Məhkəmə qərarları › İş №2(103)-7292/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7292/2022

24.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7292/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 İsmayıl qızı, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı (X28, X69, X19, X70, X11, X29, 14 saylı Notariat Ofisinin xüsusi notariusu X40 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrində göstərilən alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (X28, X69, X19, X70, X11, X29, 14 saylı Notariat Ofisinin xüsusi notariusu X40 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 İsmayıl qızı, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrində göstərilən alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2099/2022 saylı 30 avqust 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs X40 tərəfindən verilmiş apelyasiya şikayətinə 24 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin müəyyən edilmiş hallarına əsasən X55 iddiaçının nənəsi, X71 isə atası olmuşdur. X55 xx.xx.2011-ci il tarixdə, X71 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər.

2. Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən, ümumi sahəsi 277,9 kv.m, yaşayış sahəsi 180,2 kv.m, yardımçı sahəsi 97,7 kv.m olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə 29/100 hissədən – 1 otaq payı iddiaçının nənəsi X30 məxsus olmuşdur. İddiaçının atası ölənədək həmin evdə qeydiyyatda olmaqla yaşamış, iddiaçı həmin evdə qeydiyyatda olsa da orada yaşamamışdır.

3. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 1nin xx.xx.2021-ci il tarixli 2003 saylı X30, X41, X12 və X4 ünvanlanmış məktubundan görünür ki, X81 ünvan 1nə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində, özünə məxsus 29/100 hissədən – 2 otaq payının 48000 manata satılması barədə məlumat vermişdir. Onların payçı kimi bu payı satın almaqda üstünlük hüququ vardır. Payı almaq fikirləri varsa, 45 gün ərzində sözügedən notariat ofisinə və ya X56 fikirlərini bildirməyi xahiş edilmişdir. Əks təqdirdə alqı-satqı müqaviləsinin onların iştirakı olmadan 3-cü şəxsin adına rəsmiləşdiriləcəkdir.

4. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı, ********* saylı, ********* saylı, ********* saylı məxaric qəbzlərindən görünür ki, 14 saylı notariat ofisindən X30, X41, X12 və X4 məktub göndərilmişdir. Mülki işin materiallarında olan poçt göndərişlərinin izlənilməsi barədə məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixdə məktublar “qəbul olunub” statusundadır.

5. X10 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, X81 Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m-dən ibarət olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən – 2 otaq payını 48000 manata alıcı Cavabdeh10 satmışdır. Həmin müqaviləyə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08A/905 saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləri barədə məlumatda göstərilmişdir ki, X81 – 29/100 hissədən – 2 otaq (qeydiyyat nömrəsi 30/19136, qeydiyyat tarixi: xx.xx.2001); X57 – 29/100 hissədən – 1 otaq; Cavabdeh4 – 29/100 hissədən – 2 otaq; Cavabdeh6 İsmayıl qızı – 29/100 hissədən – 1 otaq; X69 – 14,5/100; X5 – 29/100 hissədən – 1 otaq; X28 – 14,5/100 (qeydiyyat nömrəsi 110627388, qeydiyyat tarixi: xx.xx.2006); X20 – 29/100 hissədən – 2 otaq payına malik olmuşlar. Paylı mülkiyyətçilərdən Cavabdeh6 İsmayıl qızı xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, X56 məxsus olan payın satılması haqqında məlumatlı olduğunu bildirmiş, bu payın alınması üçün üstün alıcılıq hüququndan imtina etmiş və onun başqa şəxsə satılmasına etiraz etməmişdir. Paylı mülkiyyətçilərdən Cavabdeh11 xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, X56 məxsus olan payın satılması haqqında məlumatlı olduğunu bildirmiş, bu payın alınması üçün üstün alıcılıq hüququndan imtina etmiş və onun başqa şəxsə satılmasına etiraz etməmişdir. Paylı mülkiyyətçilərdən Cavabdeh4 xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, X56 məxsus olan payın satılması haqqında məlumatlı olduğunu bildirmiş, bu payın alınması üçün üstün alıcılıq hüququndan imtina etmiş və onun başqa şəxsə satılmasına etiraz etməmişdir. Paylı mülkiyyətçilərdən X70 xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, X56 məxsus olan payın satılmasına etiraz etməmiş, gələcəkdə bununla bağlı iddia və tələbi olmayacağını bildirmişdir. xx.xx.2021-ci il tarixli “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışda X21, X31, Cavabdeh4, X6, Cavabdeh6 İsmayıl qızı, X32, X58, X22, X82, X42, X28, X43, X23, X11, X29, X33, X34, X59, Cavabdeh7, X13, Cavabdeh3, X70, Cavabdeh8, Cavabdeh1, Cavabdeh9, Cavabdeh11, X14, X71, X81, X24, Cavabdeh2, X60, X44, X45, X61, X46, X35, X62, X25, X83, X26, X84, X47, X15, X63, X72, X48, X94 və X7 Bakı şəhəri, A.D.Qurbanov küçəsi, ev 47 ünvanında qeydiyyatda olması göstərilmişdir. X81 isə xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, ona məxsus payın satılması barədə X36, X49, X16, X8 xəbərdar etdiyini bildirmiş, həmçinin, “Elektron notariat” X1ndən çıxarışda adları çıxanların ailə üzvləri olmadığını qeyd etmiş, ona görə də “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndini nəzərə alaraq, alqı-satqı müqaviləsinin onların razılığı olmadan rəsmiləşdirilməsini xahiş etmiş, gələcəkdə bu hallarla bağlı hər hansı bir iddia qalxarsa, bütün məsuliyyəti öz üzərinə götürmüşdür.

6. Satıcı Cavabdeh11 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh11 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m., yardımçı sahəsi 97,7 kv.mdən ibarət olan 13 otaqlı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən – 1 otaq payını 35000 manata alıcı Cavabdeh10 satmışdır.

7. Satıcı Cavabdeh4 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh4 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m., yardımçı sahəsi 97,7 kv.mdən ibarət olan 13 otaqlı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən – 2 otaq payını 60000 manata alıcı Cavabdeh10 satmışdır.

8. Satıcılar Cavabdeh9, Cavabdeh2, Cavabdeh12, Cavabdeh8, Cavabdeh3, Cavabdeh1 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, satıcılar Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində istifadədə olan 0.025990 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 277,9 kv.m. olan 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə onlara məxsus 29/100 hissə – 1 otaqdan 1/7 hissə paylarını hər biri 21428 manata alıcı Cavabdeh10 satmışdır.

9. Satıcı Cavabdeh7 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh7 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m., yardımçı sahəsi 97,7 kv.m. olan 13 otaqlı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən 2 otaq payını 65000 manata alıcı Cavabdeh10 satmışdır.

10. Satıcı Cavabdeh6 İsmayıl qızı ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Cavabdeh6 İsmayıl qızı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 277,9 kv.m., yaşayış sahəsi 180,2 kv.m., yardımçı sahəsi 97,7 kv.m. olan 13 otaqlı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən – 1 otaq 11 kv.m. payını 40000 manata alıcı Cavabdeh10 satmışdır.

11. X2 əvəzinə Cavabdeh5 ilə alıcı Cavabdeh10 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, satıcı ünvan 4 ünvanında yerləşən, 0.025990 ha torpaq sahəsinin istifadəsində olan ümumi sahəsi 277,90 kv.m. olan fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 29/100 hissədən – 1 otaqdan 1/14 hissə payını 10714 manata alıcı Cavabdeh10 satmışdır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 277.90 kv.m-dən ibarət olan fərdi yaşayış evi 29/100 hissədən 5 otaq və 29/100 hissədən 6/7 hissə pay üzrə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh10 məxsusdur, bu barədə qeyd xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Çıxarışdan, həmçinin, görünür ki, həmin əmlak üzərində X28 14.5/100 hissədə (qeydiyyat nömrəsi: 110627388, qeydiyyat tarixi: xx.xx.2006), X69 14.5/100 hissədə, X57 29/100 hissədən 1 otaqdan 1/14 hissədə (açıq qalır), Cavabdeh6 İsmayıl qızı 29/100 hissədən 1 otaqda (qeydiyyat tarixi: xx.xx.2006), X47 29/100 hissədən 1 otaqdan 1/14 hissədə (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) xüsusi mülkiyyət hüququ əsasında hüquq sahibləridir.

13. 08.10.2021-ci il tarixdə 2V-521 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh8, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh9 X27 vərəsələri qismində müəyyən edilmişdir və onların hər biri miras əmlakdan 1/7 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlakın Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə X30 verilmiş 30/14300 qeydəalma nömrəsi ilə 204 nömrəli kitabın 11538-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən ümumi sahəsi 277.9, yaşayış sahəsi 180.2 kv/m, yardımçı sahəsi 97.7 kv/m olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X30 məxsus 29/100 hissədən – 1 otaq payından ibarət olduğu və göstərilən miras əmlakın 2/7 hissəsinin açıq saxlanıldığı qeyd edilmişdir.

14. 09.10.2021-ci il tarixdə 2V-522 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə Cavabdeh12 X27 vərəsəsi qismində müəyyən edilmişdir və o, miras əmlakdan 1/7 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlakın Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə X30 verilmiş 30/14300 qeydəalma nömrəsi ilə 204 nömrəli kitabın 11538-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən ümumi sahəsi 277.9, yaşayış sahəsi 180.2 kv/m, yardımçı sahəsi 97.7 kv/m olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X30 məxsus 29/100 hissədən – 1 otaq payından ibarət olduğu, göstərilən miras əmlakın 5/7 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və 1/7 hissəsinin açıq saxlanılması qeyd edilmişdir.

15. Sonradan xx.xx.2021-ci il tarixdə 2V-549 reyestr nömrəsi ilə iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı (iddiaçı) xx.xx.2020-ci il tarixdə ölmüş X37 vərəsəsi qismində müəyyən edilmiş və o, miras əmlakdan 1/14 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlakın vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X37 xx.xx.2011-ci il tarixdə ölmüş anası X30 məxsus olmuş Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə ona verilmiş 30/16032 qeydəalma nömrəsi ilə 204 nömrəli kitabın 11538-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən ümumi sahəsi 277.9, yaşayış sahəsi 180.2 kv/m, yardımçı sahəsi 97.7 kv/m olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X30 məxsus 29/100 hissədən – 1 otaq payından ibarət olduğu, göstərilən miras əmlakın 6/7 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və 1/14 hissəsinin açıq saxlanılması qeyd edilmişdir.

16. 26.10.2021-ci il tarixdə 2V-552 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X47 (iddiaçının bacısı) xx.xx.2020-ci il tarixdə ölmüş X37 vərəsəsi qismində müəyyən edilmiş və o, miras əmlakdan 1/14 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlakın vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X37 xx.xx.2011-ci il tarixdə ölmüş anası X30 məxsus olmuş Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə ona verilmiş 30/16032 qeydəalma nömrəsi ilə 204 nömrəli kitabın 11538-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən ümumi sahəsi 277.9, yaşayış sahəsi 180.2 kv/m, yardımçı sahəsi 97.7 kv/m olan 13 otaqlı 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X30 məxsus 29/100 hissədən – 1 otaq payından ibarət olduğu və göstərilən miras əmlakın 6/7 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satın almaqda üstünlük hüququnun pozulması ilə həyata keçirilmiş - xx.xx.2021-ci il tarixli 4Ə-1322 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1573 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1599 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1661 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1752 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-2051 reyestr nömrəli və - xx.xx.2021-ci il tarixli 4Ə-2123 reyestr nömrəli alqı-satqı müqavilələri üzrə alıcı Cavabdeh10 satıcılara 7 müqavilə üzrə ödədiyi ümumilikdə 387.282,00 manat vəsaitin tərəfindən ona ödənilməsi müqabilində alıcının, yəni Cavabdeh10 hüquq və vəzifələrinin ona keçməsi, alıcının hüquq və vəzifələrinin ona keçməsi ilə əlaqədar yuxarıda qeyd edilən alqı-satqı müqavilələri əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh10 adına qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi, alıcının hüquq və vəzifələrinin ona keçməsi ilə əlaqədar bu hüquqlarının dövlət qeydiyyatına alınaraq bununla bağlı çıxarış verilməsi, onun paylı mülkiyyətindən istifadəsinə törədilmiş maneələrin aradan qaldırılması və edilən qəsdlərin qadağan edilməsi öhdəliyinin Cavabdeh10 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ünvan 6 ünvanında yerləşən evdə qeydiyyatdadır və hazırda həmin fərdi yaşayış evinin payçı mülkiyyətçilərindən biridir. Mərhum atası X71 vəfat etdiyi xx.xx.2020-ci il tarixədək qeyd edilən ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Həmin fərdi yaşayış evinin payçı mülkiyyətçilərindən biri də nənəsi (atasının anası) olan X55 olmuş və nənəsi X55 xx.xx.2011-ci ildə vəfat etmişdir. Nənəsi və atası vəfat etdiyindən mərhum atasına qanun üzrə vərəsəlik üzrə çatacaq payın ½ hissəsi ona keçmişdir. Belə ki, ünvan 1nin xüsusi notariusu X17 xx.xx.2021-ci il tarixdə təsdiq etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir: “Mən, ünvan 1nin xüsusi notariusu X40 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, xx.xx.2020-ci il tarixdə ölmüş X37 vərəsəsi ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2019 – ASAN 1, FİN: xxxxxxx, d/t: xx.xx.1990) və o, miras əmlakın 1/14 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X37 xx.xx.2011-ci il tarixdə ölmüş anası X30 məxsus olmuş Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQ İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə X30 verilmiş 30/16032 qeydə alma nömrəsi ilə 204 nömrəli kitabın 11538-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən ümumi sahəsi 277,9 kv.m, yaşayış sahəsi 180,2 kv.m, yardımçı sahəsi 97,7 kv.m, 13 otaqlı olan 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə X30 məxsus 29/100 hissədən – 1 otaq payından ibarətdir. Qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş və həmin qurum tərəfindən daşınmaz əmlak üzərində hüquqlarının qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış onlayn qaydada verilmişdir. Həmin çıxarışı əldə etdikdən sonra qeyd edilən əmlakın daha əvvəl paylı mülkiyyətçisi olmayan və adını birinci dəfə eşitdiyi Cavabdeh10 adlı şəxsin adının qeyd edildiyini, habelə digər payçıların adlarının həmin çıxarışda olmadığını müəyyən etmişdir. Bunun səbəbini notariusdan soruşduqda məlumat verə bilməyəcəklərini bildirdiklərinə görə, hüquqi yardım göstərməsi üçün vəkillə müqavilə imzalamış və vəkil tərəfindən 14 saylı Notariat Ofisinə xx.xx.2021-ci il tarixdə sorğu ünvanlanaraq yuxarıda qeyd edilən fərdi yaşayış evinin digər payçılarının öz paylarının üçüncü şəxslərə özgəninkiləşdirilməsi ilə əlaqədar təqdim və təsdiq edilmiş sənədlərin verilməsi xahiş edilmişdir. Qeyd edilən sorğu 14 saylı Notariat Ofisinin xüsusi notariusu Elmar Əliyev tərəfindən xx.xx.2021-ci il tarixli 4582 saylı məktubla cavablandırılmış və həmin əmlakın özgəninkiləşdirilməsinə dair notariat ofisində saxlanılan 5 (beş) alqı-satqı müqaviləsinə dair sənədlərin surətləri rəsmi qaydada verilmişdir. Həmin sənədləri əldə etdikdən sonra vəkil tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən əmlaka dair digər payçıların paylarının özgəninkiləşdirilməsinə dair satın almaqda üstünlük hüququ barədə qanunvericiliyin normalarına riayət edilmədən 14 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixli 4Ə-1322 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı X81, xx.xx.2021-ci il tarixli 4Ə-1573 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən payçı Cavabdeh11, xx.xx.2021-ci il tarixli 4Ə-1599 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh4, xx.xx.2021-ci il tarixli 4Ə- 1661 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçılar Cavabdeh9, Cavabdeh2, Cavabdeh12, X50, Cavabdeh3, Cavabdeh1, xx.xx.2021-ci il tarixli 4Ə- 1752 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh7 ilə alıcı Cavabdeh10 arasında alqı-satqı müqavilələri təsdiq edilmişdir. Qeyd edilən müqavilələr üzrə satıcılar tərəfindən digər payçıların həmin payları satın almaqda üstünlük hüquqlarının həyata keçirilməsinə riayət edilməmiş, bu barədə qanunvericiliyin tələbinə əsasən hər hansı yazılı məlumat verilməmiş və bütün qeyd edilənlərə baxmayaraq, 14 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən göz yumularaq həmin müqavilələr təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli 4Ə-1661 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən adları qeyd edilən satıcılar – payçılar (Cavabdeh9, Cavabdeh2, Cavabdeh12, X50, Cavabdeh3, Cavabdeh1) 14 saylı notariat ofisinin xüsusi notariusu Elmar Əliyev tərəfindən təsdiq edilmiş ərizədə elektron X1ndən çıxarışda adı çıxanlar ilə heç bir qohumluq əlaqələrinin olmadığını qeyd edərək, “Notariat hərəkətlərinin aparılması Qaydaları haqqında Təlimat”ın 49-cu bəndini nəzərə alaraq, alqı-satqı müqaviləsinin onların razılığı olmadan rəsmiləşdirilməsini xahiş etmişlər. Halbuki, həmin adları qeyd edilən şəxslər doğma əmiləri və bibiləridir. Notarius həmin notariat ofisində olan vərəsəlik işi zamanı qeyd edilən şəxslərin onun qohumları olduğunu bilirdi və bunları təsdiq edən sənədlər həmin notariat ofisində olan vərəsəlik işinin materiallarında mövcuddur. xx.xx.2021-ci il tarixli 4Ə-1322 nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə notariat işinin 9-cu səhifəsində olan yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışda onun da adı qeyd edilmişdir. Həmin əmlakın payçıları Sultanova (Ağabalayeva) Təbrizə Ağabala qızı, Cavabdeh4, Cavabdeh6 İsmayıl qızının notarial qaydada təsdiq edilmiş ərizələrində qeyd edilən fərdi yaşayış evinin satılmasından məlumatlarının olduğunu və bu payın alınması üçün üstünlük hüquqlarından imtina etdiklərini qeyd etmişlər (notariat işinin 11-13-cü səhifələri). Həmin notariat işinin 18-ci səhifəsində olan X51 ərizəsində Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən 47 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus hissənin 48 000,00 manata satılması barədə X38, X49, X16, X3 xəbərdar etdiyini, “Notariat hərəkətlərinin aparılması Qaydaları haqqında Təlimat”ın 49-cu bəndini nəzərə alaraq, alqı-satqı müqaviləsinin onların razılığı olmadan rəsmiləşdirilməsini xahiş etdiyini, gələcəkdə bu hallarla bağlı hər hansı iddia qalxarsa, bütün məsuliyyəti öz üzərinə götürməsini qeyd etmiş və həmin ərizə 14 saylı Notariat Ofisinin xüsusi notariusu X40 tərəfindən təsdiq edilmişdir. Lakin həmin notariat işində digər payçılara payın satılması barədə hansı qaydada məlumat verildiyi göstərilməmiş, həmin məlumatın verilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmiş və bunlar notarius tərəfindən araşdırılmadan qeyd edilən alqı-satqı müqaviləsi təsdiq edilmişdir. Reallıqda da X30 məlumatın verilməsi mümkün deyildir. Belə ki, X55 qeyd edilən ərizənin verilməsindən 10 il 4 ay 10 gün əvvəl, yəni xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli 4Ə-1573 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh11, xx.xx.2021-ci il tarixli 4Ə-1599 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh4, xx.xx.2021-ci il tarixli 4Ə-1661 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçılar Cavabdeh9, Cavabdeh2, Cavabdeh12, X50, Cavabdeh3, Cavabdeh1, xx.xx.2021-ci il tarixli 4Ə-1752 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən payçı Cavabdeh7 ilə alıcı Cavabdeh10 arasında bağlanmış alqı-satqı müqavilələri üzrə notariat işi qovluğunda satıcılar tərəfindən satın almaqda üstünlük hüququ olan şəxslərə bu hüquqlarından istifadə barədə hər hansı məlumatın verilməsini, onlara yazılı bildirişlərin göndərilməsini təsdiq edən hər hansı məlumat və sənəd mövcud deyildir. Eyni zamanda bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlak üzərində iddiaçının hüquqlarının qeydə alınmasına dair online qaydada əldə edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda payçı mülkiyyətçilər kimi X9, X18 və iddiaçının adı qeyd edilmiş, sonradan online qaydada əldə edilmiş çıxarışa əsasən, Cavabdeh6 İsmayıl qızının və X18 paylarının Cavabdeh10 özgəninkiləşdirilməsi və bunun xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir. Halbuki, 14 saylı notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğu 14 saylı Notariat Ofisinin xüsusi notariusu Elmar Əliyev tərəfindən xx.xx.2021-ci il tarixli 4582 saylı məktubla cavablandırılmış, lakin sonuncu qeyd etdiyi xx.xx.2021-ci il tarixində payçılardan Cavabdeh6 İsmayıl qızının payının özgəninkiləşdirilməsi barədə notariat işi təqdim edilməmişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə 024/22 nömrəli məktubla notariat ofisinə sorğu ünvanlanmış, notarius Elmar Əliyevin imzası ilə xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş 291 saylı məktubla digər payçılardan Cavabdeh6 İsmayıl qızının və X18 paylarının Cavabdeh10 özgəninkiləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli 4/Ə-2051 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 4/Ə-2123 reyestr nömrəli daşınmaz əmlakın alqısatqısına dair müqavilələr və müqavilələrə əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri (notariat işi) təqdim edilmişdir. Həmin daşınmaz əmlakın payçıları tərəfindən payların satılmasına dair notarial qaydada təsdiq edilməsi zamanı qanunvericiliyin tələbləri pozularaq üstünlük hüququ barədə payçılara məlumat verilməmiş, payçılar tərəfindən həmin məlumatların yazılı qaydada verilməsi tələbinə əməl edilməsi notarius tərəfindən araşdırılmadan həmin müqavilələr təsdiq edilmişdir. Halbuki xx.xx.2021-ci il tarixdə 4Ə-2051 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi təsdiq edilərkən notarius tərəfindən alqı-satqı müqaviləsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli 08A-1719 nömrəli arayışında İddiaçı həmin daşınmaz əmlaka paylı mülkiyyət hüququnun qeydiyyata alındığı qeyd edilmiş, lakin notarius tərəfindən satıcının bütün payçılara satın almaqda üstünlük hüququnun həyata keçirilməsi barədə yazılı məlumat verməsi və bunu təsdiq edən sənədi tələb etmədən həmin alqı-satqı müqaviləsini təsdiq etmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli 4/Ə-2123 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısı iddiaçının yetkinlik yaşına çatmayan bacısı X18 adından Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2021-ci il tarixli 6-208- 166 qeydiyyat nömrəli razılıq məktubu əsasında alqı-satqı müqaviləsini imzalayan Cavabdeh5 iddiaçının bacısının adından çıxış edərək elektron X1ndən çıxarışda adları qeyd edilən şəxslərin ailə üzvü olmadığını qeyd edərək, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndini nəzərə alaraq, alqısatqı müqaviləsinin onların razılığı olmadan rəsmiləşdirilməsini xahiş etmiş, 14 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən həmin ərizə təsdiq edilmişdir. Halbuki, vərəsəlik işi qeyd edilən notariat ofisində açılmış, bacısı X47 və o eyni vərəsəlik haqqında şəhadətnamə əsasında vərəsəliyi qəbul etmiş və onların bacı olmaları, ailə üzvü olmaları qeyd edilən vərəsəlik işinin materiallarında mövcuddur və notarius qeyd edilənləri çox gözəl bilirdi. Lakin notarius tərəfindən, o cümlədən satıcılar tərəfindən onun satın almaqda üstünlük hüququ gözlənilməmiş, bu barədə ona rəsmi qaydada hər hansı yazılı müraciət edilməmiş məlumat verilməmiş, bunlara baxmayaraq, həmin alqı-satqı müqavilələri notarius tərəfindən təsdiq edilmişdir. O, qanunvericiliyin tələblərinə zidd olaraq, satın almaqda üstünlük hüququnun pozulduğunu 14 saylı notariat ofisinin xüsusi notariusu X40 tərəfindən xx.xx.2021-ci il tarixdə 4582 saylı məktubla 5 müqavilə üzrə alqı-satqı müqavilələrinə dair notariat işi təqdim edildikdən sonra məlumat əldə etmişdir. Cavabdeh10 payçısı olduğu həmin fərdi yaşayış evinə girişini məhdudlaşdırmaq üçün girişi taxta dirəklərlə bağlamışdır. Payçısı olduğu həmin fərdi yaşayış evinə texniki pasport alınması ilə bağlı hüquqlarını müdafiə edən vəkili və nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** nömrəli ərizə ilə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, həmin idarənin xx.xx.2021-ci il tarixli **********85 qeydiyyat nömrəli məktubu ilə fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından texniki pasportun tərtib edilməsinin mümkün olmadığı bildirilmişdir.

19. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 avqust 2022-ci il tarixli 2(006)-2099/2022 saylı qətnaməsi ilə (hakim Günay Abidova) iddia qismən təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 İsmayıl qızına, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrində göstərilən alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi və s.” tələblərinə dair iddia ərizəsi satın almaqda üstünlük hüququnun pozulması ilə həyata keçirilmiş - xx.xx.2021-ci il tarixli 4Ə-1322 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1573 reyestr nömrəli; xx.xx.2021-ci il tarixli 4Ə-1599 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1661 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-1752 reyestr nömrəli; - xx.xx.2021-ci il tarixli 4Ə-2051 reyestr nömrəli və - xx.xx.2021-ci il tarixli 4Ə-2123 reyestr nömrəli alqı-satqı müqavilələri üzrə alıcı Cavabdeh10 satıcılara ödədiyi 7 müqavilə üzrə ümumilikdə 387,282.00 manat vəsaitin İddiaçı tərəfindən Cavabdeh10 ödənilməsi və bunun müqabilində alıcının, yəni Cavabdeh10 hüquq və vəzifələrinin İddiaçı keçməsi, alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi ilə əlaqədar yuxarıda qeyd edilən alqı-satqı müqavilələri əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh10 adına qeydiyyata alınmış hüquqların qeydiyyatının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 677,28 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

20. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli paylı mülkiyyətə dair bağlanmış alqı-satqı müqavilələrinin hər biri iddiaçının hüquqlarını bu və ya digər şəkildə pozmaqla bağlanmış və rəsmiləşdirilmişdir. Belə ki, xx.xx.2021-ci, xx.xx.2021ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələr iddiaçının həmin vaxtda həmin ünvanda qeydiyyatda olmasına dair sübutların olmasına baxmayaraq, iddiaçının yazılı razılığı alınmadan bağlanmış və notariat ofisində təsdiqlənmişdir. Hər bir müqavilə üzrə satıcı qismində çıxış edən şəxslər iddiaçının onların ailə üzvü olmadığını qeyd edərək, bütün məsuliyyəti öz üzərlərinə götürmüş və alqı-satqı müqaviləsinin bağlanıb rəsmiləşdirilməsinə nail olmuşlar. Bununla da, iddiaçının hüquqlarını pozmuşlar. Həmçinin, iddiaçı qanunvericiliyin tələbinə görə miras açıldığı gündən mülkiyyətçi sayıldığından onun paylı mülkiyyətçi kimi satın almaqda üstünlük hüququ pozulmuş, bu məsələ notarius tərəfindən hərtərəfli araşdırılmadan müqavilələr təsdiqlənmişdir. xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əlavə edilmiş sübutlardan isə iddiaçının paylı mülkiyyətçilərdən biri olmasının və həmin ünvanda qeydiyyatda olmasının aşkar görünməsinə baxmayaraq, bu müqavilə də iddiaçıya xəbərdarlıq edilmədən, həmçinin, onun yazılı razılığı alınmadan bağlanmış və rəsmiləşdirilmişdir. Satıcının qanuni nümayəndəsi iddiaçının ailə üzvü olmadığını qeyd edərək, bütün məsuliyyəti öz üzərinə götürmüş və alqı-satqı müqaviləsinin bağlanıb rəsmiləşdirilməsinə nail olmuşdur. Beləliklə, müqavilələr qanunvericiliyin tələbləri pozulmaqla bağlanıb təsdiqlənmişdir.

21. Hazırki mübahisənin predmeti olan daşınmaz əmlak ümumi paylı mülkiyyətdir. Daşınmaz əmlakın payçıları öz hüquqlarını həyata keçirərkən qanunvericiliklə onların üzərinə qoyulmuş vəzifələrə əməl etməmişlər. Bundan əlavə, notarius tərəfindən ətraflı araşdırma aparılmamış, iddiaçının həmin ünvanda qeydiyyatda olması və paylı mülkiyyətçilərdən biri olmasına baxmayaraq, satıcıların bütün məsuliyyəti öz üzərlərinə götürməsi ilə bağlı ərizələrində qeyd etdiklərinə əsasən müqavilələr iddiaçının hüquqlarını pozmaqla rəsmiləşdirilmişdir.

22. Məhkəmə hesab etmişdir ki, mübahisəli paylı mülkiyyətə dair bağlanmış və notarius tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ilk müqavilə ilə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı həmin vaxt paylı mülkiyyətçi olmasına baxmayaraq, satıcı tərəfindən ona heç bir bildiriş verilməmiş, alıcı isə həmin vaxt paylı mülkiyyətçi olmamışdır. Satıcı öz payını faktiki olaraq üçüncü şəxsə satmış, lakin bu barədə paylı mülkiyyətçi olan iddiaçını məlumatlandırmamışdır. Alıcı məhz bu müqavilədən sonra paylı mülkiyyətçiyə çevrilmişdir. Lakin ilk müqavilə qanunvericiliyin tələblərini pozmaqla bağlanıb təsdiqləndiyindən, digər müqavilələr də qanunvericiliyin tələblərinin pozulması ilə rəsmiləşdirilmiş hesab olunur.

23. İddia tələbinin “alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi ilə əlaqədar bu hüquqlarının dövlət qeydiyyatına alınaraq bununla bağlı çıxarış verilməsi, iddiaçının paylı mülkiyyətindən istifadəsinə törədilmiş maneələrin aradan qaldırılması və edilən qəsdlərin qadağan edilməsi öhdəliyinin Cavabdeh10 üzərinə qoyulması” hissəsində məhkəmə qeyd etmişdir ki, bu tələblər iddiaçının öz hərəkətləri ilə realizə edilə biləcəyindən, tələblərin məhkəmə qətnaməsi ilə təmin edilməsi hüquqi nəticə doğurmayacağından, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. Cavabdeh tərəfindən təqdim edilən etirazda qeyd edilmiş iddia müddətinin ötürülməsi ilə bağlı məhkəmə bildirmişdir ki, iddia ərizəsi kağız daşıyıcıda xx.xx.2022-ci il tarixdə, elektron qaydada isə xx.xx.2022-ci il tarixdə iddiaçının vəkili-nümayəndəsi tərəfindən imzalanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1683/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1683/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə isə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Beləliklə, qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən ötürülməməsi məlum olmuşdur. Həmçinin, iddiaçı mirası qəbul etdiyindən miras açıldığı gündən mübahisəli əmlakın paylı mülkiyyətçisidir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12.2, 13-cü, Mülki Məcəllənin 5.3, 213.1-213.3, 215.4-215.6, 218.1-218.3, 324.1, 390.1, 337.1- 337.2, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2004-cü il tarixli Qərarına, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

26. Qətnamədən üçüncü şəxs 14 saylı Notariat ofisinin xüsusi notariusu X40 apelyasiya şikayəti verərək onun qismən təmin olunmuş hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apelyasiya şikayətində göstərilmişdir ki, həmin müqavilələr rəsmilləşdirilərkən iddiaçının ümumiyyətlə paya dair mülkiyyət hüququ olmamışdır. Satın almaqda üstünlük hüququ isə yalnız paylı mülkiyyətdə olan əmlakın mülkiyyətçisinə şamil olunur. Digər tərəfdən isə əgər iddiaçı həqiqətən də miras əmlakı faktiki qəbul edərək, onu qəbul etmişdirsə, onda o zaman niyə digər payların satılmasında xəbər tutmamışdır? Qeyd etmək lazımdır ki, əmlakın mülkiyyətçisi miras qoyan X39r, o da xx.xx.2011-ci ildə vəfat etmişdir. O, vəfat edərkən, iddiaçının atası X71 faktiki olaraq əmlakı qəbul etmiş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Beləliklə, işin hallarına görə iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla miras açıldığı zaman orada yaşamamış və özünün iddia ərizəsində qeyd etdiyi kimi faktiki olaraq başqa ünvanda daimi olaraq yaşamışdır. İddiaçı üstünlük hüququnun həyata keçirilməsi üçün Məcəllədə nəzərdə tutulmuş 3 ay müddəti üzürlü səbəb olmadan itirmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

30. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəməyə gəlmədikləri üçün işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 218.1-218.3. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

39. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır.

40. İddiaçının atası xx.xx.2020-ci il tarixdə ölmüşdür, həmin vaxtdan sonra iddiaçı uzun müddət mirasın qəbulu ilə bağlı hərəkətsizlik göstərmişdir.

41. Birinci alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Həmin vaxt isə iddiaçının vərəsə olması barədə notarius məlumatlı ola bilməzdi. Nə qədər ki, xx.xx.2021-ci il tarixdə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, hesab olunur ki, o, mirası faktiki qəbul etmişdir, qəbul edilmiş miras isə vərəsənin mülkiyyəti sayılır. Lakin həmin məzmunda «mülkiyyət» virtual xarakter daşıyır, çünki bu hüququn rəsmiləşdirilmədən realizə edilməsi mümkün deyildir. Həmin əmlak (mülkiyyət) üzərində sərancam vermək səlahiyyəti yalnız bu hüququ rəsmiləşdirdikdən (vərəsəlik şəhadətnaməsi və onun əsasında çıxarış aldıqdan) sonra yaranır.

42. Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş 4Ə1322 saylı işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08A/905 saylı xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçiləri barədə məlumat aşağıdakı kimi qeyd edilmişdir:

1. X81 – 29/100 hissədən – 2 otaq (qeydiyyat nömrəsi 30/19136, qeydiyyat tarixi: xx.xx.2001);

2. X57 – 29/100 hissədən – 1 otaq;

3. Cavabdeh4 – 29/100 hissədən – 2 otaq;

4. Cavabdeh6 İsmayıl qızı – 29/100 hissədən – 1 otaq;

5. X69 – 14,5/100;

6. X5 – 29/100 hissədən – 1 otaq;

7. X28 – 14,5/100 (qeydiyyat nömrəsi 110627388, qeydiyyat tarixi: xx.xx.2006);

8. X20 – 29/100 hissədən – 2 otaq.

43. Birinci alqı-satqı müqaviləsi bağlanan zaman məlum olan vərəsələrin razılığı alınmış, onlara bildiriş göndərilmişdir.

44. Müqavilənin rəsmiləşdirilməsi zamanı notarius tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Çıxarışda olan şəxslərə bildiriş göndərilib-göndərilməməsi araşdırılmış, həmin şəxlərə bildiriş göndərilməsi müəyyən edilmişdir. İddiaçı barədə notariusun məlumatı olmamışdır və məlumatlı olması, həmçinin iddiaçının sonradan mirasın qəbulu ilə bağlı hər hansı müraciət etməsini ehtimal etməsi mümkün deyildir.

45. Bir halda ki, həmin vaxt iddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı hər hansı müraciət edilməmişdir, belə olan halda birinci alqı-satqı müqaviləsi bağlanan zaman notariusun iddiaçıya da təklif göndərilməsi barədə tələbə riayət edilməsini yoxlamaq kimi zərurəti olmamışdır.

46. Beləliklə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən iddiaçının hər hansı hüququnun pozulması halı baş verməmişdir.

47. Beləliklə, apelyasiya şikayətində göstərilənlər əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2099/2022 saylı iş üzrə 30 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı (X28, X69, X19, X70, X11, X29, 14 saylı Notariat Ofisinin xüsusi notariusu X40 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 İsmayıl qızı, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı “notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqavilələrində göstərilən alıcının hüquq və vəzifələrinin iddiaçıya keçməsi və s. tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar