Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7185/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1929/2022 saylı qərardadından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “hasarın sökülməsi, razılıq olmadan və kompensasiya ödənilmədən hər hansı söküntü-tikinti işlərinin aparılması və kommunal xətlərin kəsilməsinin qadağan edilməsi və sair” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus mənzilin giriş-çıxışını məhdudlaşdıran hasarların sökülməsi, onunla razılıq olmadan və kompensasiya ödənmədən ona məxsus hissədə hər hansı söküntü-tikinti işlərinin aparılmasının və kommunal xətlərin kəsilməsinin cavabdehə qadağan edilməsi, ödənmiş dövlət rüsumunun və vəkilə ödədiyi pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “əmlakın bazar qiymətinə uyğun kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mükiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 24 ünvanda yerləşən 70 saylı mənzilin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə vəsatət verərək bildirmişdir ki, Cavabdeh MMC-yə torpaq ayrlmasına dair Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını mübahisələndirmiş və hazırda həmin iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Həmin iş 2(007)-1929/2022 saylı mülki işin nəticələri ilə birbaşa əlaqəli olduğundan hazırkı iddianın icraatının dayandırılması zəruridir. Bütün bunları nəzərə alaraq icraatda olan 2(007)-1929/2022 saylı mülki işin icraatının Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-11861/2022 saylı (hakim: Həmid Ağalarov) mülki iş üzrə yekun qərar qəbul edilənədək hazırki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1929/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə “hasarın sökülməsi, razılıq olmadan və kompensasiya ödənilmədən hər hansı söküntü-tikinti işlərinin aparılması və kommunal xətlərin kəsilməsinin qadağan edilməsi və sair” tələbinə dair ilkin və Cavabdeh MMC-nin İddiaçı qarşı “əmlakın bazar qiymətinə uyğun kompensasiyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə 2(007)-1929/2022 saylı mülki işin icraatı dayandırılmışdır. Hazırda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən həmin qərardaddan şikayət verilərək Nizami rayon Məhkəməsinin 2(007)-1929/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1929/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1929/2022 saylı qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılmasına davam etdirilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli qərarına istinad edilmişdir. Lakin məhkəmə qeyd edilən normaları düzgün şərh etməmiş, şərh edilən MPM-nin 254.1.4-cü maddəni yanlış tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir: "X1 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir." Göründüyü kimi Konstitusiya Məhkəməsinin şərhindəki hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutmuşdur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın və iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktlar müəyyən edilmiş olsun. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin icraatında 2- 1(112)-11861/2022 saylıinzibati iş vardır, həmin işə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür, belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər, bu isə hazırkı iddia tələbi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar, bu baxımdan hazırki işin icraatı dayandırılmalıdır. Kollegiya birinci instansiya məhkəməməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür kimi Cavabdeh MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı oğlunun mükiyyətində olan ünvan 1 ünvanda yerləşən 70 saylı mənzilin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyanın müəyyən edilərək İddiaçı oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin qarşılıqlı iddia icraata qəbul edilmişdir. İddiaçı oğlu faktiki olaraq ilkin iddiasında mükiyyətində olan ünvan 1 ünvanında yerləşən 70 saylı mənzilə görə onunla razılıq olmadan və kompensasiya ödənilmədən onun mənzilinə aid hissədə hər hansı söküntü-tikinti işlərinin aparılmasının cavabdehə qadağan edilməsini xahiş edir, dolayısıyla cavabdeh şirkətlə razılıq əldə ediləcəyi və kompensasiya məbləği ilə razı olacağı təqdirdə söküntü işlərinə etiraz etmədiyini bildirir. Cavabdeh MMC isə qarşılıqlı iddiasında faktiki olaraq ilkin iddianı kompensasiya hissəsində qəbul edir və kompensasiyanın ədalətli olması üçün əmlakın bazar dəyərinin müəyyən edilməsini xahiş edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən həmin inzibati işə baxılması zamanı preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkünlüyünə, bu halda tərəflər arasındakı hüquq münasibətlərinin başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola biləcəyinə əstinad etsə də, məhz hansı preyudisial halların müəyyən ediləcəyinə və bu halların mülki icraat qaydasında baxılan iddialar üzrə işə hansı təsirinin ola biləcəyinə aydınlıq gətirməmişdir. Nə də, iş üzrə icraatın dayandırılmasını xahiş etmiş ilk iddiaçı bununla bağlı məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Belə olan halda hazırkı mülki iş üzrə həll edilməli məsələnin Bakı İnzibati Məhkəməsinin icraatında e-2-1(112)-11861/2022 saylı inzibati iş ilə həll edilən məsələdən asılılığı, həmin iş üzrə qəbul ediləcək yekun qərarın hazırkı mübahisənin həllinə hər hansı təsirinin olacağı və preyudisial əhəmiyyət kəsb edən hər hansı bir faktın müəyyən ediləcəyi aşkar edilmir. Bundan başqa kollegiya qeyd edir ki, ilk İddiaçı oğlu bir tərəfdən Cavabdeh MMC-nin mübahisəli ərazidə tikinti işləri aparmasının qanuniliyini şübhə altına almadan, sadəcə cavabdehin tərəfindən söküntü işlərinin onun razılığı ilə həyata keçirilməsi və bu məqsədlə ona ədalətli kompensasiya məbləğinin müəyyən edilməsini xahiş edir ki, bu da İddiaçı Cavabdeh MMC-yə torpaq ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə razı olmasını ehtiva edir. Digər tərəfdən isə İddiaçı oğlu Bakı Şəhər İcra Hakimiyyəti Başçısına qarşı inzibati icraat qaydasında iddia qaldıraraq Cavabdeh MMC-yə tikinti aparılması üçün torpaq sahəsinin ayrılmasına dair sərəncamın ləğv edilməsini mübahisələndirir. Göründüyü kimi, ilk iddiaçı iddia vermək hüququndan istifadə edərək eyni vaxtda fərqli məhkəmə icraatı prosesində fərqli nəticələr əldə etməyə çalışır. Kollegiya hesab edir ki, bu hal hüquqi müəyyənlik prinsipi baxımından düzgün hesab edilə bilməz və iddiaçının qanunla müəyyən edilmiş iddia hüququndan sui-istifadə kimi qiymətləndirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməklə, iş mahiyyəti üzrə baxılmasına davam edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-1929/2022 saylı qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7185/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7185/2022
20.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver