Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7178/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 44.000 manat borcun qaytarılması tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 44.000 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia edir ki, cavabdehə 49.000 manat borc pul verib, cavabdeh həmin pulun 5.000 manatını qaytarıb, 44.000 manat qalıb. İddiaçı cavabdehə borc pul verdiyini təsdiq emək üçün cavabdeh tərəfindən imzalanmış 3 ədəd qəbzi məhkəməyə təqdim edib. 1-ci qəbz (iş v. 9) 10.12.2017-ci il tarixlidir, həmin qəbzdə cavabdeh etiraf edib ki, iddiaçıya 5.000 manat borcludur. 2-ci qəbz (iş v. 10) 05.08.2017-ci il tarixlidir, həmin qəbzdə cavabdeh etiraf edib ki, iddiaçıya 23.000 manat borludur. 3-cü qəbz (iş v. 11) 13.09.2017-ci il tarixlidir, həmin qəbzdə cavabdeh etiraf edib ki, iddiaçıya 21.000 manat borcludur. Bu məbləğlərin cəmi 49.000 manat təşkil edir. Cavabdeh bildirir ki, iddiaçıdan ayda 10 faiz ödəmək şərtilə cəmi 7.000 manat borc pul götürüb, borcunu tam bağlayıb. Lakin cavabdeh istinad etdiyi halı təsdiq edən sübut təqdim etməyib. O cümlədən birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verməyib. Mülki Məcəllənin 739.1-ci maddəsində borc alanın öhdəliyi belə göstərilib: “... digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir. Odur ki, borc alınmış pulun qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bunu sübut edə bilmir. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7178/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7178/2021
20.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver