Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-731/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Nümayəndə2, Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızına və Cavabdeh3 qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: mülkiyyətə vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi, mənəvi zərərin əvəzinin tutulması) X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Nümayəndə2, Cavabdehlər Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızının, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Nümayəndə2, Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızına və Cavabdeh3 qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “mülkiyyətə vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Yasamal rayon İcra Hakimiyyətinin Başçısının müavininin xx.xx.2005-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvan ümumi sahəsi 910,0 kv.m torpaq sahəsindən, yaşayış sahəsi 272,0 kv.m olan ümumi sahəsi 442,30 kv.m olan 22 yaşayış otağından ibarətdir, bina 636,0 kv.m torpaq sahəsində yerləşir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəcamına əsasən yaşayış sahəsi 37,6 kv.m, ümumi sahəsi 70,5 kv.m 3 yaşayış otağı X16 adına özəlləşdirilmişdir. xx.xx.2004-cü il tarixli, 037254 saylı orderə əsasən həmin ünvanda yerləşən sahəsi 50,5 kv.m köməkçi sahəsi 4,4 kv. m olan 4 (dörd) yaşayış otağı X17 adına özəlləşdirilmiş, xx.xx.2004-cü il tarixli, 1076 saylı Yasamal rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən sahəsi 15,0 kv.m olan qaraj X8 verilmiş, qalan 15 yaşayış otağı, yaşayış sahəsi 183,9 kv. m ümumi sahəsi 302 kv.m. ölçüdə olmaqla Xədicə Dadaş qızına məxsusdur (qeydiyyat vəsiqəsinə əsasən).
2. Bakı şəhəri 12 saylı Dövlət notariat kontoru tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqıda şəhadətnaməyə əsasən X14 xx.xx.1966-cı ildə vəfat etmiş Xədicə Dadaş qızının vərəsəsidir və sonuncudan miras qalmış əmlakdan irs almalıdır.
3. X14 ilə (adından etibarnamə ilə iddiaçının əri X19) İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X14 mülkiyyətində olan Bakı şəhəri, Ə.Ağayev küçəsində yerləşən ümumi sahəsi 288,80 kv.m., yaşayış sahəsi 175,90 kv.m., köməkçi sahəsi 112,90 kv.m., 14 otaqdan ibarət (“B” yaşayış sahəsi bir otaq, ümumi sahəsi 13,20 kv.m, yaşayış sahəsi 8 kv.m, köməkçi sahə 5,20 kv.m) 80 saylı evi İddiaçı 182.000 manata satmışdır.
4. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Kazımzadə Kazım küçəsində istifadədə olan 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 15 otaqlı, 183,9 kv.m yaşayış, 118,1 kv.m köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evi xx.xx.2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının “Yasamal rayonu, İ.Qurtqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış binalarının layihələndirilməsi haqqında” 219 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin müraciət məktubu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 iyun 2017-ci il tarixli, xx/xx-1110 nömrəli razılaşdırma məktubu, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 30 iyun 2017-ci il tarixli, 218 nömrəli sərəncamı nəzərə alınaraq: Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında "xxxx" MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmiş, sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə ayrılmış, qeyd edilən küçələrin əhatə etdiyi ərazidə yerləşən yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsinin və qəzalı binanın sökülməsinin təmin edilməsi; sahənin yerində qəbul edilməsi, müvəqqəti hasara alınması və onun sanitar vəziyyətinə nəzarət edilməsi; ayrılmış torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmasının təmin edilməsi tapşırılmışdır.
6. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda K.Kazımzadə küçəsində ona məxsus 80 saylı evin söküldüyü təqdirdə kompensasiya ödənilməsi ilə əlaqədar onun müraciətinə baxıldığı, həmin ünvanda müvafiq sərəncamla köhnə evlərin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin "xxxx" MMC-yə icarəyə verildiyi, həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, orada yaşamadığı bildirilmiş, bununla yanaşı mənzilə hüquqverici sənədlərin şirkətə təqdim edilməsi, qaldırılan problemin həll edilmədiyi təqdirdə isə hüquqlarının bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
7. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda onun müraciətinə cavab olaraq Yasamal rayon İcra Hakimiyyəti Başçısının 219 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına müvafiq olaraq abadlıq-quruculuq işlərinin davamı olaraq, sakinlərin mənzil-məişət şaraitinin yaxşılaşdırılması məqsədi ilə tərəflərindən bağlanmış müqavilə əsasında "xxxx" MMC tərəfindən İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yeni binanın tikiləcəyi bildirilmiş, bununla bağlı ünvan 4 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə müraciət edilməsi iddiaçıya tövsiyə olunmuş, eyni zamanda, verilmiş şifahi tapşırığa əsasən müraciətdə göstərilən problemin həll edilməsi üçün MMC tərəfindən tikinti aparılacaq ünvanda yenidən araşdırmanın aparılaraq, müvafiq tədbirlərin görüləcəyi qeyd edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9181/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiası qeyri-mümkün sayılmış, iddiaçıya hazırki iddia ilə "xxxx" MMC-yə qarşı aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102) -1595/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 6 ünvanında 0,0313 ha torpaq sahəsi üzərində yerləşən 302 kv.m. ölçüdə fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 80 nömrəli fərdi yaşayış evi sökülmüş və yerində yeni çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Koordinatlarla göstərilmiş, torpaq sahəsinin də daxil olduğu 879,0 kv.m. hissəyə digər fiziki şəxs tərəfindən müraciət olunub və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Sözügedən **********94-10301 reyestr nömrəli çıxarış barədə elektron bazada məlumat aşkar edilməmişdir.
11. "xxxx" MMC-nin “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli, 67 saylı hesabatına əsasən İddiaçı məxsus ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış üçün yararlı vəziyyətdə 2018-ci ilə bazar dəyəri 847.000 manat təşkil edir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məktubuna əsasən mübahisəli fərdi yaşayış evi söküldüyündən, eləcə də internet məlumatlarında fərdi yaşayış evlərinin 2018-ci il üçün bazar qiymətlərinə dair məlumatlar olmadığından, qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır.
13. "xxxx" MMC-nin M/01-PLS saylı, xx.xx.2024-cü il tarixli hesabatına əsasən qiymətləndirməyə təqdim olunan ünvan 6 ünvanında 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 15 otaqlı 183,9 kv.m. yaşayış sahəsi, 118,1 kv.m. köməkçi sahədən ibarət fərdi-yaşayış sahəsinin söküldüyü və onun üzərində müasir tipli yaşayış evinin (yeraltı qarajı olan) inşa edildiyi aşkar olunmuş, bu səbəbdən qiymətləndirmə işi təqdim olunan sənədlər və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** çıxarışda əks edilən məlumatlar əsasında aparılmışdır. Tərəflərindən aparılmış monitorinq nəticəsində müəyyən edilmişdir ki, qiymətləndirilən fərdi-yaşayış sahəsi infrastruktur baxımından inkişaf etmiş ərazidə yerləşir, coğrafi mövqeyi əlverişli sayılır və ekoloji baxımından Bakı şəhərinin ən yaxşı rayonlarından biri hesab olunur. İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış üçün yararlı vəziyyətdə 2018-ci ilə bazar dəyəri 454.350 manat müəyyən edilmişdir.
14. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlərin Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MMC xx.xx.2023-cü il tarixdə "xxxx" MTK-ya çevrilmişdir. Cavabdeh1 MTK təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizə və əlavə edilmiş sənədlər əsasında ləğv prosesinə daxil olmuş və qanunvericiliklə ləğvetmə ilə bağlı nəzərdə tutulmuş müvafiq prosedurlar başa çatdırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə ləğv edilərək, hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi yaşayış evi faktiki mövcud deyil, həmin sahədə çoxmərtəbəli yaşayış binası inşa edilmişdir, bu səbəbdən iddiaçının fərdi yaşayış evinin "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Fərdi yaşayış evinə dair torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və texniki pasportla bağlı hər hansı müraciət olmadığından vahid elektron kadastr bazasında məlumatın aşkar edilməmişdir. Arxiv texniki pasporta əsasən fərdi yaşayış evinin “A” literli 14 otaqlı ümümi sahəsi 288,8 kv.metr, “B” literli 1 otaq 13.2 kv.m, cəmi 32 kv.m qeydiyyata alınmışdır. Notariusun möhürü ilə təsdiqlənmiş qaydada iddiaçının adına özgəninkiləşdirilmişdir. X18 məxsus ünvan 9 ünvanında yerləşən 5 otaqdan ibarət mənzilin yaşayış sahəsinin 87,14 kv.m. təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia, daha sonra isə Nümayəndə2, Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızını və Cavabdeh3 da cavabdeh qismində işə cəlb etməklə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK-dan, Nümayəndə2, Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızından və Cavabdeh3 mülkiyyətində olan mənzilin qeyri-qanuni olaraq sökülməsinə görə 755.000 manat kompensasiyanın, mənəvi zərərə görə 30.000 manat pulun, həmçinin ödənilmiş məhkəmə rüsumu kimi 1.077 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinadla əsaslandırılmış, eyni zamanda, qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayon Kazım Kazımzadə küçəsində 0,0443 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli 15 otaqlı 183,9 kv.m. yaşayış sahəsi, 118,1 kv.m. köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evi titullu mülkiyyəti idi. 2018-ci ilin aprel və may aylarında onun mülkiyyətində olan ev əvvəlcədən bazar qiymətinə uyğun kompensasiya ödənilmədən və ya digər yaşayış mənzili verilmədən Yasamal rayon İcra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə və polisin nəzarətində sökülmüşdür. Qanun tələbindən göründüyü kimi, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın dəyəri bazar qiyməti müəyyən edilmişdir. Ona məxsus daşınmaz əmlakın bazar qiyməti isə ekspertiza nəticəsində müəyyən edilməli idi. Bundan əlavə bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı və dövlət ehtiyacları mövcud olmalı idi. Göründüyü kimi, onun evi hər hansı dövlət ehtiyacları üçün deyil, yalnız kommersiya maraqları ilə məcburi şəkildə alınmışdır.
18. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəb edilmişdir.
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim X20).
20. Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, ilk öncə mübahisəli mənzil Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsdən daxil olmuş məlumatlara əsasən Xədicə Dadaş qızına məxsus olmuş, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 adına keçirilmişdir. 2005-ci il tarixdə X6 adından etibarnamə vasitəsilə Ramiz Zeynalov ilə hazırki iş üzrə İddiaçı arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Etibarnamə üzrə X9 təmsil edən məhz iddiaçının keçmiş həyat yoldaşı Ramiz Zeynalov olmuşdur, yəni o, mülkiyyətçidən etibarnamə alaraq, öz həyat yoldaşı ilə əqd bağlamışdır. Məhkəmə iclasında İddiaçı həmin tarixdə onların artıq nikahlarının ləğv olunduğunu bildirmiş, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan sonra İddiaçı 2005-ci il tarixdə mübahisəli mənzilə dair çıxarış əldə etmişdir.
21. Məhkəmə təqdim edilmiş əlyazma iltizama (raspiska) münasibətdə qeyd etmişdir ki, iltizamda İddiaçı ev satılandan sonra 100.000 ABŞ dolları məbləğində pulu X10 verəcəyinə vəd vermişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X15 mübahisəli mənzili satan X6 bacısı olmuş və tərəflər bunu qəbul etmişlər. İddiaçı alqı-satqı zamanı 182.000 manatın tam olaraq mənzili alan zaman X11 ödənildiyini bildirmişdir. Lakin məhkəmə iclasında İddiaçı məhkəmənin verdiyi sualı tam cavablandıra bilməmişdir. İlk öncə qeyd etmişdir ki, 182.000 manat tam ödənilib, sonra isə 182.000 manat tam ödənildiyi və mənzili əldə etdiyi halda hansı səbəbdən bu cür vəd verilməsini məhkəmədə izah edə bilməmişdir. Yalnız formal olaraq bildirmişdir ki, guya X6 bacısı ilə haqq-hesabı olmuş, ona mənzilə görə pul ödəmədiyi üçün, iddiaçı belə bir vəd vermişdir. Məhkəmə həmin ifadəni inandırıcı hesab etməmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı İddiaçı mübahisəli mənzili əldə etdikdən sonra mənzilin kimin istifadəsində və sahibliyində olması barədə hər hansı bir izah verə bilməmiş, mənzil alındıqdan sonra kimin – özünün və ya hələ də satıcının istifadəsində olması barədə dəqiq məlumat verməmiş, həmçinin mənzildə hər hansı bir kommunal ödənişlər barədə, yəni istifadə edilən elektrik enerjiyə görə işıq, qaz, su və ya hər hansı bir sayğac barədə sübut təqdim olunmamış, evin mövcudluğuna dair (çıxarış istisna olmaqla), evin fotoşəkli, video materialı və ya hər hansı bir şahid evin harada yerləşməsindən, ümumiyyətlə mövcudluğu barədə hər hansı bir subut və ya məlumat məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş, cavabdehlər tərəfindən onun hüquqlarının pozulmasına dair irəli sürdüyü dəlilləri isə mülahizə xarakterli olmaqla əsassız olmuşdur. Belə olduğu halda məhkəmə iddiaçının iddiasının təmin olunmasını məqsədə müvafiq hesab etməmiş və qeyd etmişdir ki, mübahisəli əmlakın qiymətləndirilməsinə dair ekspertizaların təyin olunmasına baxmayaraq, bu cür iddianın təmin olunması üçün kifayət qədər sübutlar yoxdur və iş materiallarında olan sübutlar bu məbləğdə iddianın təmin olunması üçün əsas ola bilməz. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddia tələbi mənəvi ziyan hissəsində də təmin olunmamalıdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 4-cü, 9-cu, 14-cü, 59-cu, 61-ci, 152-ci, 157-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77-ci, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
24. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işdə olan kompensasiya müqaviləsinə əsasən Oqtay Cəbiyev 400.000 manat kompensasiya almışdır. Belə çıxır ki, kimsə ona məxsus “Çıxarış”la mülkiyyətində olan ümumi sahənin 120 kv.m hissəsinin X17 adına yazdırmış və əsassız qazanc əldə etmişdir. Həmçinin, qalan hissələri də digər şəxslərin qanunsuz olaraq adına yazdırılmasını mümkünsüz deyil. O, bir neçə dəfə Yasamal rayon İcra hakimiyyətinə müraciət etmiş və cavab məktubunda ona ünvan 10 ünvanında tikinti üçün torpaq sahəsi ayrılmış təşkilata, yəni hazırki cavabdehə müraciət edilməsi tövsiyə edilmişdir. Digər tərəfdən cavabdeh tərəf ona məxsus torpaq sahəsinin parkın ərazisini düşdüyün bildirməklə məhkəmədə çaşqınlıq yaratmağa çalışır. Cavabdeh tərəf ona qarşı inzibati qaydada məhkəməyə müraciət etməklə, ekspert rəyində müəyyən edilən qiymətlə razılaşmamaqla faktiki olaraq onun mülkiyyətinin olmasını qəbul etmiş və daha az qiymətinin göstərilməsində maraqlı olduqlarını nümayiş etdirmişdir. Cavabdehin könüllü qaydada ləğv olunması mülkiyyət hüququnun “mütləq müdafiəsindən” yayınmağa əsas ola bilməz. Söküntü işləri aparan şirkətlərin əksəriyyəti hüquqi şəxslərdir. Onlar binalar inşa edildikdən sonra ləğv edilə, yaxud mövcud qanunvericiliyə görə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinə çevrilə bilər. Belə olduğu halda, əmlakı sökülmüş mülkiyyətçinin kompensasiya hüququ həmin hüquqi şəxslərin “ömürləri” ilə məhdudlaşmış olur. Lakin, qanunverici, konkret olaraq Mülki Məcəllənin 110.4-cü və 110- 3.4-cü maddələri kooperativin təsisçilərinin subsidiar məsuliyyətini nəzərdə tutmuşdur. Belə olduğu halda qanunvericiylin tələbidir ki, həmin təsisçilər kreditorlarların tələblərini qarşılasınlar. Birinci instansiya məhkəməsində araşdırma zamanı işin əhəmiyyətli olan bir çox hallar müəyyən edilmiş, bu isə 18 ay davam edən araşdırmanın birtərəfli və qərəzli aparılmasının nəticəsidir. Belə ki, onun tərəfindən sübut təqdim edilərək (“Çıxarış”, Bakı İnzibati Məhkəməsinin qərarları, icraedici orqanların məktublar və s.), mənzilin cavabdehlərin inşa etdiyi yaşayış kompleksinin ərazisinə düşdüyü müəyyən edildiyi halda, hakim qarşı tərəfin heç bir sənədlə təsdiq edilməyən izahatlarını rəhbər tutaraq, əmlakın park ərazisində və yaxud başqa tikinti şirkəti tərəfindən sökülməsini “müəyyən etmiş” hesab etmişdir. Müxtəlif illərdə çəkilmiş şəkillərdə ərazinin relyefində və infrastrukturunda baş vermiş dəyişikləri asanlıqla izləmək olur. Məhkəmənin növbəti səhvlərindən biri isə daşınmaz əmlaka hüquqmüəyyənedici sənəd olduğu halda kommunal xidmətlərə görə qəbz tələb etməsi olmuşdur. Sözügedən qəbzlər daşınmaz əmlaka “çıxarış” olmadıqda, şəxsin sahiblik və istifadə hüququnu təsdiq edə bilər. “Çıxarış” mövcuddursa, deməli, daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi prezumpsiyasına görə əmlak hüququ da mövcuddur və qanun, eləcə də, məhkəmə tərəfindən qorunmalıdır. Ümumiyyətlə məhkəmə araşdırması onun sübutlarının qarşı tərəfin izahatları əsasında təkzib edilməsi formasında qurulduğu aşkar izlənilir. Birinci instansiya məhkəməsinin qarşısına qoyduğu məqsəd, onun sökülmüş əmlakına görə kompensasiya hüququndan məhrum edilməyi olmuşdur. Digər tərəfdən, o, rus dilli olduğuna görə, məhkəməyə fikirlərini Azərbaycan dilində aydın çatdıra bilmədiyi hallar olmuşdur. Lakin, tərcüməçi ilə təmin olunmağına dair xahiş etməmişdir. İlk iclaslarda o, vəkil ilə müqavilə imzalamamış və ona görə də, vəkilsiz iclaslarda məhkəmə tərəfindən tərcüməçi ilə təmin olunmalı idi. Lakin, bu baş verməmişdir. Həmçinin məhkəmədə aparılan hüquqi terminləri və qarşı tərəfin daha sürətli danışıqlarını anlamaqda çətinlik çəkmişdir, sonuncu iclasda iştirak etsə də, qətnamənin lehinə elan olunmadığını anlamamış və sonradan vəkili vasitəsilə iddia tələbinin rədd olunduğunu bilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
27. Məhkəmə iclasında cavabdeh Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
28. Məhkəmə iclasında cavabdehlər Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızının və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
29. İş üzrə 12 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti Qərarına və Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamına əsasən Yasamal rayonunun İ.Qutqaşınlı, K.Kazımzadə və A.Sultanova küçələrinin əhatəsində yerləşən qəzalı vəziyyətə düşmüş, köhnə fərdi yaşayış evlərinin sökülərək yeni hündürmərtəbəli yaşayış binalarının tikilməsi həyata keçirilmişdir. Həmin Sərəncamla qeyd edilən fərdi yaşayış evlərində yaşayan şəxslərlə qarşılıqlı razılıq əsasında onların köçürülməsi və həmin evlərin sökülməsi işlərinin "xxxx" MMC tərəfindən aparılmasına icazə verilmişdir. Həmin evlərin yerləşdiyi torpaq sahəsi isə yeni hündürmərtəbəli binaların tikilməsi üçün "xxxx" MMC-yə ayrılmışdır. "xxxx" MMC-nin üzərinə isə həmin sahədə yaşamış şəxslərin qarşılıqlı razılıq əsasında onlara əvvəlki yaşayış sahələrinin ölçülərinə uyğun yeni mənzillərin verilməsi, həmin mənzillər hazır olana kimi onların digər yerlərə köçülməsi və onlara kirayə haqlarının ödənilməsi öhdəliyi qoyulmuşdur. Bu tədbirlər həyata keçirilərkən həmin ərazidə 64 saylı MKİS fəaliyyət göstərmişdir. Bu zaman orada yaşayan şəxslərin qeydiyyatını aparmaq öhdəliyi də həmin qurumun üzərinə qoyulmuş və həmin qurum tərəfindən tərtib edilmiş siyahıda ümumiyyətlə iddiaçının nə adı, nə də onun barəsində hər-hansı məlumat olmuşdur. İddiaçı söküntü aparılarkən müraciət etməsə də, sonradan dəfələrlə müraciət etmiş və tərəflərindən bu məsələlərin ona heç bir aiddiyyatının olmadığı bildirilmişdir. İddiaçıdan başqa hər-hansı şəxs evinin sökülməsi və ona kompensasiyanın ödənilməməsini bildirməmişdir.
30. İş üzrə 12 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyini tərtib etmiş X22 ilə video görüntü vasitəsi ilə əlaqə yaradılmış və bu zaman həmin şəxs tərtib etdiyi rəylə bağlı bildirmişdir ki, mübahisəli ev ünvan olaraq tikililərin yerindədir, lakin çıxarışda öz əksini tapan torpaq sahəsinin koordinatları olmadığından onun yerini dəqiq təyin etmək mümkün olmamışdır. Mübahisəli ev Bakı şəhəri Yasamal rayonu ərazisində olmuşdur. Təqdim edilən çıxarışda qeyd edilən ünvanda keçmiş A.Ağayev küçəsi ilə indiki K.Kazımov küçəsi öz əksini tapmış, lakin konkret olaraq torpağın həmin ərazinin hansı hissəsinə düşməsini müəyyən etmək mümkün deyil. İddiaçıya aid evin parkın və ya "xxxx" MTK tərəfindən inşa edilən tikililərin olduğu əraziyə və ya ümumiyyətlə tamam fərqli bir yerə düşməsini koordinatlar olmadan müəyyən etmək qeyri-mümkündür. Həmçinin, qeyd etmişdir ki, səlahiyyətlərinə aid olmadığından 2023-cü ilin iyun ayında təqdim edilmiş və iddiaçıya aid çıxarışn məlumat bazasında aşkar edilməməsi ilə bağlı hər-hansı fikir bildirə bilməz.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarının 4-cü bəndinə əsasən Bakı şəhərinin Sabunçu Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti, Səbail Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyəti bu Qərarın 1-ci, 2-ci və 3-cü hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini həyata keçirsinlər.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
36. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
37. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri, Ə.Ağayev küçəsində yerləşən ümumi sahəsi 288,80 kv.m., yaşayış sahəsi 175,90 kv.m., köməkçi sahəsi 112,90 kv.m., 14 otaqdan ibarət (“B” yaşayış sahəsi bir otaq, ümumi sahəsi 13,20 kv.m, yaşayış sahəsi 8 kv.m, köməkçi sahə 5,20 kv.m-də daxil olmaqla) 1966-cı ildə vəfat etmiş Xədicə Dadaşın mülkiyyətində olmuş, həmin əmlak xx.xx.2005-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vərəsəlik qaydasında X6 mülkiyyətinə keçmiş və bundan sonra aralarında bağlanmış xx.xx.2006-cı il tarixli alqı satqı müqaviləsinə əsasən onun tərəfindən 182.000 manata iddiaçıya satılmışdır. Həmin əmlaka dair iddiaçının mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və bu barədə ona MH seriyalı, ******* nömrəli çıxarış təqdim edilmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının həmin əmlaka dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində yenidən qeydiyyata alınmışdır.
40. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının “Yasamal rayonu, İ.Qurtqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sökülməsi və yeni yaşayış binalarının layihələndirilməsi haqqında” 219 saylı, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən "xxxx" MMC-nin müraciət məktubu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 iyun 2017-ci il tarixli, xx/xx-1110 nömrəli razılaşdırma məktubu, Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 218 nömrəli sərəncamı nəzərə alınaraq: Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yerləşən, yaşayış üçün yararsız və qəzalı hala düşmüş köhnə fərdi yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma əsasında "xxxx" MMC tərəfindən köçürülərək həmin binaların Azərbaycan Respublikası FHN-nin əlaqədar təşkilatının müvafiq rəyi əsasında sökülməsinə icazə verilmiş, sökülmüş binaların yerində yüksəkmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə ayrılmış, qeyd edilən küçələrin əhatə etdiyi ərazidə yerləşən yaşayış evlərinin sakinlərinin qarşılıqlı razılaşma müqaviləsi əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsinin və qəzalı binanın sökülməsinin təmin edilməsi; sahənin yerində qəbul edilməsi, müvəqqəti hasara alınması və onun sanitar vəziyyətinə nəzarət edilməsi; ayrılmış torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənədin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmasının təmin edilməsi tapşırılmışdır.
41. Həmin sərəncamın icrası qaydasında 2017-ci ilin ikinci yarısı və 2018-ci illər ərzində "xxxx" MMC tərəfindən göstərilən ərazidə yerləşən fərdi yaşayış evlərinin (mənzillərin) sahibləri ilə müqavilələr bağlanmış (alqı-satqı, kompensasiya, öhdəlik) və həmin müqavilələrə uyğun olaraq bu şəxslər kompensasiya, habelə başqa mənzil müqabilində onlara məxsus evləri (mənzilləri) sökülməsi üçün cəmiyyətə təhvil vermişlər. Bu proses bitdikdən sonra cəmiyyət tərəfindən 2019-2020-ci illərdə həmin ünvanda bir neçə hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmişdir.
42. Hazırda iddiaçı cəmiyyət tərəfindən söküntü aparılan ərazisə onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyini və bu əmlakın cəmiyyət tərəfindən onun icazəsi olmadan söküldüyünü, cəmiyyətin bu təqsirli, qanunazidd hərəkətləri nəticəsində ona maddi və mənəvi zərərin vurulduğunu bildirir və bunun əvəzi olaraq 755.000 manat məbləğində kompensasiyanın, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1.077 manat məbləğində pulun ödənilməsini tələb edir.
43. Cavabdeh1 MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış, qeyd edilən ərazidə söküntü və tikinti işlərini başa çatdırdıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə "xxxx" MTK-ya çevrilmişdir. Cavabdeh1 MTK təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizə və əlavə edilmiş sənədlər əsasında ləğv prosesinə daxil olmuş və qanunvericiliklə ləğvetmə ilə bağlı nəzərdə tutulmuş müvafiq prosedurlar başa çatdırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə ləğv edilərək, hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Cavabdehlər Nümayəndə2, Cavabdeh6, Cavabdeh2, Bayramova (Əhmədzadə) Nənəxanım Hidayət qızı və Cavabdeh3 Cavabdeh1 MTK-nın təsisçiləri olmuşlar.
44. Cavabdehlər iddianı qəbul etmir, söküntü aparılmamışdan əvvəl həmin ünvanda olan əmlak mülkiyyətçiləri və sahiblərinin müəyyən edildiyini, bu zaman Yasamal rayonu 64 saylı MKİS tərəfindən ərazidə yerləşən evlər və onların mülkiyyətçiləri (sahibləri) barədə məlumatlardan da istifadə edildiyini, lakin orada iddiaçının mülkiyyətində olan hər hansı evin aşkar edilmədiyini, bu barədə hər hansı şəxs tərəfindən məlumatın da verilmədiyini, söküntü və tikinti işlərinin xeyli müddət davam etməsinə baxmayaraq, iddiaçının özünün də cəmiyyətə müraciət etmədiyini, nəticə etibarı ilə iddiaçıya məxsus hər hansı əmlakı sökmədiklərini bildirir və iddianın rədd edilməsini xahiş edirlər.
45. Məhkəmə kollegiyası iddia ilə bağlı ilk növbədə qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
46. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, mülkiyyətinin yerləşdiyi iddia edilən ünvanda olan bütün evlərin 2018-2020-ci illərdə sökülməsi və onların yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının inşa edilməsi işin mübahisəsiz halıdır. Başqa sözlə, söküntü aparılan zaman mövcud olmuşdursa da, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən ümumi sahəsi 302 kv.m olan 80 saylı ev 2023-cü ildə artıq sökülmüş və bir əmlak olaraq mövcud olmamışdır. Əşya hüququ isə yalnız və yalnız mövcud və müəyyən əşya üzərində mövcud olur. Bu baxımdan xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində hüquqi nəticə etibarı ilə iddiaçının mövcud olmayan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeyd edilənlər bu qeydin və onun əsasında verilmiş çıxarışın etibarsız olduğunu təsdiq edir.
47. Məhkəmə kollegiyası Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı çıxarışa istinadən qeyd edir ki, bu fərdi yaşayış evi xx.xx.2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin iddiaçı tərəfin özünün müraciətinə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 80 nömrəli fərdi yaşayış evi sökülmüş və yerində yeni çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Koordinatlarla göstərilmiş, torpaq sahəsinin də daxil olduğu 879,0 kv.m. hissəyə digər fiziki şəxs tərəfindən müraciət olunub və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Sözügedən **********94-10301 reyestr nömrəli çıxarış barədə elektron bazada məlumat aşkar edilməmişdir. Sonradan həmin məktubda olan məlumatları təkzib edən hər hansı sübut təqdim edilməmiş, o cümlədən qeyd edilən qurum tərəfindən başqa bir məlumat verilməmişdir. Başqa sözlə, bu məqsədlər üçün yaradılmış dövlət reyestrində daşınmaz əmlakın qeydiyyatını aparan qurumun rəsmi məlumatına əsasən cəmiyyət tərəfindən söküntü aparılan zaman iddiaçının mübahisələndirdiyi əmlak üzərində mülkiyyət hüququ (bu hüququ təsdiq edən hər hansı qeyd) olmamışdır.
48. Nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixli qeydə əsasən həmin fərdi yaşayış evinin 0,0313 ha torpaq sahəsi üzərində yerləşdiyi göstərilsə də, xx.xx.2006-cı il tarixdə aparılmış qeydə əsasən torpaq sahəsinin 0,0443 ha ölçüdə olduğu göstərilmişdir. Lakin ölçü etibarı ilə belə bir fərqin yaranmasını izah edən hər hansı sübut təqdim edilməmişdir. Bu halın mövcudluğu da bilavasitə 46-47-ci bəndlərdə göstərilənlərlə bağlıdır.
49. Məhkəmə kollegiyası 46-47-ci bəndlərdə sərgilədiyi hüquqi mövqedən irəli gələrək onu da qeyd edir ki, hüquqi vəziyyətindən asılı olmayaraq, həmin ərazidə söküntü işləri aparılan zaman iddiaçının istifadə və sahibliyində olan hər hansı əmlakın fiziki baxımdan mövcudluğu da müəyyən edilmir. Bu fakt həm işin halları, həm də iddiaçının özünün ziddiyyətli izahatları ilə təsdiq edilir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılan zaman xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında (İ cild, i.v. 56) iddiaçı evdə yaşamadığını, orada hər hansı əşyasının olmadığını, evdə qanunsuz olaraq başqa şəxslərin yaşadığını, lakin kimin yaşadığını bilmədiyini, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra evin bağlı qaldığını, heç kimin istifadə və sahibliyinə verilmədiyini (İİ cild, i.v. 94) qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsindəki icraat zamanı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında isə heç vaxt mübahisəli mənzildə yaşamadığını, lakin həmin evə özünün, keçmiş həyat yoldaşının, uşaqlarının və Elmira Hüseynovanın gedib-gəldiyini söyləmişdir. 2006-cı il tarixli müqavilə əsasında evi satmasına baxmayaraq, sökülənədək iddiaçı ilə birlikdə keçmiş mülkiyyətçi olmuş Elmira Hüseynovanın da həmin evə gedib-gəlməsi isə ümumiyyətlə anlaşılmazdır. İddiaçı ümumiyyətlə mübahisələndirdiyi əmlak, habelə onun yerləşdiyi yer, habelə qonşular barədə dəqiq məlumat verə bilmir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman xx.xx.2023-cü il tarixli məhkəmə iclasında həmin ərazidə vaxtı ilə olmuş evlərin xəritəsində evin yeri də onun tərəfindən düzgün göstərilmir (İ cild, i.v. 111). Nəticə etibarı ilə onun izahatından belə qənaətə gəlmək olur ki, iddiaçı həmin evdə heç vaxt olmamış, həmin evdə ona və ailəsinə məxsus olan hər hansı əmlak heç vaxt yerləşdirilməmişdir.
50. Məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı da iddiaçı həmin evdə heç vaxt yaşamadığını, qonşuları tanımadığını bildirmiş, eyni zamanda, mübahisələndirdiyi əmlakın başqa şəxslər tərəfindən zəbt edildiyini (həmin evə daxil olub orada yaşamadığını, hissə-hissə öz sahələrinə əlavə etdiyini (qatdığını) vurğulamışdır (2ci çəkiliş, 3:38 dəqiqə). Eyni zamanda, mübahisələndirdiyi əmlakın yerləşdiyi yeri göstərmişdir. Lakin yerində müayinə zamanı orada olan və iddiaçı tərəfin öz təşəbbüsü ilə mübahisə ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmiş (hazırda həmin sahəyə yaxın sahədə işləyir) Məmmədov Məcid doğulandan sökülənədək iddiaçının göstərdiyi yerlə üzbəüz, yəni parkın yerində olan evdə yaşadığını və iddiaçını tanımadığını bildirmiş, eyni zamanda, iddiaçının evinin yeri kimi göstərdiyi sahədə onun tanıdığı Oktay, Gülağa, Hacıəbdül, Fərhad və Oktay Cəbiyevin yaşadığını söyləmişdir.
51. İddiaçı əmlakın zəbt edildiyini bildirsə də, zəbt etmə halına son qoyulması üçün də hər hansı tədbirin görülməsi, o cümlədən məhkəmədə bu barədə iddianın qaldırılması müəyyən edilmir. Söküntü zamanı bu işləri aparan cəmiyyət də belə bir halla (hər hansı evin zəbt edilməsi, hər hansı evdə kənar şəxslərin yaşaması) üzləşməmişdir. Halbuki, iddiaçı keçmiş həyat yoldaşının tikintinin aparılması barədə sərəncamı mübahisələndirdiyini və işin hazırda Avropa İnsan Hüquqları Məhkəməsində olduğunu bildirir. Bundan başqa artıq 11 ildir mülkiyyətçi olmayan Elmira Hüseynova 2017-ci ildə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı inzibati məhkəmədə iddia qaldıraraq, bu qurum tərəfindən verilmiş Sərəncamların etibarsızlığını mübahisələndirmişdir. Başqa sözlə, iddiaçı məhkəmə müdafiəsi barədə tam məlumatlı idi, lakin əmlakının zəbt edilməsini bildirsə də, bu halı mübahisələndirməmişdir. Belə çıxır ki, alınması üçün 182.000 manat məbləğində pul ödəmiş, habelə satışından əldə edilmiş vəsaitin 100.000 ABŞ dolları hissəsini əlavə olaraq alıcı Elmira Hüseynovanın qohumuna ödəmək öhdəliyi götürmüş iddiaçı ümumiyyətlə bu əmlaka sahiblənmək istəməmişdir. Bu da iddiaçıya məxsus hər hansı əmlakın reallıqda zəbt edildiyini istisna edir və hüquqi nəticə etibarı ilə söküntü zamanı həmin ərazidə fiziki baxımdan iddiaçıya məxsus hər hansı əmlakın olmadığını təsdiq edir.
52. Söküntü ərazisində olan əmlak mülkiyyətçiləri və sahibləri barədə Yasamal rayonu 64 saylı MKİS tərəfindən verilmiş məlumatda (siyahıda) ümumilikdə 158, o cümlədən mülkiyyət kimi qeydiyyata alınmayan ev (mənzil) barədə məlumat verilmiş, lakin iddiaçı bu siyahıda yer almamışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsinin verdiyi məlumata əsasən iddiaçıdan başqa ona məxsus olan əmlakın ondan məlumatsız sökülməsi barədə hər hansı şəxsin müraciəti olmamışdır. Həmin ərazidə iddiaçının və ya sənədlərə əsasən 2005-ci ildə vərəsəlik qaydasında mülkiyyətçiyə çevrilmiş Elmira Hüseynovanın hər hansı kommunal xidmət üzrə abonent kimi qeydə alındığı da müəyyən edilmir.
53. Cəmiyyət tərəfindən söküntü işlərinin aparılması ilə bağlı qeyd edilməlidir ki, əmlak sahibləri ilə razılıq əldə edilməklə, o cümlədən müqavilələrin bağlanması daxil olmaqla bu proses 2017-2020-ci illəri əhatə etmişdir. İddia ərizəsində də həmin ərazidə söküntü işlərinin Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə və polisin nəzarəti ilə aparıldığı qeyd edilmişdir. İddiaçının müraciətinə cavab olaraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli məktublarda iddiaçıya əmlakının olduğunu iddia edilən ərazidə söküntü və tikinti işlərinin aparılması, habelə bu işlərin yerinə yetirən cəmiyyət barədə ətraflı məlumat verilmiş, hüquq müəyyənedici sənədləri təqdim etməklə məhz "xxxx" MMC-yə, qaldırılan problemin həll edilmədiyi təqdirdə isə hüquqlarının bərpası üçün məhkəməyə müraciət edilməsi ona tövsiyə edilmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən yazılmış xx.xx.2007-ci il tarixli iltizamnamədə isə iddiaçı 80 saylı evin satışından sonra X7 (Elmira Hüseynovanın qohumu) 100.000 ABŞ dolları məbləğində pul verməyi öhdəsinə götürmüşdür. Qeyd edilənlər birməmalı şəkildə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı bu söküntünü gözləyirdi, söküntü, onun aparıldığı vaxt, bu işləri həyata keçirən cəmiyyət barədə tam məlumatlı idi. Lakin bütün bunlara baxmayaraq, hər hansı formada cəmiyyətə müraciət etməmiş, iddia etdiyi mülkiyyət hüquqlarını hər hansı, o cümlədən məhkəmə qaydasında müdafiə etməmişdir. İddiaçı cəmiyyətə müraciət etmək üçün onun yerini tapa bilmədiyini, bir neçə dəfə, hətta oğlu ilə birlikdə getməsinə baxmayaraq, ona əlaqə yaratmaq üçün telefon nömrəsinin verildiyini, lakin həmin nömrə vasitəsi ilə əlaqə saxlamağın mümkün olmadığını bildirir.
54. Nəticədə belə bir həqiqəti əks etdirməyən və hər hansı bir məntiqə sığmayan fikir formalaşır ki, 150-dən artıq əmlak sahibi cəmiyyətlə əlaqə yaradaraq müqavilə bağlamış və bununla da ölçü etibarı ilə daha az əmlak hüquqlarını müdafiə edə bilmiş, lakin 302 kv.m əmlakın mülkiyyətçisi olan iddiaçı aşkarlıq şəraitində söküntü və tikinti aparan cəmiyyəti tapa bilməmiş və məhz bu səbəbdən hazırda 700.000 manatdan artıq dəyərləndirdiyi əmlakının əvəzsiz və maneəsiz şəkildə sökülməsinə şərait yaratmışdır. Göstərilən davranışın yeganə məntiqli izahı iddiaçının söküntü aparılan ərazidə ona məxsus hər hansı tikintinin reallıqda mövcud olmaması, müraciət etdiyi təqdirdə ona məxsus əmlakın yerləşdiyi yeri cəmiyyətə göstərə bilməməsindən ibarətdir. Həmin ərazidə artıq yeni binaların inşa edilməsi isə iddiaçını vaxtı ilə bu əmlakın mövcud olmasını sübut etmək vəzifəsindən azad edir və öz iddiasında, mülkiyyət hüququnu təsdiq edən çıxarışı təqdim etməklə, bilavasitə dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına istinad etmək imkanını yaradır. Halbuki, 46-47-ci və digər bəndlərdə aparılmış hüquqi dəyərləndirmə mövcud vəziyyətdə hazırki mübahisəyə mülki Məcəllənin 140-cı maddəsinin tələblərinin tətbiq edilməsini istisna edir.
55. Yuxarıda göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, cəmiyyət tərəfdən söküntü işləri aparılan zaman söküntü ərazisində iddiaçının hər hansı mülkiyyəti olmamışdır. Nəticə etibarı ilə cəmiyyət iddiaçıya məxsus hər hansı əmlakı sökməmiş və bu baxımdan ona münasibətdə hər hansı qanunsuz hərəkətə yol verə və ona maddi zərər vura bilməzdi. Qeyd edilənlər öz növbəsində iddianın rədd edilməsini şərtləndirir və apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-30/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.