Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7328/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 vəkili və nümayəndəsi X1, İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-138/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh1tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın hərracdan satılması və pulun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti 172 ünvanında yerləşən 11 saylı mənzilin hərraca çıxarılaraq satılması, mənzilin satışından əldə olunmuş pulun əmlakdakı paylara mütənasib surətdə iddiaçı və cavabdehlər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Maksim iddiaçının bacısı oğlu, Sevda isə bacısıdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının mərhum xalası qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti 172 ünvanında yerləşən 11 saylı mənzilin 1/3 hissəsi iddiaçının, 1/3 hissəsi Sevdanın, 1/3 hissəsi Maksimin mülkiyyətinə verilmişdir. İddiaçı hazırda iddiaçı mülkün ona məxsus hissəsini satmaq istəyir. Lakin Maksim bütün mülkdən istifadə edərək buna imkan vermir. Naturada bölgü mümkün olmadığı üçün mülkün satılıb satış pulunun cavabdehlərlə iddiaçı arasında bölünməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh2 – cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “əmlakın hərracdan satılması və pulun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8ci mkr, Azadlıq prospekti 172 ünvanında yerləşən 11 saylı mənzilin ona aid payının dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsindən imtina edildiyi təqdirdə mənzilin hərraca çıxarılaraq satılması, mənzilin satışından əldə olunmuş pulun əmlakdakı paylara mütənasib surətdə iddiaçı və cavabdehlər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının mərhum xalası qızından miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 8- ci mkr, Azadlıq prospekti 172 ünvanında yerləşən 11 saylı mənzilin 1/3 hissəsi iddiaçının, 1/3 hissəsi Sevdanın, 1/3 hissəsi Maksimin mülkiyyətinə verilmişdir. İddiaçı hazırda iddiaçı mülkün ona məxsus hissəsini satmaq istəyir. Lakin Maksim bütün mülkdən istifadə edərək buna imkan vermir. Naturada bölgü mümkün olmadığı üçün mülkün satılıb satış pulunun cavabdehlərlə iddiaçı arasında bölünməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 – cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “əmlakın hərracdan satılması və pulun paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş birgə icraatda birləşdirilib baxılması üçün Səbail Rayon Məshkəməsinə göndərilmiş və Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə həmin mülki iş Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı – cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlakın hərracdan satılması və pulun paylara uyğun bölünməsi” tələbinə dair mülki işlə birgə bir icraatda baxılması üçün birləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-138/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı 1/3, Cavabdeh2 1/3 və Cavabdeh1 1/3 hissədə paylı mülkiyyəti kimi tanınmış Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti 172 ünvanında yerləşən 11 saylı mənzil hərraca çıxarılaraq satılması, həmin mənzilin ilkin satış qiymətinin 91.500 manat müəyyən edilməsi, mənzilin satışından əldə olunmuş pul vəsaitinin əmlakdakı paylara mütənasib surətdə İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında bölünməsi, «X5» MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin 50 manat məbləğində hissəsi İddiaçı, 50 manat məbləğində hissəsi Cavabdeh2, 50 manat hissəsi isə Cavabdeh1 tutulub «X5» MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh1apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və hər iki iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. İlk olaraq qeyd edir ki, məhkəmə onun iştirakı olmadan keçirilmiş və onun öz hüquqlarını müdafiə etmək imkanı olmamışdır. Onun məhkəmə barədə xəbəri olmamış və heç bir məhkəmə bildirişi almamışdır. Açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsini rədd etmişdir. Əsas da o göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsi nəzərdə tutulur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda , ayrılan mülkiyyətçi öz payının dəyərini digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Eyniliklə, Binəqədi Rayon məhkəməsinin 2(001)-1000/2018 saylı xx xxxxxx 2018-ci il tarixli Qətnaməsi ilə iddiaçı X2 ona qarşı “payın naturada ayrılması və ümumi mülkün açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında bölüşdürülməsi” tələbinə dair iddia ərizəsini rədd etmişdir. Göründüyü kimi məhkəmələr işə obyektiv yanaşaraq qanuni qərarlar qəbul etmişlər. Bakı Apellyasiya Məhkəməsi 2(103)-819/2019 saylı xx xxxxxx 2019- cu il tarixli qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin 2(001 )-3358/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirmədən saxlamış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4785/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əlbəttə ki, bu məhkəmə aktlarını iddiaçılar qəsdən gizlətmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edənilkin və qarşılıqlı iddia üzrə Cavabdeh1 apellyasiya şikayətinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçılara paylarına uyğun müvafiq olaraq kompensasiya ödəmək imkanına malik deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 vəkili və nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-138/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan: RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti 172 ünvanında yerləşən 11 saylı mənzilin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi İddiaçı və Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İddiaçı Cavabdeh2 və Cavabdeh1 göndərmiş olduğu xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli bildirişlərin surətindən görünür ki, İddiaçı sözügedən mənzilin özünə aid olan payının digər mülkiyyətçilər tərəfindən dəyərinin ödənilərək əldə edilməsini təklif edir. İş materialları ilə müəyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti 172 ünvanında yerləşən 11 saylı mənzil Cavabdeh2, İddiaçı və M.Sandurskinin paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılmasıəvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə vəümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yəni ümumi əmlakdan payın naturada ayrılmasının mümkün olmaması müəyyən edildikdən sonra paylı mülkiyyətçi yalnız bundan sonra payına uyğun olaraq digər mülkiyyətçidən ona kompensasiya ödənilməsini tələb edə bilər. Paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Bundan başqa əgər payın naturada ayrılmasına yol verilmirsə bu halda paylı mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 3358/2018 saylı qətnaməsinin təsviri hissəsində qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti 172 ünvanında yerləşən 11 saylı mənzildə digər mülkiyyətçilərin payına tənasübsüz zərər vurmadan naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin, eləcə də məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə əsasən texniki cəhətdən mümkün deyildir. Göründüyü kimi, hər iki iddiaçının mübahisəli mənzildəki paylarının naturada ayrılmasının mümkünsüzlüyü ekpert rəyi ilə təsdiq olunur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisindən almasının həyata keçirilməsi mümkünsüzdür. Beləliklə, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya icraatı zamanı tərflərin izahatı ilə cavabdehlərin iddiaçıya payına müvafiq olaraq kompensasiya ödəmək imkanlarının olmaması müəyyən olunduğundan, iddia tələbləri əsaslı hesab edilməli və təmin edilməlidir. Hazırkı iş üzrə mənzilin bazar dəyərinin məbləğinin müəyyənləşdirilməsi zərurəti yarandığından məhkəmə haqlı olaraq Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti 172 ünvanında yerləşən 11 saylı mənzilin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və «X5» MMC-nin xx.xx.2019-cu il tarixli ƏEM/ 44-896/19 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospekti 172 ünvanında yerləşən 11 saylı mənzilin hazırki dövrə olan bazar qiyməti 91.500 manat müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, mənzilin ilkin satış qiyməti hazırkı bazar dəyərinə uyğun olaraq müstəqil qiymətləndiricinin rəyi əsasında 91.500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsində onun iştirakı təmin edilməmişdir. Apelyatorun iştirakı apellyasiya icraatı zamanı təmin edilmiş, lakin apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olan hər hansı bir sübut təqdim etməmiş və yalnız formal mülahizələrlə kifayətlənmişdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-138/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
İlkin və qarşılıqlı iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-138/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.