Məhkəmə qərarları › İş №2(103)-7201/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7201/2023

22.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7201/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Cavabdeh oğluna qarşı “avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə Cavabdeh oğlunun həmin məhkəmənin 31 iyul 2023-cü il tarixli 2(001)-2946/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi və apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdehin şikayəti məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət yazılı icraat qaydasında baxılması üçün apellyasiya icraatına qəbul edilmişdir. Bundan sonra cavabdehin nümayəndə-vəkili ərizə göndərərək, tərəflər arasında barışıq əldə edildiyini və bu səbəbdən şikayətdən imtina etdiklərini bildirmiş, şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. (maddə 397.3). Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh oğlunun şikayətdən imtinası qəbul edilməli və onun şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh oğlunun şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından Cavabdeh oğlu tərəfindən verilmiş şikayətə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar