Məhkəmə qərarları › İş №2(103)-7183/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7183/2021

07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7183/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 274/2021 nömrəli iş üzrə qəbul etdiyi 11 fevral 2021 -ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-274/2021 nömrəli iş üzrə qəbul etdiyi 11 fevral 2021-ci il tarixli qətnaməsinin surətini cavabdehə apellyasiya şikayətində qeyd edilən ünvana şifarişli (xəbərnaməli) məktub vasitəsilə göndərilmiş, lakin iş materialına məktubun çatıb-çatmaması barədə zərf və ya xəbərnamə əlavə edilməmiş qətnamə qanuni qüvvəsini almış və iş icraya yönəlmişdir (iş səh.58-64),cavabdeh 11.06.2021-ci il tarixində ərizə ilə müraciət edərək qətnamənin surətinin verilməsini xahiş etmiş və 14.06.2021-ci il tarixində məhkəmə qəbzinə imza etməklə qətnamənin surətini almışdır (səh.65,67),cavabdeh prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən apellyasiya şikayətini 17.06.2021ci il tarixində ünvanlanmışdır (səh.69). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamədən bir ay müddətində apellyasiya şikayəti verilməsi mümkünlüyünü müəyyən etmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 146, 357,361-366,372,402-406-cu maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-274/2021 nömrəli iş üzrə qəbul etdiyi 11 fevral 2021 -ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar