Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7282/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1260/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı ali təhsil müəssisəsinə bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Rusiya Federasiyasında anadan olmuş və orta təhsilini Fusiya Federasiyasında başa vuraraq 2019-cu ildə əcnəbi vətəndaş kimi Cavabdeh (UNEC) Rus İqtisad Məktəbi fakultəsi “Maliyyə” ixtisası üzrə bakalavr pilləsində təhsil almağa qəbul olmuşdur. Lakin, ali təhsil müəssisəsinə qəbul olarkən iddiaçıya Azərbaycan Respublikasının vətəndaşı olduğu və növbəti kurslarda təhsilini əcnəbi tələbə kimi davam etdirmək üçün ona Azərbaycan Respublikası vətəndaşlığından çıxmalı və əcnəbi vətəndaş kimi Azərbaycan Respublikasında təhsil aldığından Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşamaq icazəsi alaraq, icazə vəsiqəsini UNEC-ə təqdim etməli olduğu bildirilmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmasından xəbərdar olmamış və sənədlərini universitetə təqdim edərək bakalavr pilləsi üzrə təhsilə qəbul edildikdən sonra Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş və ali təhsilini UNEC-də davam etdirmək üçün Universitetdən verilmiş tövsiyyə əsasında Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. X5 Xidmətindən bu vaxta qədər onun müraciətinə cavab verilməmiş və nəticədə cavabdehin 18.03.2021-ci il tarixli, 160/4/2021 saylı əmri ilə o, “tələb olunan sənədləri təqdim etmədiyinə görə“ universitetin tələbələri sırasından xaric edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(009)-1260/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(009)- 1260/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 2(009)-1260/2021 saylı qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Belə ki, Cavabdeh (UNEC) appellyasiya şikayətində ona istinad etmişdir ki, İddiaçı 09.09.2019-cu il tarixli ərizə ilə Rusiya Federasiyasının vətəndaşı kimi UNEC-ə müraciət etmiş, 27.09.2019-cu il tarixli 592/4/2019 nömrəli əmrlə xarici ölkə vətəndaşı kimi UNEC-ə qəbul olmuş və onunla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması QaydalaıT’nm əlavəsinə uyğun olaraq müqavilə imzalanmışdır. Qəbul zamanı İddiaçı qızma qüvvədə olan təhsil və miqrasiya qanunvericiliyinin tələbləri izah olunmuş və onun tərəfindən sənədlərinin mövcuq qaydalara uyğun olmadığı üçün məsuliyyəti öz üzərinə götürülməsi haqqında ərizə imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”n 3.4 bəndinə əsasən əcnəbi tələbə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilən Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi kartını ali təhsil müəssisəsinə təqdim etməlidir. İddiaçı tələb olunan müvəqqəti yaşayış icazəsi kartının alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin onun eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən olduğu üçün kartın verilməsinə imtina edilmişdir. “Azərbaycan Respublikası vətəndaşlıqı haqqında” Azərbaycan Respublikasının qanunun 10-cu maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda, həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 32-ci bəndinə müvafiq sürətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Bu səbəbdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması QaydalaıT’nın 1.2 bəndinə əsasən (“Bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.”) əcnəbi tələbə kimi təhsil almasının hüquqi əsası yoxdur. Beləliklə, İddiaçı tələbə statusunu qazanmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları’nın 1.6cı bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulunda iştirak' etmək hüququna malikdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlillərinin qanuna əsaslanmasını qəbul edir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona əsaslanmışdır ki, “Təhsil haqqında” AR Qanununun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.05.2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” Qaydalarının 3.1.5-ci maddəsinə əsasən əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əlavə əsasən Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında Müqavilənin nümunəsi təsdiq edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən təhsil müəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanılmış bu Müqaviləni ləğv etmək hüququna malikdir: 3.1.1. daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verdikdə; 3.1.2. Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə; 3.1.3. barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda. Müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən iddiaçı ilə cavabdeh arasında mülki hüquqi münasibətlər müqavilə əsasında yaranmışdır və iddiaçı əcnəbi kimi təhsil müəssisəsində cavabdehlə bağlanmış müqavilə əsasında təhsil alır. Belə olan halda tərəflər arasında müqavilə əsasında yaranmış hüquq münasibətlərinə son qoyulması yalnız bağlanmış müqaviləyə xitam verilməsi yolu ilə mümkündür. Lakin göründüyü kimi cavabdeh yalnız əmr qəbul edilməklə iddiaçını universitetdən xaric etmiş və bununla da mülki qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə cavabdehin nümayəndəsinin Nazirlər Kabinetinin 01.05.2015-ci li tarixli 125 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” Qaydalarının 3.4-cü bəndinə əsasən əcnəbi tələbənin AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşayış icazə kartının ali təhsil müəssisəsinə təqdim edilməli olması barədə dəlilləri üzrə qeyd edir ki, həmin Qaydaların 3.4 bəndində belə müddəa mövcud deyil. AR Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 424.2-ci madəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Qeyd edilən Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən müqavilənin birtərəfli qaydada ləğv edilməsi yalnız tərəflərin müqavilədə nəzərdə tutduqları halda mümkündür. Digər hallarda müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, bu mümkün olmadıqda isə məhkəmə yolu ilə mümkündür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh təhsil müəssisəsi 18.03.2021-ci il tarixdə əmr qəbul etməklə iddiaçını tələbə sırasından xaric etmiş və bunun əsası kimi iddiaçı tərəfindən əcnəbi kimi lazım olan sənədləri təqdim edilməməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında təhsil almaqla bağlı münasibətlər müqavilə ilə tənzimləndiyi üçün, iddiaçının universitetdən xaric edilməsi üçün müqaviləyə xitam verilməlidir. Lakin cavabdeh müqaviləyə xitam verilmədən iddiaçını universitetdən xaric etdiyi üçün, bu hal qanunun pozulması halı kimi qiymətləndirilməlidir. Ona görə də apellyasiya şikayətinin qeyd olunan dəlilləri birinci instansiya məhkəməsinin ləğvi üçün əsas ola bilməz. “İqtisadi, Sosial Və Mədəni Hüquqlar Haqqında” 16 dekabr 1966-cı il tarixli Beynəlxalq Paktın 13-cü maddəsində qeyd olunmuşdur ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir. Onlar daha sonra razılaşırlar ki, təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı olmaq imkanı verməlidir, bütün millətlər, irqi, dini və etnik qruplar arasında qarşılıqlı anlaşmaya, dözümlülüyə və Birləşmiş Millətlər Təşkilatının sülhü qoruma sahəsində fəaliyyətinə yardım etməlidir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlətin təhsil sahəsində əsas vəzifələrindən biri də Azərbaycan Respublikasının vətəndaşı olan, həmçinin Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaq hüququnu təmin etməkdir. Hazırki iş materiallarında olan Cavabdeh ilə “Əcnəbi vətəndaş” qismində İddiaçı arasında bağlanılmış 20.09.2019-cu il tarixli ödənişli təhsil almaq haqqında müqaviləyə əsasən UNEC ödənişli əsaslarla İddiaçı maliyyə ixtisası üzrə təhsil verməsin öhdəsinə götürmüş, İddiaçı isə illik 2600 manat məbləğində təhsil haqqını UNEC-ə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan UNEC Cavabdeh 27.09.2019-cu il tarixli 592/4/2019 saylı əmrinə əsasən İddiaçı Rus İqtisadiyyat Məktəbinə maliyyə ixtisası üzrə tələbə kimi qəbul olunmuşdur. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əlavə əsasən Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında Müqavilənin nümunəsi təsdiq edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən təhsil müəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanılmış bu Müqaviləni ləğv etmək hüququna malikdir: 3.1.1. daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verdikdə; 3.1.2. Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə; 3.1.3. barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda. Müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır. Məhkəmə kollegiyası həmçinn qeyd edir ki, apellyasiya məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətiniiin 25 iyun 2021-ci il tarixli, ******* saylı arayışının surətindən görünür məlum olur ki, Azərbaycan Respublikası Prezindentinin 12 iyun 2021-ci il tarixli 2680 nömrəli Sərəncamı ilə 07 sentyabr 1973-cü ildə Azərbaycan Respublikasının Oğuz rayonunda anadan olmuş X2 (övladı xx xxxxxx 2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş İddiaçı ilə birlikdə) Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmişdir. Beləliklə İddiaçı xarici ölkə vətəndaşı kimi Cavabdehndə təhsil almaq hüququ yaranmışdır. Qeyd olunanlara nəzərə alaraq Məhkəmə kollegiyası İddiaçı Cavabdehndə təhsilini davam etdirməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbi irəli sürmədiyi halda Cavabdeh rektoru Ədalət Muradov tərəfindən qəbul edilmiş 18.03.2021-ci il tarixli 160/4/2021 saylı əmrinin İddiaçıns münasibətdə ləğv edilməsinin qanunda nəzərdə tutulmuş müstəsna hal qiymətləndirilməsini yuxarıda qeyd olunanlar prizmasında birinci instansiya məhkəməsinin ləğvi üçün əsas kimi qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1260/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1260/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7282/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7282/2021
01.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver