Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7258/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3224/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 1850 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-ZE-*** dövlət qeydiyyat nişanlı “Vaz 21725” markalı avtonəqliyyat vasitəsi 09.04.2018-ci il tarixdən 09.04.2019-cu il tarixədək "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” növü üzrə sığortalanmışdır. 01.08.2018-ci il tarixində Cavabdeh idarə etdiyi **-ZF-*** dövlət qeydiyyat nişanlı “Vaz 21725” markalı avtonəqliyyat vasitəsi ilə **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C220 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi barədə DYP əməkdaşı tərəfindən AP ******* nömrəli İnzibati Xəta haqqında protokol tərtib olunmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş 08.08.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C220 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1850 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 05.09.2018-ci il tarixli sığorta aktlarına əsasən "xxxx" ASC tərəfindən dəymiş ziyana görə 1850 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C220 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" ASC tərəfindən zərərçəkənlərə ödənilmiş 1850 manat məbləğində vəsaitin subroqasiya qaydasında Cavabdeh tutulmalıdır.
3. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3224/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə sığorta ödənişinə görə 1850 (min səkkiz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir (sədrlik edən: Əminə Abbasova).
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3224/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin idarə etdiyi **-ZE-*** qeydiyyat nişanlı, VAZ 21726 markalı avtomaşını 01.08.2018-ci il tarixdə idarə edərkən **-DN-*** dövlət qeydiyyat nişanlı, Mersedes Benz C 220 markalı avtomaşınla yol nəqliyyat hadisəsi olmuşdur. Həmin yol nəqliyyat hadisəsi zamanı cavabdehin avtomobili vurulmuşdur və onun həmin hadisədə heç bir təqsiri olmamışdır. Eyni zamanda cavabdehin idarə etdiyi **-ZE-*** qeydiyyat nişanlı, VAZ 21726 markalı avtomaşını sığortalı olmuşdur, eyni zamanda mersedes markalı avtomaşına dəyimiş ziyan cüzi məbələğdə idi. Azsığorta şişirdilmiş məbləğ yazmaqla cavabdehdən pul tələb edir ki, həmin yol nəqliyyat hadisəsi zamanı cavabdehin avtomaşınına daha çox ziyan vurulmuşdur. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materiallarından görünür ki, PAZ ********** nömrəli “İcbari Sığorta Müqaviləsi”nə dair Məlumata əsasən “Vaz 21725” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobil 09.04.2018-ci il tarixdən 09.04.2019-cu il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. 05.09.2018-ci il tarixli Sığorta Aktına əsasən 01.08.2018-ci il tarixdə sığortalı **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C220 minik markalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində 1850 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən 08.08.2018-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”-a əsasən **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” C220 minik markalı avtomobilə 1850 manat dəymiş zərər hesablanmış, həmin məbləğ X2 hesabına ödənilmişdir.
10. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətiin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilə halın təfərrüatları barədə Arayış”ın sürətindən görünür ki, 01.08.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs “Vaz 21725” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi, hadisə baş verdiyi anda avtomobili idarə edən Cavabdehdur.
11. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21725” minik markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan, 01.08.2018-ci il tarixli AP ******* nömrəli İnzibati Xəta haqqında Protokolun surətindən müəyyən olunmuşdur ki, 01.08.2018-ci il tarixdə “Vaz 21725” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hüquqi dəyərləndirmə:
12. İş materiallarında olan sığorta aktı, inzibati xəta haqqında protokoldan görünür ki, sığortalanmış “Vaz 21725” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz” C220 markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan dəymişdir. Bu hal eyni zamanda, cavabdeh tərəfindən verilən apellyasiya şikayətində də öz əksini tapmışdır. Kollegiya iş materialarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, sığortalanmış “Vaz 21725” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz” C220 markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından, göstərilən avtomobilə ziyan vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ iddiaçı "xxxx" ASC-yə keçmişdir.
13. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.
14. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır.
15. Həmin Qanunun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
16. Kollegiya qeyd edir ki, iş materiallarında olan 628 saylı, 28.08.2018-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan (i.v. 11) müəyyən edilir ki, sözügedən avtonəqliyyat hadisəsinin törədildiyi anda cavabdeh X1 hüququ olmamışdır.
17. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
19. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
20. Yuxarıda istinad edilən qanunvericilik aktı normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, sığorta hadisəsi Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi törədildiyindən, “Mercedes Benz” C220 markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırıldığından "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Beləliklə də "xxxx" ASC-nin iddiasının təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
21. Məhkəmə kollegiyası sığorta ödənişinin şişirdilməsinə dair cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin məbləğ iş materiallarında olan sığorta aktına (i.v. 6) əsasən müəyyən edilmiş və həmin məbləğin şişirdilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
22. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3224/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev