Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7176/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2025 ci il tarixli, e-2(003)-244/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2(003)- 244/2025 nömrəli qətnaməsinə əsasən Cavabdeh 52746,62 ABŞ dolları (qətnamə icra olunan vaxt ABŞ dollarının Azərbaycan manatına məzənnəsi üzrə, manatla) məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
2. Qətnamə «Azemis» Elektron informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə 26 may 2025-ci il tarixdə yerləşdirilməklə rəsmi qaydada verilmişdir.
3. Həmin qətnamədən Cavabdeh tərəfindən 09 iyun 2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2(103)-4007/2025 nömrəli qərardadına əsasən qanunla müəyyən edilmiş məbləğdə rüsum ödənilmədiyi üçün apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
5. Cavabdeh tərəfindən nöqsan aradan qaldırılaraq 30 iyun 2025-ci il tarixdə yenidən apellyasiya şikayəti verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli, 2(103)-5307/2025 nömrəli qərardadına əsasən prosessual müddət ötürüldüyü üçün qeyri-mümkün hesab edilərək birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır.
8. Cavabdeh xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
9. Ərizəyə apellyasiya şikayəti əlavə olunmamışdır.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2(003)- 244/2025 nömrəli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli, e-2(003)-244/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh ərizəsi təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
11. Cavabdeh X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2(003)-244/2025 nömrəli qərardadından şikayət verərək, şikayətin təmin olunması, qərardadın ləğv edilərək, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(003)- 244/2025 nömrəli qərardadına əsasən şikayəti təmin olunmayaraq baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
14. Apellyasiya şikayəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır.
15. MPM-nin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.)
16. İşin hallarından görünür ki, apellyasiya şikayəti geri qaytarıldıqdan sonra cavabdeh MPM-nin 133.3-cü maddəsinin tələbinə zidd olaraq müddətin bərpası barədə ərizə ilə müraciət edərkən apellyasiya şikayəti verməmişdir.
17. Birinci instansiya məhkəməsi apellyasiya şikayəti əlavə olunmadığından müddətin bərpası barədə ərizəni geri qaytarmalı olduğu halda, ərizəyə mahiyyəti üzrə baxmışdır.
18. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, qərardad ləğv olunaraq iş materialları müddətin bərpası barədə ərizənin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2(003)-244/2025 nömrəli qərardadından verdiyi şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli, e-2(003)- 244/2025 nömrəli qərardadı ləğv edilsin. İş materialları qərardadın təsviri hissəsində göstərilən xüsusatlar nəzərə alınmaqla müddətin bərpası barədə ərizənin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.