Məhkəmə qərarları › İş №2(103)-7204/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7204/2021

31.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7204/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh2 vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(001)-984/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1.070.633 ABŞ dolları borcun müştərək qaydada onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-984/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 borca görə 1.010.000 ABŞ dollarının ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manatın İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5205/2020 nömrəli 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin olunan, Cavabdeh2 borca görə İddiaçı xeyrinə pulun tutulmasına dair hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə də təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5205/2020 nömrəli 11 noyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5205/2020 nömrəli 11 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2484/2021 saylı 17 may 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5205/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin Cavabdeh2 tərəfindən mübahisələndirilən hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasına vəsatətlə müraciət edərək, mülki iş birinci apelyasiya baxışında olarkən birinci instansiya məhkəməsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(001)- 984/2020 saylı qətnaməsindən apelyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etdiklərini, lakin həmin vəsatət müzakirə olunmadan qətnamə çıxarıldığını bildirərək, mülki işin apelyasiya baxışından çıxarılaraq, vəsatətin müzakirə olunması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X2 vəsatətin həllini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səadət Səlimova 10 noyabr 2021-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(001)-984/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və həmin məktub 13.11.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, hazırki işə Bakı Apelyasiya Məhkəməsində baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq (həmin vəsatət 10.11.2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə daxil olmuşdur) qətnamədən apelyasiya şikayəti verdiyini və apelyasiya şikayətinin birinci instansiya məhkəməsinə daxil olduğunu bildirərək, işin baxışdan çıxarılıb birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. (i.v 121-124) İddiaçının verdiyi vəsatət Bakı Apelyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli iclasında müzakirə olunsa da, iddiaçının işin baxışdan çıxarılması barədə vəsatətinə hər hansı bir qiymət verilməmişdir. Bundan başqa hazırki iclasın gedişatında “elektron sistem” vasitəsilə yoxlanılarkən iddiaçının qətnamədən verdiyi apelyasiya şikayətinin 10.11.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olduğu və hazırki vaxtadək bununla bağlı hər hansı bir qərarın qəbul edilməsi müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mülki iş baxışdan çıxarılaraq İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(001)- 984/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar