Məhkəmə qərarları › İş №2(103)-7234/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7234/2023

30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7234/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İnun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4137/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4137/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Bakı şəhəri Baş Polis İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada mənəvi zərərə görə 250 manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdehlər Bakı şəhəri Baş Polis İdarəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən müştərək qaydada dövlət rüsumunun əvəzi 30 (otuz) manatın tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İş apellyasiya məhkəməsinin icraatında olan zaman Bakı Şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixdə həmin məhkəməyə daxil olduğunu bildirərək mülki işin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. və 384.0.6. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası mülki işin materiallarını və daxil olmuş məktubu nəzərdən keçirərək hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-ci il tarixli, 2(103)- 7234/2023 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4137/2023 nömrəli qətnaməsindən vermiş olduğu şikayət ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

7. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2023-ci il tarixli, 2(103)-7234/2023 nömrəli qərardad ləğv edilsin, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4137/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən verilmiş şikayət ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş apellyasiya baxışından çıxarılsın və iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar