Məhkəmə qərarları › İş №2(103)-7178/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7178/2020

16.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7178/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Örənnik oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-99/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı Örənnik oğlu tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Örənnik oğlu – Cavabdeh MMC-yə qarşı “qiymətləndirilmənin nəticələri barədə hesabatın ləğvolunması və əmlakın yenidən qiymətləndirilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi 17 A saylı evə 50000 manat qiymət qoyulması barədə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2015- ci il tarixli 15-999/1 saylı hesabatın ləğv edilməsi və həmin əmlakın yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-99/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, İddiaçı Örənnik oğlunun Cavabdeh MMC-yə qarşı (“X1 Mərkəzi”xxxxxxxxxxxxxxxxx” ASC iş üzrə 3-cü şəxs qismində cəlb olunan) “qiymətləndirilmənin nəticələri barədə hesabatın ləğv olunması və əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı Örənnik oğlu məhkəmənin qeyd edilən qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-99/2019 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-99/2019 saylı qərardadından İddiaçı Örənnik oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün 2(009)-99/2019 saylı mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-2484/2020 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 99/2019 saylı qərardadından İddiaçı Örənnik oğlu tərəfindən verilmiş şikayət üzrə apellyasiya (dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən) qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-99/2019 saylı qərardadı ilə İddiaçı Örənnik oğlunun Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-99/2019 saylı qərardadından verdiyi şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-99/2019 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-99/2019 saylı qərardadından İddiaçı Örənnik oğlu tərəfindən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzrlü hesab edilərək buraxılmış müddət bərpa edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Örənnik oğlu şikayəti müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdi və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 99/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(037)-32/2016 saylı mülki işin icraatına xitam verilməsi barədə məhkəmə iclasının qərardadından görünür ki, iddiaçılar İddiaçı Örənnik oğlu və X3 – cavabdehlər Cavabdeh MMC-yə, (“X1 Mərkəzi” MMCyə və İsmayıllı Rayon İcra Şöbəsinə qarşı “qiymətləndirilmənin nəticələri barədə hesabatın ləğvolunması və əmlakın yenidən qiymətləndirilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus olan İsmayıllı şəhəri Q.Əsədov küçəsi 50 saylı evə 55000 manat məbləğində, İddiaçı Örənnik oğluna məxsus olan İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi 17 A saylı evə 50000 manat qiymət qoyulması barədə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2015-ci il tarixli 15-999/1 saylı hesabatın ləğv edilməsi və həmin əmlakın yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin həmin məhkəmə iclasında İddiaçı Örənnik oğlu ərizə verərək ona məxsus olan, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi 17A ünvanda yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2015-ci il tarixli 15-999/1 saylı hesabatın ləğv edilməsi və həmin əmlakın yenidən qiymətləndirilməsi barədə iddiasından imtina etdiyini bildirərək mülki işin icraatına xitam verilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən mülki işin üzrə icraata həmin hissədə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Göründüyü kimi hazırda eyni tərəflər arasında və eyni predmet barəsində iş üzrə icraata xitam verilməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-32/2016 saylı, xx.xx.2016-cı il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələblərin İsmayıllı Rayon Məhkəməsində irəli sürülmüş tələblərlə eynilik təşkil etməsini, həmçinin əvvəlki və hazırki iş üzrə tərəflərin də eyni olduğunu, bununla da eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla olan mülki mübahisə üzrə iddiaçının iddiadan imtina etməsi və bu imtinanın məhkəmə tərəfindən qəbul edilərək iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadının mövcud olmasını nəzərə alaraq belə hesab edir ki, iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-99/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Örənnik oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-99/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar