Məhkəmə qərarları › İş №2(103)-7245/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7245/2020

22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7245/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Nümayəndə1, onun nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, Qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri Nümayəndə1 Cavabdeh qarşı protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-7723/2018 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri Nümayəndə1 Cavabdeh qarşı (DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi və X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) xx.xx.2010-cu il tarixli protokolun ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(004)- 7723/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlı şəxs həmin qətnamədən maraqlarına toxunduğu üçün xx xxxxxx 2019-cu il tarixdə apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 7723/2018 saylı qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Sonradan Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və mülki işin apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-7723/2018 saylı qərardadı ilə Maraqlı şəxs apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatəti təmin edilmişdir. İddiaçı Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri Nümayəndə1 həmin qərardaddan verdiyi şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 7723/2018 saylı qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs qətnamədən şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti əsassız olaraq ötürmüşdür. Belə ki, o, qətnaməni xx xxxxxx 2019-cu il tarixdə qəbzə imza etməklə şəxsən alsa da, apelyasiya şikayətini xx xxxxxx 2019-cu il tarixdə vermiş, apelyasiya şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ona poçt vasitəsilə xx xxxxxx 2019-cu il tarixdə göndərilsə də, Maraqlı şəxs bundan 6 ay sonra, yəni xx xxxx 2020-ci il tarixdə buraxılmış müddətin bərpası və qətnamədən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs qətnaməni aldığı və ondan apelyasiya şikayəti verə biləcəyi xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək dövrdə respublikamızda COVİD-19 virusu yayılmamış və karantin rejimi elan olunmamışdı. Apelyasiya şikayətinin geri qaytarılması barədə qərardadın Maraqlı şəxs göndərildiyi 2020-ci ilin yanvar ayının əvvəllərində də respublikamızda koronovirus infeksiyası ilə bağlı karantin rejimi elan olunmamışdı. Buna görə də o həmin qərardaddan qanunla müəyyən olunmuş 10 gün müddətində şikayət verə bilərdi. Birinci instansiya məhkəməsi qətnamədən apelyasiya şikayəti vermə müddətini əsassız olaraq bərpa etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək qətnamədən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməsi barədə qərardadın ləğv edilməsini məhkəmədən xahiş etdilər. Eyni zamanda üçüncü şəxs X6 da iddiaçının qərardaddan verdiyi şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs və onun nümayəndəsi X4 qətnamədən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətin təmin edilməsi barədə qərardadın qüvvədə saxlanılmasını xahiş etdilər. Maraqlı şəxs izahatına əlavə olaraq bildirdi ki, maraqlarına toxunulan həmin qətnamədən onun xəbəri olmamışdır. Sonradan ərizə ilə müraciət edib qətnaməni götürəndə artıq o müddəti ötürmüşdü. Məhkəmənin qətnaməsi birbaşa onun və cəmiyyətin bütün üzvlərinin qanunla qorunan hüquqlarını pozur. Əgər həmin qətnamə ona vaxtında göndərilsəydi, o da qətnamədən şikayət vermə müddətini ötürməzdi. Buna görə də qeyd edilənləri nəzərə alaraq məhkəmədən qərardadın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(004)-7723/2018 saylı qətnaməsini xx xxxxxx 2019-cu il tarixdə müvafiq qəbzə imza edərək almış, həmin qətnamədən xx xxxxxx 2019-cu il tarixdə apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-7723/2018 saylı qərardadı ilə mübahisələndirilən qətnamədən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Sözügedən qərardad xx xxxxxx 2019-cu il tarixdə rəsmi qaydada Maraqlı şəxs poçt vasitəsi ilə göndərilmişdir. Lakin həmin qərardadın Maraqlı şəxs çatması barədə iş materiallarında heç bir sübut yoxdur. Belə ki, qərardadın ünvana çatdırılması barədə poçt qəbzində qərardadın alınması barədə imza, ad, soyad və tarix yoxdur. Birinci instansiya məhkəməsi bunu üzrlü səbəb kimi qəbul edərək qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış müddəti bərpa etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması üçün maraqlarına toxunulan şəxs Maraqlı şəxs qətnamədən şikayət vermə müddətini bərpa etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, mübahisələndirilən qətnamə Maraqlı şəxs da maraqlarına toxunur. Mübahisənin obyektiv və ədalətli həlli üçün qətnamə ilə maraqlarına toxunulan şəxs Maraqlı şəxs da hüquqlarını müdafiə etmək üçün imkan verilməsi, öz tələb və etirazlarının əsaslandırılması üçün ona şərait yaradılması baxımından məhkəmə kollegiyası müddətin bərpasına dair vəsatətin təmin edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-7723/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar