Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7215/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin verilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1241/2022 saylı 22 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-1241/2022 saylı qətnaməsinə əsasən İddiaçı Qismət-M Construction MMC-yə qarşı iki otaqlı mənzilin iki otaqla əvəz edilməsinə, yəni əlavə bir otaqlı mənzilində verilməsinə, mümkün olmadığı halda bir otaqlı mənzilin qiyməti olan kompensasiyaya görə 17290 manatın, dövlət rüsumuna görə 121 manatın verilməsinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4347/2022 saylı qərardadına əsasən apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(001)- 1241/2022 saylı qərardadı ilə iddiaçının verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. Həmmin qərardaddan iddiaçı şikayət vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilmiş və şikayət mülki işlə birlikdə, hakimə edilmiş etiraz məsələsi həll edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi S.R.Səlimovanın sədrliyi ilə baxılmasına dair etirazı baxılmamış saxlanılmış, eyni tarixli qərardadı ilə həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-1241/2022 saylı qərardadından iddiaçının verdiyi şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2022-ci il tarixli qərardaddan verdiyi şikayətə baxılmadan iş materialları ilə birlikdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya iş materiallarını araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3 və 398.0.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1241/2022 saylı 22 iyun 2022-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayətdən imtina qəbul edilsin və apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7215/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7215/2022
19.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver