Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7288/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC və “X9”-ə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə “Binəqədi New Service” fərdi tikinti şirkətinin yaradıcısı X4 və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən mübahisəli mənzilə görə ödəmiş olduğu 10982 manat pulun, 2018-ci ilin 11 fevral tarixindən halhazırki vaxta kimi illik 5 % olmaqla toplanmış faiz borcunun, habelə ona vurulmuş 5000 manat mənəvi zərərin və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “X9” fərdi tikinti şirkətindən 10982 (on min doqquz yüz səksən iki) manat pul vəsaiti və həmin məbləğin 7.5 faizi miqdarda zərərin əvəzi İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin cavabdeh “X9” fərdi tikinti şirkətindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh “Binəqədi New Service” fərdi tikinti şirkətinin yaradıcısı X4 və onun vəkili Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən, iş materiallarından və qətnamədən görünür ki, iş üzrə iddia tələbinin yönəldiyi cavabdehlər “xxxx” MMC və “X9”dir. İş materiallarında olan İddiaçı ilə bağlanmış mübahisəli mənzil tikintisi haqqında müqavilənin digər tərəfi isə “xxxx” Mənil Tikinti Şirkəti olmuş, müqavilənin 6-cı maddəsində əks olunan rekzivitlərdə isə “payçı” hissəsində İddiaçı adı və imzası əks edilmiş, “Şirkət” hissəsində isə “xxxx” Mənil Tikinti Şirkəti, onun direktoru B.B.Bəşirovun imzası, fərdi sahibkar X1 adı və vergi ödəyicisi nömrəsi əks olunan möhür vurulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə isə cavabdeh “X9” fərdi tikinti şirkətinə qarşı olan iddia qismən təmin edilmişdir. Lakin, qeyd edilən qətnamədən apellyasiya şikayəti fərdi sahibkar statusuna malik (VÖEN: **********) X5 və onun vəkili Vəkil2 tərəfindən verilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş 268 nömrəli vəkil orderindən də görünür ki, hüquqi yardım göstərilən şəxs X3r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Kollegiya qeyd edir ki, iş üzrə mübahisə subyektləri İddiaçı, “xxxx” MMC və “X9” fərdi tikinti şirkəti (“X9” MTK) olduğundan qətnamə də yalnız bu mübahisə subyektləri və ya qanunla nəzərdə tutulan digər subyektlər tərəfindən mübahisələndirilə bilər. Nəticə etibarı ilə, “X9” fərdi tikinti şirkətinin yaradıcısı V.Mustafayeva iş üzrə tərəf olmadığından qəbul edilmiş məhkəmə qətnaməsini mübahisələndirilə bilməz. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, “Binəqədi New Service” fərdi tikinti şirkətinin yaradıcısı X4 və onun vəkili Vəkil2 tərəfindən verilmiş şikayət mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq verilmədiyindən qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 363,366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2021 saylı, 30 aprel 2021-ci il tarixli qətnaməsindən iş üzrə “Binəqədi New Service” fərdi tikinti şirkətinin yaradıcısı X4 və onun vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7288/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7288/2021
06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver