Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7171/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, İddiaçı Cavabdehinə qarşı “məlumatın verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə X1 qeydiyyatda olmuş Gülarə adlı xanımın soyadı, ata adı və doğum tarixi haqqında məlumatların verilməsi vəzifəsinin Cavabdehinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iddiaçıya hazırki tələblə polis orqanlarına müraciət edilməsi izah edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd edildiyi kimi ona borcu olan insanın ancaq adı ona məlumdur. Eyni zamanda, bu şəxsin son olaraq göründüyü ehtimal olunan müəssisə X5 olmuşdur. Sorğusunu qəbul etdikdən sonra da müəssisənin baş həkimi həqiqətən də bu adda bir şəxsin övladını müalicə etdirən zaman qeydiyyatdan keçdiyini ona bildirmişdir. Lakin sonradan bu məlumatın verilməsindən qanunsuz olaraq imtina edilmişdir. Məhkəmə öz qərardadında bildirir ki, “bununla bağlı olaraq İddiaçı polis orqanlarına müraciət etməlidir”. Əslində bu şəxsin soyadı və ata adı olmadığı üçün Daxili İşlər Nazirliyinə müraciət edərək şəxsin MAPS arayışını ala bilmir. Bu səbəbdən də məlumatın mövcud olduğu müəssisəyə müraciət etmişdir. Müəssisə isə qanunsuz olaraq vəkil sorğusuna cavab vermir. Məhkəmənin göstərilən qərardadı vətəndaşın məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 4473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: **3.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; **3.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona borclu olan bir şəxsin (Gülarə adlı şəxs) sonuncu dəfə X2 görünməsi barədə ehtimalara əsaslanaraq, onun soyadı, ata adı və doğum tarixi barədə məlumatların əldə edilməsi məqsədi ilə Mərkəzə müraciət etmiş, lakin nəticə əldə edə bilməmişdir. Bu səbəbdən Mərkəzə qarşı iddia qaldıraraq, hazırda bu məlumatların verilməsi vəzifəsinin Mərkəzin üzərinə qoyulmasını tələb edir. Halbuki, Mərkəzin qeyd edilən məlumatları iddiaçıya təqdim etməkdən imtina etməsi heç bir halda sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Mərkəz bu məqsədlərlə vətəndaş qeydiyyatını aparmır və bu qəbildən olan müraciətlər üzrə məlumat verilməsi öhdəliyi daşımır, ümumiyyətlə daşıya da bilməz. Qeyd edilənlər öz növbəsində yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul etməkdən imtina üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı iddiasını iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in **3-cü, 263-264-cü, 397- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7171/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7171/2024
27.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver