Məhkəmə qərarları › İş №2(103)-7208/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7208/2020

16.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7208/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2503/2020 xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə Cavabdeh onun xeyrinə 2000 manat və dövlət rüsumu əvəzinə ödədiyi 30 manat olmaqla 2.030 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il tarixdə Bərdə-Ağcabədi yolunda ailə üzvlərindən dörd nəfəri faciəli şəkildə vəfat etmiş, övladının biri isə ağır dərəcədə yaralanmışdır. Həmin müddətdə əvvəllər tanımadığı hazırki iş üzrə cavabdeh onun yaşadığı evə gələrək dövlət tərəfindən övladlarına sığorta pulu veriləcəyini, bu işlərdə ona kömək edəcəyini və Dövlət tərəfindən ayrılan pulu almaq üçün ona etibarnamə verməyini bildirdi. O isə həmin vaxt övladlarını itirmiş acılı və yaşlı bir ana kimi cavabdehə inanıb ona etibarnamə vermişdir. Həmin etibarnamə əsasında övladlarına dövlət tərəfindən ayrılmış 12000 manat sığorta pulunu cavabdeh almış, ilkin olaraq ona 4000, sonralar isə hissə-hissə 1000, 1500 və sonuncu dəfə isə 2500 manat pul vermişdir. O ondan sonradan verəcəyi 3000 manat pulun 1.000 manatını istəmədiyini 2000 manat pulun isə verməyini xahiş etdi. Ona acizanə bildirilir ki, uşaqların qəbirüstünü götürməyə pulu yoxdur. Bundan sonra Cavabdeh qəbz yazaraq 2000 manat pulu yanvar ayının sonlarında verəcəyini bildirsə də həmin pulu ona qaytarılmadığından məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşdur. Bu illər ərzində dəfələrlə Cavabdehla görüşsə də, mobil telefonu ilə əlaqə saxlasa da ona verməli olduğu pulu verməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2503/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2503/2020 xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının 71 yaşı var və işə baxan məhkəmə iddia ərizəsini rədd edərkən heç bir maddi hüquq normasına istinad etməmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi Mülki Prosessual Məcəllənin 88, 106, 384.0.2, 385-390-cı maddələrinə və X1 Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarına istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmiş, yaşı və səhhəti ilə əlaqədar Bərdə rayonundan gələ bilməməsi səbəbindən işə onun iştirakı olmadan baxılmasını məhkəməyə ərizə yazaraq xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və iddia tələbi təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh qəbzindən görünür ki, İddiaçı mərhum övladlarının sığorta pulundan borclu qaldığı puldan 2500 manatı x xxxxxx 2019-cu il tarixdə Lilizbarın özünə vermiş, qalan 2000 manat pulu 2020-ci il yanvar ayının sonunadək İddiaçı ödəyəcəyinə söz vermişdir. Hüquqi dəyərləndirmə: Kollegiya hesab edir ki, iş materiallarında olan qəbzdə cavabdehin qalan 2000 manat pulu 2020-ci ilin yanvar ayının sonunadək iddiaçıya ödəyəcəyini söz verməsi işin mübahisələndirilməyən halını təşkil edir. Cavabdeh kollegiya iclasındakı izahatında sözügedən qəbzin ona zorla yazdırıldığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının tələbi ilə bağlı hər hansı mötəbər sübut təqdim edə bilməməsi səbəbindən iddia tələbini rədd etməsi ilə bağlı mövqeyi əsaslı deyildir. Belə ki, cavabdehin borcla bağlı qəbzi zorla yazması və ya həmin borcu artıq ödədiyini göstərən hər hansı sübut təqdim edilmədiyindən iddiaçının iddia tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Nəticə: Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş materialllarında olan 2000 manat borcun iddiaçıya ödənilməsini nəzərdə tutan qəbzin mötəbərliyinə şübhə yaradan hər hansı sübut aşkar edilmədiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2503/2020 xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh tərəfindən 2000 (iki min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar