etiraz ərizəsinin iddiaçının oğlu Adil Bağırovun da mərhumun vərəsəsi olması və yuxarıda qeyd olunan layihədə iştirak etmək istəməsi dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Rusiya Federasiyasının məhkəmələrinin qərarlarından göründüyü kimi atasının ölümündən sonra Adil Bağırov miras əmlakdan anası – iş üzrə İddiaçı xeyrinə imtina etmiş, sonradan həmin imtinasını məhkəmələrdə mübahisələndirmiş və bununla bağlı bütün tələbləri rədd edilmişdir.
44. Məhkəmə Kollegiyası iddia tələbinin əsaslılığı ilə bağlı yuxarıda qeyd etdiklərindən başqa apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edir ki, cavabdehin etibarsız hesab olunmasını istədiyi müqavilənin şərtlərini apellyasıya şikayətində qeyd etdiyi kimi, özü icra etmiş və öhdəliyin tam icra olunması üçün əlavə mənzil də iddiaçıya vermək üçün cəhd göstərmiş, lakin həmin mənzil yararsız bir vəziyyətdə olduğu üçün, İddiaçı onu qəbul etməkdən imtina etmişdir.
45. Yəni bir sözlə cavabdeh tərəf xx.xx.2021-ci il tarixdə bağlanmış “Mövcud borcun (öhdəliyin) əvəzləşdirilməsi haqqında” müqavilənin yerinə yetirilməsinə başlamışdır və qismən icra etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə bağlanmış “Mövcud borcun (öhdəliyin) əvəzləşdirilməsi haqqında” müqavilənin vaxtilə və hazırkı iddia tələbi irəli sürülməyincə də mübahisələndirməmişdir.
46. Bundan başqa hazırki, iş üzrə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 m2 olan mənzilin bazar dəyərinin qiymətləndirməsi həyata keçirilmişdir, belə ki, cavbdehin qeyd etdiyi müqavilə üzrə əmlakın özgəninkiləşdirlməsi qanunvericiliyə uyğun şəkildə dövlət reyestrində qeydiyyat aparmaqla İddiaçı məxsusdur.
47. Belə ki, Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu T.H.Kərimova tərəfindən təsdiq olunmuş, 4ə-551 reyestrlə qeydə alınmış 17 avqust 2021- ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X5 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv.m olan mənzili İddiaçı (əvəzindən Şahid) bağışlamışdır.
48. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır.
49. Bundan başqa iş üzrə cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verərək həmin apellyasiya şikayətinin birinci instansiya məhkəməsində təqdim etmədiyi subutlara, xüsusilə də iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 m2 olan mənzilin bazar dəyərinin müəyyən edilməsinə dair ekspert rəyinə istind etsə də Kollegiya qeyd edir ki, mülki iş üzrə apelyyasiya instansiyasında cavbdeh tərəfindən təqdim edilmiş 14 avqust 2019-cu il tarixli kredit müqaviləsinin və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, ev 346-cı məhəllə, mənzil 21 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,6 kv.m olan mənzilin bazar dəyərinin müəyyən edilməsinə dair xx.xx.2022-ci il tarixli ekspert rəyinin birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkün olmaması əsaslandırılmadığından Mülki Prosessual Məcəllənin 380.1-ci maddəsinə əsasən (Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu hesab edərsə, araşdırır.) onların araşdırılmasından imtina edilməlidir.
50. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh 247.059 (iki yüz qırx yeddi min əlli doqquz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 710 (yeddi yüz on) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.
51. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(006)- 2474/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.