Məhkəmə qərarları › İş №2(103)-7176/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7176/2020

16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7176/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Sabunçu RayonMəhkəməsinin 2(008)-1387/2020 saylı, 24 fevral2020-ci iltarixliqətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X1 Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2970 ( iki min doqquz yüz yetmiş) manat təbiətə dəymiş ziyana görə pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və X1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iddiaçı tərəfin iddiasında göstərdiyi qanun pozuntuları ilə onun heç bir əlaqəsi yoxdur. Bundan əlavə, o, 2970 (iki min doqquz yüz yetmiş) manat cərimənin 1500 (min beş yüz) manatını ödəmiş və buna dair qəbzi təqdim etsə də, rayon məhkəməsi iddia tələbini əsassız olaraq tam təmin etmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi E.Musayev apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda cavabdehin ona təyin olunmuş cərimənin 1500 (min büş yüz) manatını ödədiyini, hazırda 1470 (min dörd yüz yetmiş) manat borcunun qaldığını qeyd etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 49449 saylı Akta əsasən cavabdeh tərəfindən qanunsuz olaraq yerin təkindən lazımı icazə olmadan qarışıq süxurun çıxarılması nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli Qərarına əsasən hesablanaraq təbiətə dəymiş ziyanın 2970 (iki min doqquz yüz yetmiş) manat olması müəyyən edilmişdir. “İnzibati xəta haqqında” xx xxxx 2019-cu il tarixli MN № ******* saylı Protokol əsasında tərtib edilmiş xx xxxx 2019-cu il tarixli “İnzibati tenbeh vermə haqqında” MN №0363452 saylı Qərarı ilə Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən məlum olur ki, Cavabdeh tərəfindən 1001 manat pul məbləğində pul ekoloji iddia üçün ödənmişdir (i/v səh. 38). Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən məlum olur ki, Cavabdeh tərəfindən 501 manat pul məbləğində pul ekoloji iddia üçün ödənmişdir (i/v səh. 39). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. İddiaçı iddiasını əsaslandırarkən qeyd etmişdir ki, zaman cavabdeh tərəfindən qanunsuz olaraq yerin təkindən lazımı icazə olmadan qarışıq süxurun çıxarılması nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli Qərarına əsasən hesablanaraq təbiətə dəymiş ziyanın 2970 (iki min doqquz yüz yetmiş) manat olması müəyyən edilmişdir. Araşdırma və baxış keçirilməsi ilə əlaqədar fotoşəkillər çəkilmiş izahat alınmış və xx xxxxxx 2019-cu il tarixli 49449 saylı Akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi cavabdehin 2970 (iki min doqquz yüz yetmiş) manat cərimə borcundan 1500 (min beş yüz) manat məbləği ödəməsi faktını təsdiq etmişdir. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli qəbzdən məlum olur ki, 1001 manat (i/v səh. 38), xx.xx.2019-cu il tarixli qəbzdən məlum olur ki, 501 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən ekoloji iddia üçün ödənilmişdir (i/v səh. 39). MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, xx xxxxxx 2019-cu il tarixli 49449 saylı Akt üzrə mülki işdə olan xx.xx.2019 və xx.xx.2019-cu il tarixli qəbzlərə əsasən, cavabdeh 1500 (min beş yüz) manat ödəniş etdiyindən, bu faktı iddiaçının nümayəndəsi təsdiqlədiyindən qətnamə cavabdehdən tutulacaq pul məbləği hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 1470 (min dörd yüz yetmiş) manat məbləğində pul tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə qismən, cavabdehdən tutulacaq pul məbləği hissəsində hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 1470 (min dörd yüz yütmiş) manat tutulmalı, cavabdehin apellyasiya şikayətinə münasibətdə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu RayonMəhkəməsinin 2(008)-1387/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi qismən dəyişdirilsin, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X1 xeyrinə 1470 (min dörd yüz yetmiş) manat pul vəsaiti tutulsun. Qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar