Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7182/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Sabit Xanlar oğlu Bəhrəmzadənin ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5910/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilin təhvil verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət təqdim edərək, iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsasladırılmışdır ki, cavabdeh Astara rayonunda qeydiyyatdadır və hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5910/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilin təhvil verilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh mülki işin aidiyyəti üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5910/2024 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin rəsmi qeydə alındığı yer Astara rayonudur. İddiaçının əsas tələbi müqavilənin ləğvidir. Digər tələblər ondan irəli gədən tələblərdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5910/2024 saylı, 23 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5910/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi, tələbin hüquqi əsası müqavilə öhdəlikləri olsa da, iddiaçının tələbi müqavilənin ləğv edilməsi və cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsindən ibarət olmaqla Mülki Prosessual Məcəllənin 39-cu maddəsinin təsiri dairəsinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə müvafiq olaraq, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.4.-cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən isə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddia tələbi qanunvericiliyin tələbinə əsasən hazırda faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.babaşov küçəsi 11, 41 saylı mənzilə dair bağlanmış müqavilənin ləğv edilməsi və həmin əmlakdan çıxarılma, o cümlədən mənzilin təhvil verilməsindən ibarət olduğundan, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə daşınmaz əmlakın olduğu yerə görə verildiyindən icraata qəbul edilmiş və mülki işin aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə göndərilməsi üçün əsaslar mövcud olmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin qərardadının nəticə hissəsində Masallı rayonunun qeyd edilməsini texniki səhv kimi qəbul edir və hesab edir ki, bu hal qərardadın ləğvi üçün əsas deyil. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5910/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Beləliklə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5910/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5910/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7182/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7182/2024
23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver