Məhkəmə qərarları › İş №2(103)-7321/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7321/2020

28.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7321/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1516/06 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadından İddiaçı Səbail filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçının Səbail filialının xeyrinə 7.546 ABŞ dolları kredit borcu, xx xxxxxxx 2006-cı il tarixə hesablanmış 164 ABŞ dolları faiz borcu, cəmi 7.710 ABŞ dolları borc və 19,80 AZN manat dövlət rüsumu tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxx 2007-ci il tarixli qətnamədən şikayət verilməsi müddətinin bərpa edilməsı barədə X3 tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-cı ıl tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən cavabdeh X4 tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçun Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasıya Məhkəməsinin 2(103)-3711/2018 saylı xx xxxx 2018-ci il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1516/06 nömrəli qərardadı ləğv edilmiş, mülki iş ərizəyə yenidən baxılması uçun həmin məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Nizamı Rayon Məhkəməsinin 2-1516/2006 saylı ış üzrə qəbul etdiyi xx xxx 2018-ci il tarixli qərardadına əsasən Cavabdeh ərizəsi təmin olunmuş, qətnamədən Cavabdeh münasibətdə apellyasiya şikayəti vermə müddətinin buraxılmasının səbəbləri üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsi və mülki işin apellyasıya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-108/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2007-cı il tarixli qətnaməsindən Cavabdeh verdiyi apellyasıya şikayətinin apellyasiya baxışından çıxarılması, Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadından İddiaçı ASC-nin verdiyi şikayətə baxılması üçün mülki işin Bakı şəhəri Nizamı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1516/2006 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu ıl tarixli qərardadına əsasən Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci ıl tarixli qərardadından İddiaçı ASCnın Səbail filialı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3669/2019 saylı xx xxxx 2019-cu il tarixli qərardadına əsasən İddiaçı ASC-nin şikayəti qismən təmin edilərək Nizami Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadının ləğv edilməsi, iş bu qərardadın əsaslandırılmış hissəsində göstərilənlər nəzərə almaqla ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1516/2006 saylı iş üzrə qəbul etdiyi xx xxx 2019-cu il tarixli qərardadına əsasən Nizamı Rayon Məhkəməsinin 2-1516/2006 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2007ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1516/2006 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərardadına əsasən cavabdehin şikayəti təmin olunaraq xx xxx 2019-cu il tarixli qərardad ləğv olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1516/2006 saylı iş üzrə qəbul etdiy xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh ərizəsinin təmin olunması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1516/2006 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin buraxılmasının səbəbləri üzrlü hesab edilməsi, buraxılmış müddətin bərpa edilməsi və mülki işin apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan “İddiaçı" ASC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin müddətin buraxılmasının üzrlü hesab edilməsi, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı qərardad tamamilə əsassızdır. Həmçinin apellyasiya məhkəməsində xx.xx.2018-ci il tarixli iclasında cavabdeh bildirmişdir ki, o, Bakı şəhər Nizami rayon məhkəməsinin 2-1516/2006 saylı xx xxxx 2007-cı ıl tarixli qətnaməsinin mövcudluğu barədə 2015-ci il tarixdə Azərbaycan-İran sərhəddində xəbər tutmuşdur. Belə ki, sərhədi keçmək istərkən buraxılmamış və məsələni aydınlaşdıranda bunun İddiaçı ASC-yə borcunun olmasına görə axtarış elan edilməsi ilə əlaqədar olduğunu bilmişdir. İş üzrə qiyabi qətnamə çıxarılsa da, cavabdeh bundan narazı qalmış, iştirakının təmin olunan məqsədilə qiyabi qətnamədən şikayət vermiş və işə əyani qaydada baxılmışdır. Bu sübutlarla və faktlarla müəyyən edilir ki, cavabdehin 2006-cı ildən bu iş barədə xəbəri olmus onun qətnamənin çıxarılmasından 11 il sonra apellyasiya şikayəti verməsi ağlabatan müddətdə verilmiş şikayət hesab oluna bilməz. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1516/06 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, cavabdeh Bakı şəhəri Nizami rayon məhkəməsinin 2-1516/2006 saylı xx xxxx 2007-cı il tarixli qətnaməsi ona rəsmi qaydada verildiyi vaxtdan qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermişdir. Qətnamənin mövcudluğu barədə 2015-ci ildə Azərbaycan-İran sərhəddində xəbər tutsa belə, bu hal qətnamənin rəsmi qaydada alındığı vaxt hesab edilə bilməz. Qətnamənin çıxarılmasından 11 il sonra apellyasiya şikayətinin verilməsi ağlabatan müddətdə verilmiş şikayət hesab oluna bilməz dəlili də bu halın birmənalı olduğuna dəlalət etmir. Çünki, ola bilər ki, şəxs nəinki 11 il, daha çox müddətdə qətnamədən məlumatsız olsun. Bu cür vəziyyətlərdə onun qətnaməni aldığı vaxtdan qanunla müəyyən edilmiş müddətdə şikayət vermək hüququ niyə olmasın? Hazırki işdə qətnamənin icrası ilə bağlı 11 il ərzində iddiaçının heç bir tələbinin olmaması da cavabdehin bu müddətdə həmin qətnamədən məlumatsız olduğunu təsdiq edir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1516/06 saylı xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı açıq səhmdar cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1516/06 saylı xx xxxxxxx 2019-cu il tarixli tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar