Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-727/2019 16.05.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Teymur Həsən oğlu Həsənovun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətininin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli 2(005)-2013/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 90.000 manata qiymətləndirilməsinə dair “xxxx” MMC-nin 27.09.2013-cü il tarixli, 584 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə hesabatının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 250.000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilməsiqət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin 27.09.2013-cü il tarixli, 584 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi”nın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İcra İdarəsinin sifariş məktubu və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2699/2012 saylı, 27.06.2012-ci il tarixli icra vətəqəsinə əsasən 584 saylı, 27.09.2013-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi” ilə ünvan 1 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin “bazar qiymətini müəyyən etmək üçün” qiymətləndirilmə aparılmışdır. Qiymətləndirilmə İcra İdarəsinin sifarişi əsasında “xxxx” MMC tərəfindən həyata keçirilmişdir. Lakin qiymətləndirmə rəyi ona göstərilməmiş və bu səbəbdən rəy üzrə müəyyən edilmiş qiymətdən xəbəri olmamışdır. Bu məsələ ona hərracın təyin olunmasına dair bildiriş gəldikdə məlum olmuşdur. Ləğv edilməsi tələb etdiyi ekspert rəyində əsaslandırılmış əmlakları bazar dəyərinin sadalanan qiymətin müəyyən edilməsi meyaraları əsasında müəyyən edilməsinin tam əksi görünür və həmin “meyarlar” sadalansa da əslində nəticədə bu meyarlarla heç cür uyğunlaşmayan, reallıqdan tam uzaq olan “qiymətləndirilmə” həyata keçirilmişdir. O, işdə tərəf olaraq bu cür qiymətləndirmə ilə razılaşa bilmir və hesab edir ki, yuxarıda qeyd etdiyi “qiymətləndirmə rəyi”nin real olmadığı müəyyən edilməli və bu səbəbdən də ləğv edilməlidir. Bu cür qiymətləndirmənin real olmadığını təsdiq etmək üçün fərdi yaşayış evi yerləşdiyi yerin, təmir vəziyyətinin və sonda təyin edilmiş qiymətlərin müqayisələndirilməsi kifayətdir. Ekspert rəyində son nəticənin uyğun satışların müqayisəsi metodu əsas götürülür və həmin metodun özünün riskli olmada ifadə olunur. Nəticədə isə guya həmin təyin olunmuş qiymətlərin rəqabətli bazarda əmlakın ən çox satıla biləcəyi real qiymətlər olması göstərilir. Bu cür qiymətləndirmə real ola bilməz və həmin rəy ləğv edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 90.000 manata qiymətləndirilməsinə dair “xxxx” MMC-nin 27.09.2013-cü il tarixli, 584 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə hesabatı”nın etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 250.000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1-nin səlahiyyətli nümayəndəsi Turqut İsmayılov apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh X1 nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,işə baxan məhkəmə iş üzrə qətnaməni maddi,prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir, Nərmanov Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya qaydasında baxılmsı üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin səlahiyyətli nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh1-nin səlahiyyətli nümayəndəsinin, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, qətnaməBakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 250.000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilməsihissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 210000 (iki yüz on min) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2699/2012 saylı, 27.06.2012-ci il tarixli Qətnaməsinə uyğun olaraq verimiş icra vərəqəsinə əsasən "xxxx" ASC ilə X11 arasında bağlanmış K-4147 saylı, 29.04.2009-cu il tarixli kredit müqaviləsi üzrə 417.000 ABŞ dolları əsas, 99.867 ABŞ dolları faiz, 102.777 ABŞ dolları artırılmış faiz, cəmi 619.945 ABŞ dolları məbləğində borcun və iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdeh X9 tutularaq "xxxx" ASC-yə ödənilməsi, İddiaçı məxsus və "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində 0,04934 ha torpaq sahəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin, eləcədə X7 məxsus və "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, X17 prospektində 0,01608 ha torpaq sahəsində yerləşən 64 nömrəli binanın, 32 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin X10 "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, həmin əmlaklar hərracdan satıldıqdan sonra bir ay ərzində ipoteka qoyan İddiaçı Bakı şəhəri, yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində 0,04934 ha torpaq sahəsində yerləşən 1/9 saylı fərdi yaşayış evindən, eləcə də ipoteka qoyan X5 və onuna birlikdə yaşayan X6, X2, X3 və X4 Bakı şəhəri, Binəqədi rayonu, X17 prospektində 0,01608 ha torpaq sahəsində yerləşən 64 nömrəli binanın, 32 saylı mənzilindən çıxarılması qət edilmişdir; İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Cavabdeh2 "xxxx" MMC-yə ünvanlanmış 17/72 saylı, 16.08.2013-cü il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus və "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində 0,04934 ha torpaq sahəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin qiymətləndirilməsinin həyata keçirilməsi xahiş edilmişdir; İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində istifadədə olan 0,04934 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66,3 kv.m yaşayış, - kv.m. qeyri-yaşayış, 74,6 kv.m. köməkçi sahədən ibarət 1/9 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrəİddiaçı adına daşınmaz əmlakın dövlət rüyüstrində 7 nömrəli reyestr kitabının 788 nömrəli vərəqində qeydiyyat aparılmışdır; İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2699/2012 saylı, 27.06.2012-ci il tarixli Qətnaməsin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 tərəfindən verilmiş sifarişə əsasən “xxxx” MMC tərəfindən həmin fərdi ev 90.000 manat dəyərində qiymətləndirilmişdir. “xxxx” MMC-nin 18 may 2017-ci il tarixli, 72 nömrəli ekspet rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 250.000 manat təşkil etdiyi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərardadı ilə mübahisəli mənzilin hazırkı real bazar dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinə həvalə edilmişdir. “xxxx” MMC-nin 27.11.2018-ci il tarixli MB 11/1120 №-li ekspert rəyinə əsasənBakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin bazar dəyərini 210000 manat müəyyən edilmişdir. Sonradan işə apellyasiya qaydasında baxılarkən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2018-ci il tarixli qərarının hazırki iş üzrə tövsiyyəsinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi üçün əmlakın qiymətləndirilməsini həyata keçirmək səlahiyyətinə malik dövlət ekspertiza müəssisəsinə, yəni Azərbaycan Respublikası ƏMDK-nin ekspertlərinə həvalə olunması qərara alınmışdır.Həmin qərardada əsasən mütəxəssis rəyinin verilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə ödənilməli olan məbləğin əvvəlcədən “xxxx” ASC-dən Bakı Apellyasiya Məhkəməsinin depozit hesabına keçirilməsi təklif edilsə də, ekspertiza xərci “xxxx” ASC tərəfindən ödənilmədiyindən, Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qərardadının icrası mümkün olmamışdır. Belə olan halda Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərardadı ilə mübahisəli mənzilin hazırkı real bazar dəyərini müəyyən etmək məqsədi ilə “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 27.11.2018-ci il tarixli MB 11/1120 №-li mütəxəssis rəyi əsas götürülməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3-cu və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 250.000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilməsihissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 210000 (iki yüz on min) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 1/9 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 250.000 (iki yüz əlli min) manat məbləğində müəyyən edilməsihissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 210000 (iki yüz on min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-727/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-727/2019
16.05.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver