Məhkəmə qərarları › İş №2(103)-725/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-725/2021

04.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-725/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi-vəkili X6 oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-916/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 18000 (on səkkiz min) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya vurulmuş maddi ziyana görə 22000 (iyirmi iki min) manat, 5% Bank uçot dərəcəsi nəzərə alınmaqla 22000 manat məbləğin 3 il ərzindəəldən çıxmış gəlirə görə 3300 manat, vurulmuş mənəvi ziyana görə isə 10000 (on min) manat olmaqla, ümumilikdə 35300 (otuz beş min üç yüz) manat məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tədəbini onunla əsaslandırmışdır ki,cavabdehlərdən Cavabdeh1 verdiyi etibarnamə əsasında, onun vəfat etmiş qızı Mətanət Ağayevanın adına olan torpaq sahəsi, vərəsəsi kimi Cavabdeh1 adına, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə özəlləşdirilmiş, daha sonra isə xx.xx.2018–ci il tarixdə iddiaçıya satılmışdır. Torpağın iddiaçı tərəfindən Cavabdeh1 adına özəlləşdirilməsi və daha sonra alqı–satqı müqaviləsinin bağlanması Cavabdeh1 gəlini cavabdehlərdən Cavabdeh2 bilavasitə iştirakı ilə həyata keçirilmişdir. Sonradan cavabdehlər, yəni gəlinlə qayınana arasında münasibətlər pozulduqdan sonra, Cavabdeh1 iddiaçıya qarşı iddia qaldıraraq torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı həyata keçirilmişəməliyyatların, guya ondan xəbərsiz həyata keçirildiyini iddia etməklə, məhkəmə qərarı ilə etibarsız hesab olunmasına nail olmuş və iddiaçıdan 18000 manat pul aldıqlarına baxmayaraq, iddiaçıya satılmış torpağıəlindən almışdır. Belə ki, Cavabdeh1 iddiaçıya qarşı “torpağın alqı-satqı müqaviləsinin və torpağa dair çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbi ilə bağlı iddia qaldırmış, Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019–cu il tarixli 2(003)–257/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakışəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu 38 saylı sahədəki 0,12 ha torpaq sahəsinin etibarnaməəsasında onu təmsil etməklə iddiaçıya tərəfindən oğlu X1 dair aralarında xx xxxxxx 2018–ci il tarixdə 33 saylı DNK–da bağlanmış AN–İ ******* saylı, 4Ə–4 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; qeyd edilən müqaviləəsasında AR DƏDRX-in Bakışəhər Ərazi X2 adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”–ın ləğv edilməsi; X3 Bakışəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik–südçülük sovxozu 38 saylı sahədəki 0,12 ha torpaq sahəsindən çıxarılması, xx xxxxxx 2018–ci il tarixdə 41 saylı DNK-da bağlanmış AN-İ 0480706 saylı, 4Ə/50 reyestr nömrəli alqı–satqı müqaviləsində satış qiyməti kimi göstərilmiş 5000 manat məbləğində pulun oğlu İddiaçı alınaraq, X4 qaytarılması qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış və qətnamə qüvvəsində saxlanılaraq, qanun qüvvəsinə minmişdir. Belə olan halda iddiaçı bu şəxslərə qarşı iddia qaldırmaqla onların təqsiri üzündən məruz qaldığı və itirdiyi pul məbləğlərinin onlardan geri alınmasını, eyni zamanda bununla bağlı məruz qaldığı maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etmək zərurətində qalır. Əslində hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya qarşı düşünülmüşşəkildə dələduzluq əməlinə yol verilmişdir. Cavabdehlər iddiaçı ilə müqavilə bağlayıb mülkiyyətlərində olan torpaq sahəsini iddiaçıya sataraq, pulunu mənimsədikləri halda, yenidən torpaq sahəsini iddiaçının əlindən almış və iddiaçını külli miqdarda maddi və mənəvi ziyana salmışlar. Belə ki, 2017-ci ilin ortalarında Bakışəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan qohumu Taleh Əsgərovun yaşadığıərazinin yaxınlığında torpaq sahəsi alıb ev tikmək qərarına gələrək, torpaq axtararkən, məlum olmuşdur ki, Zirə qəsəbəsində Nailə adlı xanım qayınanası Cavabdeh1 adına olan 12 sot torpaq sahəsini satışa qoymuşdur. Sonradan məlum olmuşdur ki, satışa qoyulmuş torpaq sahəsi Cavabdeh1 özünün yox, rəhmətə gedən qızı Mətanət Ağayevanın adınadır. Torpağın sahibləri olan Ağayevlər torpaq sahəsinin Mətanət Ağayevanın adından anası, cavabdehlərdən Cavabdeh1 adına keçirilməklə rəsmiləşdirilməsi əməliyyatını da, iddiaçının üzərimizə qoymuşlar. Torpağın alqı-satqısı ilə bağlı iddiaçı ilə satıcılar arasında olan münasibətlər Nicat adlı torpaq işləri ilə məşğul olan maklerin vasitəçiliyi ilə aparılmışdır. Torpaq sahəsinə baxdıqdan sonra o, satıcı Cavabdeh2 çatdırmasıüçün ilkin olaraq 500 manat pul vəsaitini vasitəçi Nicata vermişdir. Bundan bir həftə sonra Cavabdeh2 uşağının xəstə olduğunu bildirərək, ondan daha 3000 manat pul xahiş etmiş və o, bu pulu Nicat vasitəsi ilə ona göndərmişdir. xx xxxxxx 2017–ci il tarixdə cavabdehlərdən Cavabdeh2 33 saylı notariat kontorunun əməkdaşını evə apararaq qayınanası Cavabdeh1 öz adına etibarnamə almış və iddiaçıya vermişdir. Etibarnaməni aldıqdan sonra o, qalan 14500 manat pul vəsaitini Nicat vasitəsi ilə Cavabdeh2 vermişdir. Hər dəfə Nicat vasitəsi ilə Cavabdeh2 pul göndərdikdən sonra, onunla əlaqə saxlayaraq pulun ona çatdırılıb-çatdrılmadığınıöyrənmişdir. Cavabdeh2 da pulun ona çatdığını və danışılan ümumi məbləğin qayınanası Cavabdeh1 verildiyini bildirmişdir. Torpaq sahəsinin sənədini aldıqdan sonra, sənədləşmə işlərindən anlayışı olmadığıüçün iddiaçı Rəşid adlı tanışına onun adından sənədləşdirmə işlərini apara bilməsi üçün etibarnamə vermişdir. Torpaq sahəsinin rəhmətə getmiş qızının adından Cavabdeh1 adına sənədləşdirmə işlərinin aparılması iddiaçıya 2000 manata başa gəlmişdir. Rəşid öz növbəsində iddiaçının adına DƏDRXdə bütün əməliyyatları aparmaqla çıxarış almış və o, həmin çıxarış və etibarnaməəsasında “ Cavabdeh1 adından çıxış edərək 33 saylı DNKda bağlanmış xx xxxxxx 2018–ci il tarixli alqı–satqı müqaviləsi ilə torpaq sahəsini öz oğlu Aydın Osmanova satmaqla rəsmiləşdirmişdir. Qeyd edir ki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. Satdığı evin pulu iləözünə torpaq sahəsi almışdır. Cavabdehlər isə onlara məxsus torpaq sahəsini ilk öncə ona satmış, daha sonra isə dələduzluq edərək torpağıəlindən almış, inşa etdiyi tikilini uçurmuşlar. Belə ki, xx xxxx 2018–ci il tarixdə qohumları iddiaçıya zəng edərək bildirmişlər ki, iddiaçıya məxsus torpaq sahəsinin əhatə olunduğu 30 metr uzunluğu və 2 metr hündürlüyü olan hasarı Cavabdeh1 qızıƏliyeva İradə Kamil qızı uçurtmuşdur. Bu hasarın uçurulması nəticəsində iddiaçıya 2000 manat maddi ziyan dəymişdir. İddiaçı hadisə ilə bağlı İradə Əliyeva ilə əlaqə saxlayaraq, nə səbəbə bu hərəkəti törətdiyini soruşduqda, o, iddiaçının bu torpağı anasından satın almağından və ona dair çıxarış almağından xəbərsiz olduğunu bildirmişdir. İddiaçı isə bu torpaq sahəsini etibarnaməəsasında onun anası Cavabdeh1 aldığını ona bildimişdir. Daha sonra isə 1 saylı Polis Bölməsinə müraciət edərək, hadisə barədə izahat vermişdir. Polis mayoru hadisə yerinə baxış keçirmiş və fotoşəkillər çəkilmişdir. Bu gün Cavabdeh1 iddia edir ki, guya etibarnamə gəlini tərəfindən aldadılmaqla ondan alınmışdır. Əslində isə, etibarnamə notariat kontorunun əməkdaşının evə gəlməklə, ona bütün hüquq vəöhdəliklərini izah etməklə alınmışdır. İddiaçı qanuni şəkildəşəxsi vəsaiti hesabına torpaq sahəsi əldə etmişdir. Bütün sənədləşdirilmələri də qanuna müvafiq qaydada aparmışdır. Göstərdiyi bu faktlar Xəzər Rayon Məhkəməsinin 18 fevra1 2019-cu il tarixli 2(003)-257/2019 saylı qətnaməsi ilə də təsdiq olunur. Qətnamənin özündə bilavasitə göstərilir ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik–südçülük sovxozu 38 saylı sahədə olan 0.12 ha torpaq sahəsi iddiaçının mərhum qızı Mətanət Ağayevanın adına olmuşdur. İddiaçı 33 saylı DNK–da təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamə ilə Bakışəhəri, Zirə Tərəvəzçilik-südçülük sovxozunda yerləşən 38 saylı sahədə olan 0,12 ha torpaq sahəsi üzərində bütün səlahiyyətləri həyata keçirməyi (sərəncam vermək hüququ da daxil olmaqla) İddiaçı 50 il müddətinə etibar etmişdir. Həmin etibarnamə əsasında AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********2 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyəət kimi Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı (Cavabdeh1 əvəzinə) həmin etibarnaməəsasında Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış Bakışəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik–Südçülük sovxozu 38 sahədə olan 012 ha torpaq sahəsini xx.xx.2018–ci il tarixdə AN–İ ******* saylı, 4Ə–4 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında oğlu X4 5000 manata satmışdır. Həmçinin işin digər mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh İddiaçı qeyd olunan torpaq sahəsini almaq məqsədi ilə ayrı–ayrı vaxtlarda digər Cavabdeh2 ümumilikdə 18000 manat məbləğində pul vəsaiti vermişdir. Bütün bunlara baxmayaraq Xəzər rayon məhkəməsi və daha sonra, yuxarı instansiya məhkəmələri alqı–satqı müqaviləsi bağlanılarkən iddiaçının Cavabdeh1 təmsil edərkən yaxın qohumu kimi, torpağı oğluna satmağını, qayda pozğunluğu kimi qiymətləndirərək, alqı–satqı müqaviləsini və bu müqavilənin bağlanmasının nəticələri olaraq həyata keçirilmiş digər əqdləri etibarsız hesab etmiş, iddiaçının xərcini çəkməkləözəlləşdirilməsini həyata keçirdiyi torpaq sahəsini yenidən X.M. Ağayevanın mülkiyyətinə qaytarmışdır. Nəticədə, o, 22000 manat sırf maddi ziyana düşmüş, eyni zamanda iddiaçıya 10000 manat həcmində qiymətləndirdiyi mənəvi ziyan vurulmuşdur. Yaşadığı evi satıb, əldə etdiyi pul vəsaiti ilə torpaq sahəsi alıb, həyət evi inşa etdirmək və ailəsini mənzillə təmin etməyi planlaşdırdığı halda, cavabdehlərin təqsiri üzündən əlində olan pul məbləğini itirmiş, ev tikməklə bağlı planlarını həyata keçirməyə nail olmamış, ailəsi mənzilsiz qalmışdır. Cavabdehlər iddiaçının pulunu ələ keçirərək, mənimsəmiş, sonra isəöhdəliklərini yerinə yetirərək, iddiaçıya satdıqları torpaq sahəsində iddiaçının inşa etdiyi tikililəri dağıtmaq, torpağı iddiaçıdan almaq, iddiaçını bir il məhkəmələrdə süründürmək, pul vəsaitindən 2 il yarım qanunsuz bəhrələnməklə yanaşı, iddiaçının özünü bu vəsaitdən bəhrələnmək imkanından məhrum etmişlər. iddiaçı 3 il müddət itirmiş, torpaq sahələri bahalaşıb. Bütün planları və ailəsinin normal həyat tərzi pozulub. Bütün bunlar iddiaçının külli miqdarda vəsaitinin itirilməsi və mənəvi sarsıntılar keçirməyinə səbəb olub. Bütün bunlar əsas verir ki, o, bu şəxslərə qarşı iddia qaldırmaqla, əldən çıxmış gəlirin bank uçot dərəcəsi nəzərə alınmaqla, məruz qaldığı itkilərin əvəzinin ödənilməsini tələb etsin. Belə ki, 22000 manat vəsaitin Bank uçot dərəcəsi 5%- dan hesablanaraq, illik uçot dərəcəsi 1100 manat olmaqla, 3 il ərzindəəldən çıxmış gəlirin məbləği 3300 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(002)-2281/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin Xəzər rayon məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin məndən 18000 manat pul tutuluray İddiaçı oglıma ödənilməsi hissəsində ləğv olunmas,həmin hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib apellyasya şıkayətinin təmin olunmamasını xahiş edən idddiaçını, apellyasiya şikayətinin rədd olunması, Xəzər Rayon Məhkəməsinin 2(002)-2281/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən Cavabdeh1 səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019–cu il tarixli 2(003)– 257/201 9 saylı qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu 38 saylı sahədəki 0,12 ha torpaq sahəsinin X4 satılmasına dair onunla İddiaçı (Cavabdeh1 əvəzinə) arasında xx xxxxxx 2018–ci il tarixdə 33 saylı DNK–da bağlanmış AN–İ ******* saylı, 4Ə–4 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; qeyd edilən müqaviləəsasında AR DƏDRX-in Bakışəhər Ərazi X2 adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi; X3 Bakışəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik–südçülük sovxozu 38 saylı sahədəki 0,12 ha torpaq sahəsindən çıxarılması, xx xxxxxx 2018–ci il tarixdə 41 saylı DNK-da bağlanmış AN-İ 0480706 saylı, 4Ə/50 reyestr nömrəli alqı–satqı müqaviləsində satış qiyməti kimi göstərilmiş 5000 manat məbləğində pulun İddiaçı alınaraq, X4 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7706/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019–cu il tarixli 2(003)–257/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 257/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, “2018-ci il yanvarın 11–də 41 saylı DNK-da bağlanmış AN-İ ******* saylı, 4Ə/50 reyestr nömrəli alqı-satqı müqaviləsində satış qiyməti kimi göstərilmiş 5000 manat məbləğində pulun İddiaçı alınaraq X4 qaytarılması” hissəsində ləğv edilmiş, qətnamə «iddianın təmin olunduğu» hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə cavabdeh İddiaçı izah olunur ki, onun 18000 manat pulu Cavabdeh2 ayrıca mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ vardır. İş materiallarında olan xx xxxxxx 2018–ci il tarixdə 41 saylı DNK-da bağlanmış AN-İ 0480706 saylı, 4Ə/50 reyestr nömrəli alqı–satqı müqaviləsinəəsasən Bakışəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu 38 saylı sahədəki 0,12 ha torpaq sahəsini İddiaçı (Cavabdeh1 əvəzinə) 5000 manata X4 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Bakışəhər Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Bakışəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu 38 saylı sahədəki 0,12 ha torpaq sahəsi X3 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından aydın olur ki, X3 şikayəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 etibarnaməsi əsasında, onun vəfat etmiş qızı Mətanət Ağayevanın adına olan torpaq sahəsi xx.xx.2018–ci il tarixdə iddiaçıya satılmışdır. Mübahisəli torpağın alqı–satqı müqaviləsinin bağlanması Cavabdeh1 gəlini cavabdehlərdən Cavabdeh2 bilavasitə iştirakı ilə həyata keçirilmişdir. Daha sonra məhkəmə qətnaməsi ilə mübahisəli torpaq sahəsinin X1 dair onunla İddiaçı (Cavabdeh1 əvəzinə) arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən müqavilə əsasında X3 adına verilmiş çıxarışın ləğv edilməsi; X3 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Tərəvəzçilik–südçülük sovxozu 38 saylı sahədəki 0,12 ha torpaq sahəsindən çıxarılması, alqı–satqı müqaviləsində satış qiyməti kimi göstərilmiş 5000 manat məbləğində pulun İddiaçı alınaraq, X4 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə sözügedən qətnamə “2018-ci il yanvarın 11–də 41 saylı DNK-da bağlanmış AN-İ ******* saylı, 4Ə/50 reyestr nömrəli alqı-satqı müqaviləsində satış qiyməti kimi göstərilmiş 5000 manat məbləğində pulun İddiaçı alınaraq X4 qaytarılması” hissəsində ləğv edilmiş, qətnamə «iddianın təmin olunduğu» hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə cavabdeh İddiaçı 18000 manat pulu Cavabdeh2 ayrıca mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah olunmuşdur. İddiaçı da öz növbəsində cavabdehlərdən maddi və mənəvi ziyanın əvəzinin ona ödənilməsini tələb etmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə də İddiaçı Cavabdeh2 18000 manat məbləğində pul verməsi sübuta yetirilmiş və cavabdeh bunu etiraf etmişdir. Həmin faktın yenidən sübuta ehtiyacı yoxdur. Lakin Cavabdeh2 həmin pulu Cavabdeh1 verməsini bildirsə də, bu barədə mötəbər sübütları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xəzər rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar