Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-734/2023 15.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi ziyan”) Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil3, Cavabdeh, onun vəkili Vəkil2, nümayəndəsi X5 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-770/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi zərər qismində 157 000 (yüz əlli yeddi min) manat, 18 800 (on səkkiz min səkkiz yüz) ABŞ dolları və mənəvi zərər qismində 25 000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-770/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Əhmədova Həqiqət) ilə iddia qismən təmin edilərək, cavabdehdən cəmi 13.800 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Apellyasiya instansiyası məhkəməsində icraat
3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.
4. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, V.Ə.İbayev və R.M.Həsənov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qətnaməsicavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin 37.400 manat müəyyən edilməsi və cavabdehin apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. Kassasiya instansiyası məhkəməsində icraat
6. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməyib və mübahisəni əmlaka dəymiş zərərə görə Mülki Məcəllənin 21-ci maddəsinin tələbləri baxımından araşdırmayıb. İşin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün mülki iş materiallarında olan "xxxx" MMC-nin qiymətləndiricisi tərəfindən ona məxsus sözügedən tikilinin qiymətinin və smeta dəyərinin 124.000 manat olmasına dair rəyini nəzərə almayıb, həmin rəyi sübut kimi qəbul etməyib, araşdırmayıb və ümumiyyətlə rəylə nəyə görə razılaşmamasının səbəblərini qətnamədə göstərməyib. Bununla da Mülki Prosessual Məcəllənin 9.3, 88, 217 və 220-ci maddələrinin tələblərini pozub, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməyib, tətbiq etdiyi normaları isə düzgün təfsir etməyib.
7. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi onun və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri mötəbər sübut kimi qəbul etməməkdə səhvə yol verib. Habelə, Mülki Məcəllənin 777-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq etməməklə həmin maddənin tələblərini pozub və onun əsassız varlanmasına istinad edərək, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Bundan başqa, sübutetmə vəzifəsini yalnız onun üzərinə qoymaqla mülki prosessual normaların tələblərini pozub.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3833/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)- 11249/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. İkinci Apellyasiya icraatı Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, ekspertizanın keçirilməsinə evin yeni sahibi imkan verməyib, həmçinin qeyd etdi ki, o vaxt ümumilikdə 65-70 min xərc çəkib, həmçinin torpağı da 18.500 ABŞ dollarına alıb, evin hazırkı sahibi orada əsaslı tikinti-təmir işləri aparıb, evin sahəsini böyüdüb. Cavabdeh onun razılığı olmadan evi satıb, o, evin satılmasına razılıq verməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, həmin torpağın alınması ilə bağlı, iddiaçı ona pul verməyib, torpaq onun adına rəsmiləşdirilsə də, bələdiyyəyə pulu iddiaçı özü vermişdir, həmçinin həmin yerlər bataqlıqdı, orada o torpağın dəyəri 3-4 min manatdır. Evin satılmasını iddiaçı özü tapşırıb, çünki iddiaçının İlqara borcu olub, iddiaçı onun atası Rauf Əkbərova da 26.000 manat borcu var idi, sözügedən evi iddiaçının razılığı ilə satmış, evin 53.000 manata satılmasını iddiaçı bilmiş, o da iddiaçıya öz borclarını da götürməyi demiş, iddiaçı da onların da borcunu götürməsini demiş, sonra atasına olan 26.000 borc götürülmüş, özü 8.000 götürmüş, qalan puldan vasitəçi və makler pulu ödənilmiş, qalan pulu da Rusiyaya Əliyullahla göndərmişdir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, iddiaçı özü evi 65-70 min manata başa gətirdiyini deyir, iddiaçının evin 53.000 manata satılmasından xəbəri olmuşdur, iddiaçının cavabdehə və idiaçının atasına borcu olmuş, evin satışından əldə olunan puldan borc məbləğini çıxmış, qalan puldan vasitəçi və makler pulunu ödəyib, qalan pulu Əliyullahla iddiaçıya göndərmişlər. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi T.Əkbərov apellyasiya şikayəti ilə razılaşmayaraq, cavabdehin izahatına uyğun verərək göstərdi ki, evin satılmasından əmisinin xəbəri var, evin satılması ilə bağlı əmisi ilə o da danışıb, İlqar da iddiaçı ilə danışıb, ev iddiaçının razılığı ilə satılıb, iddiaçı evin 53.000 manata satılmağını bilirdi, həmin yerdə evlərin qiyməti aşağı yuxarı 53.000 manat olar, çünki oralar bataqlıqdı, evin satışından əldə olan pulla onlar iddiaçının onun atasına və cavabdehə olan borcunu götürmüş, qalan pulu da Əliyullahla iddiaçıya göndərmişlər. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
14. Bakı şəhəri Sabunçu Rayonu Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2020ci il tarixli məktubunun surətindən görünür ki, onun xx.xx.2020-ci il tarixli evinin satılması ilə bağlı müraciətinin xüsusatları mülki mübahisə predmeti olduğundan bu kimi xüsusatlar öz həllini mülki qaydada məhkəmədə tapmalıdır.
15. Torpaq alqı-satqısı haqqında xx.xx.2005-ci il tarixli aktın sürətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində Cavabdeh Bakı şəhəri Sabunçu qəsəbə bələdiyyəsi tərəfindən 0,04 h torpaq sahəsi ******* manata satılmışdır.
16. 77AВ ******* seriyalı etibarnamənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində yerləşən əmlakına dair İddiaçı baş etibarnamə vermişdir.
17. X2 tərəfindən verilmiş və notarius tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində evin tikintisinə görə İddiaçı 1800 manat almışdır. Həmin vəsait evin bünövrəsinə xərclənmişdir. Sonra Elxan onunla halallaşıb tikintinin davam etdirilməsi üçün qohumu Bəhramla görüşmüşdür. Bundan sonra o, Moskvaya getmişdir. Sonra da o Elxandan öyrənmişdir ki, Hacıyev İlqar və X8 rayonu Anaşkin küçəsində evin satılması ilə məşğul olmalarını istəmişdir. Ev 53.000 manata satılmış, bu puldan 9000 dollar İlqara, Raufa isə olan 25000 manat borcunu ödəmiş məbləğin qalanını o, Moskvada almışdır. Bütün bu vaxt ərzində o, Moskvada olmuşdur.
18. 13.09.2017-ci il tarixli 18 saylı notariat kontorunda verilmiş ərizənin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Anaşkin küçəsində 0,04 h torpaq sahəsini və həmin torpaqda tikilmiş 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evini 53000 manata X1 bildirmişdir.
19. Birinci instansiya məhkəmə iclasında X4 şahid qismində ifadə verərək bildirmişdir ki, o, evin indiki sahibidir və evi 53000 manata almışdır. O, evi alanda evdə əşyalar (paltaryuyan, taxt, divan dəsti və digər) olmuş, əşyalarını çıxarılmasına görə dəfələrlə İlqargillə telefon əlaqəsi saxlamış, telefona cavab vermədiklərinə görə o, əşyaları maşına yığdırmış və öz qızının qaynatasıgilin Ramanadakı evlərinə boşaltdırmışdır. Sonradan İlqar ona zəng edərək evin əşyalarının ev yiyəsinin qızının götürəcəyini bildirmişdir. Əşyalar 3 ay Ramanada qalmışdır. Elxanın qızı bir qadınla gəlmiş açarı onda götürmüşlər. Sonradan onlar Ramanaya gedərək əşyaları götürmüşlər. Onun açarını da ona qayrarmamışlar. Ev yarım tikili olmuş, evdə hamamda kafel olmamış, Elxan ona zəng etmişdir. O isə Elxana bildirmişdir ki, evin pulunu versələr o evi qaytarar. Sonra onlardan xəbər çıxmamış o, evi tamamlamış və 15-20 min xərc çəkərək evi satmışdır. Həmçinin 2 sot torpağı isə təxminən on iki minə satmışdır.
20. Birinci instansiya məhkəmə iclasında Əkbərov Rauf Məmməd oğlu şahid qismində ifadə verərək bildirdi ki, iddiaçı İlqara demişdir ki, evi satsınlar. Elxanın ona borcu olub. Bazardan mal alınması ilə bağlı 8500 manat. O, Elxanın işçisi olmuşdur. Onun yanında 3 il işləmiş, qardaşının ona 12000 manat əmək haqqı borcu olub, evin satışından onlar borc pullarını götürmüşlər. Evin satılması ilə bağlı o, Elxanla danışmamışdır. Elxanla İlqar və Tural arasında danışıq olmuşdur. Elxanın özünə demişlər ki, evi satırıq borcu götürək. Elxanın evin 53000 manata satılmasından xəbəri olmuşdur. Elxan İlqara 9000 manat verməli idi.
21. Birinci instansiya məhkəmə iclasında X6 şahid qismində ifadə verərək bildirmişdir ki, Elxan onun bibisi nəvəsidi. Elxanın onun oğlunun evinin yanında Anaşkində torpağı olmuş, Elxan onu çağırmışdır ki, oğlu Elmara evin tikilişində ustaları gətirməkdə köməklik göstərsin. Elxan tikinti üçün pul oğluna göndərir, o, isə pul işinə qarışmırdı və o, da oğlu ilə bərabər lazım olan ustanı gətirirdi. Sonra Raufun oğlu gəldi ki, buranın açarı səndədir ver, o da demişdir ki, əmisinə zəng vursun sonra açarı versin. Sonra Elxan ona zəng eədərək açarı verməsini bildirmişdir. Həmçinin demişdir ki, o, özü gəlib məsələni aydınlaşdıracaqdır. O açarı verəndə evdə ev əşyaları, mebellər kondisioner olmuşdur. Sonradan o eşitmişdir ki, həmin ev satılmışdır. O, ev tikiləndə orda olmamışdır. O, sadəcə son işlərində, suvax işlərində iştirak etmişdir. Dəqiq deyə bilmir, həmin vaxt təqribən evin qiyməti 60-70 min olardı. Həmin vaxt orda torpağın sotu təxminən 10 min olardı. Onun yanında evin alqı-satqısı ilə bağlı Elxanla bunlar arasında söhbət olmamışdır.
22. Birinci instansiya məhkəmə iclasında X9 şahid qismində ifadə verərək bildirmişdir ki, onun İddiaçıla qohumluğu yoxdur, Elxanın bacısı oğlu Nurlanın vasitəsi ilə onu tanımışdır. Elxanla onun heç bir problemi olmayıb. Həmin evin sənədlərini Elxan ona etibar etdiyi üçün sənədlər onda olub. Tural və qardaşı Raul əmisinin onlara borcu olmasını evin satılmalı olduğunu bildirmişlər. O da Elxanla telefon əlaqəsi saxlamış, Elxana, hətta ona olan borcunu da elə ordan götürəcəyini bildirmişdir. Elxan ona demişdir ki, öz qardaşının uşaqlarına etibar edir. Evin alqı-satqısında onlar da iştirak etsinlər. Evin 53000 manata satılmasından Elxanın məlumatı olmuşdur. Alqısatqıdan sonra Diaqnostikanın yanında 218 nömrəli qara çeşka markalı maşında pulun 25-26 minini Elxanın qardaşının uşaqları Raulla Tural götürmüş, o, 15600 mant ona olan borcunu götürmüş, 4000 manat maklere verilmiş, 4000 manatın 1200 manatı vasitəçiliyə görə o götürmüş, yerdə qalan 7600 manat pulu Elxanla danışdıqdan sonra onun göstərişi ilə Əliyulla adlı Zirə kəndində yaşayan şəxsə vermişdir. Həmin vəsait o da çay evində həmin adama vermişdir. Sonradan Elxan evin ucuz satıldığını ona bildirmiş. O, da evi alanİlhamla danışarq nəsə narahatçılıq olduğunu bildirmişdir. Elxan özü telefonda İlhamla danışmış, evin ucuz satıldığını və evi qaytarması üçün pulu verəcəyini bildirmişdir. Onların Elxanla evin satılması barədə danışıqları olmuş və Tural bu danışıqlarda iştirak etmişdir. Elxanla onun arasında evin satılmasına razılıq verilməsi ilə bağlı danışıq olmasaydı o, sənədi Turalgilə verməzdi. Evin 53000 manata satılmasından Elxanın xəbəri olmuşdur. Əgər Elxan deməsəydi yerdə qalan pulu ver Əliyullaha o, həmin pulu özündə saxlayacaqdı. Makler pulu 2-3 nəfər arasında bölünmüşdür. Etiraf edir ki, makler pulundan ona da 1200 manat ona çatmışdı. Elxanın bundan xəbəri var idi və o, Elxandan halallıq almışdı. İlham ona evdən mebellərin götürülməsini demiş, o da bunu Turala bildirmişdir. Sonra İlham ona əşyaları başqa evə aparıb yığmasını bildirmişdir. Sonra isə onlar əşyaların götürülməsini Elxanın qaynı Məğrura demişlər.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-734/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində sahəsi 400 kv.m. olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həmin torpaq sahəsi və orada inşa edilmiş digər tikililərlə birlikdə real bazar dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur.
24. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1628 nömrəli məlumatından məlum olur ki, tədqiqat obyektinə baxış keçirilən zaman iş üzrə cavabdeh tədqiq olunan obyektin ilkin vəziyyətdə saxlanmadığından ölçü işlərinin aparılmasına etiraz bildirmişdir, eyni zamanda yaşayış evində yaşayan şəxs etiraz bildirdiyindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır.
25. İddiaçı tərəfindən təqdim olunan "xxxx" MMC-nin MB 15/1732 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 135.000 manat təşkil edir.
26. İddiaçı tərəfindən təqdim olunan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 124.000 manat təşkil edir.
27. Cavabdeh tərəfindən təqdim olunan "xxxx" MMC-nin LP 114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin 2018-ci il tarixində bazar dəyəri 52.000 manat, 2023-cü il tarixdə 73.000 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; Maddə 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir; Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; Maddə 781. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
28. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, V.Ə.İbayev və R.M.Həsənov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qətnaməsicavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğin 37.400 manat müəyyən edilməsi və cavabdehin apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qərara alınmışdır.
29. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3833/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)- 11249/2021 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış, Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir.
30. Bu səbəbdən, hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək və hazırkı iş üzrə Ali məhkəmənin qərarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
32. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər qohumdurlar, iddiaçı cavabdehin əmisidir və Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli, 56 saylı qərarına, sonuncu ilə cavabdeh arasında bağlanmış “Torpaq sahəsinin alqı-satqısına dair” Akta, habelə həmin sənədlərə əlavə edilmiş torpaq sahəsinin yerləşdiyi yerin Sxeminə görə, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən 400 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün cavabdehə satılıb və sözügedən Akt 20 iyun 2005-ci il tarixdə 11 nömrə ilə Sabunçu bələdiyyəsində qeydiyyata alınıb.
33. Hazırda iddiaçı, onun tapşırığı ilə cavabdehin onun üçün öz adına 4 sot torpaq sahəsi aldığını, bunun üçün sonuncuya 18.800 ABŞ dolları verdiyini, torpaq sahəsini mişar daşı ilə hasara aldığını, həyətdə 1 qaraj tikdirib, sonra isə tikilmiş həmin qarajı yaşayış sahəsinə çevirdiyini, həyətdə hamam, ayaqyolu və mətbəx inşa etdiyini, sonradan oraya qaz, su, işıq çəkdirərək kirayəyə verdiyini, 2012-ci ildə torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 270 kv.metr olan fərdi yaşayış evi inşa etdiyini, tikinti işlərinin aparılmasına 150.000 manat xərc çəkdiyini, ev üçün 7.000 manat dəyərində zəruri mebel dəstləri aldığını, torpaq sahəsini və evi satmaq üçün 30 may 2016-cı il tarixdə cavabdehin onun adına etibarnamə verdiyini, torpaq sahəsinə dair sənədləri İlqar adlı tanışına verib torpaq sahəsi və tikilmiş ev üçün Çıxarış almasını ona tapşırdığını, lakin onun xəbəri olmadan cavabdehin tanışı İlqarı aldadıb sənədləri alaraq torpaq sahəsini və evi dediyinə görə 53.000 manata İlham adlı şəxsə satdığını və nəticədə cavabdehin təqsiri üzündən ona 157.000 manat, habelə 18.800 ABŞ dolları maddi, 25.000 manat mənəvi zərər dəydiyini iddia edir.
34. Cavabdeh isə həqiqətən iddiaçının onun adına torpaq sahəsi aldığını, atası Rauf Əkbərovun iddiaçının yanında işlədiyini, onun atası Rauf Əkbərova 12.000 manat ödənilməmiş əmək haqqı borcunun oluduğunu, sözügedən evi cavabdehin razılığı ilə satdığını, atası Rauf Əkbərova ödəniləcək 25.800 manat əmək haqqı borcunu əmlakın satışından əldə etdiyi vəsaitdən çıxdığını, evin 53.000 manata satılmasına dair iddiaçıya vaxtında məlumat verdiyini, İlqarla aralarında hər hansı sövdələşmənin olmadığını, evi alan şəxsin dediyinə görə iddiaçının qızı və baldızının gəlib evdən əşyaları apardığını, evin satılması zamanı vasitəçiyə 4.000 manat pul ödədiyini, iddiaçının tanışı İlqara 8.000 ABŞ dollar borcu olduğunu, İlqara evin pulundan Əliqulu adlı şəxsin vasitəsi ilə 7.600 manat pul ödədiyini göstərib, iddiaya etiraz edir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3833/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, ...tərəflər arasında hazırki mübahisə əslində sözügedən torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin satılması ilə bağlı iddiaçı tərəfindən cavabdehə belə bir tapşırıq verilib-verilməməsi və həmin əmlakların bütövlükdə 53.000 manata satılmasına dair tərəflər arasında hər hansı razılaşmanın olub-olmaması, iddiaçının buna razılıq veribverməməsi və sair ilə bağlı yaranıb.
36. Belə ki, iddiaçı torpaq sahəsinin satın alınması üçün cavabdehə 18.800 ABŞ dolları ödədiyini, fərdi yaşayış evinin tikintisinə isə 150.000 manat xərc çəkdiyini iddia edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçının sözügedən torpaq sahəsini satın alması üçün 18.800 ABŞ dolları xərc çəkməsinin öz təsdiqini tapmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işə əlavə edilmiş sənədlərdən, o cümlədən Sabunçu bələdiyyəsi tərəfindən verilmiş 20 iyun 2005-ci il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən 400 kv.metr torpaq sahəsinin alqı-satqısı üçün Sabunçu bələdiyyəsinə 3.520.000 manat (AZM) pul ödənilib. Cavabdeh isə torpaq sahəsinin məhz iddiaçının vəsaiti hesabına satın alınmasını inkar etmir.
37. Apellyasiya instansiyası məhkəməsi bu hallara, həmçinin cavabdehin 400 kv.metr torpaq sahəsini məhz iddiaçının tapşırığı ilə bələdiyyədən satın almasına diqqət yetirmədən, iddia olunan 18.800 ABŞ dolları ilə torpağın dəyəri kimi ödənilmiş 3.520.000 manat (AZM) pulun bağlılığını tam, hərtərəfli və obyektiv araşdırmadan, cavabdehin bu barədə izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, müvafiq ekspertiza keçirib 400 kv.metr torpaq sahəsinin real bazar qiymətini müəyyən etmədən, iddiaçının torpaq sahəsini satın alması üçün 18.800 ABŞ dolları xərc çəkməsinin öz təsdiqini tapmadığına dair işin halları barədə səhv nəticəyə gəlib.
38. Kollegiya iddia tələbinin torpaq sahəsinin alınması ilə bağlı çəkilmiş xərc 18.800 ABŞ dolları hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabdeh torpaq sahəsi onun adına alınsa da, həmin torpaq sahəsinin alınması ilə bağlı məbləğin ona verilmədiyini, torpağın pulunun iddiaçı tərəfindən verildiyini qeyd edir.
39. MPM-in 77.1-ci maddəsinin tələbinə görə torpaq sahəsinin alınması ilə bağlı pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir, iddiaçı isə bununla bağlı sübut təqdim etməmişdir.
40. Belə olan halda torpaq sahəsinin alıması ilə ilə bağlı çəkilmiş 18.800 ABŞ dolları hissədə iddia tələbi təmin edilə bilməz.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 3833/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, iddiaçının onun üçün 400 kv.metr torpaq sahəsini satın alması ilə bağlı cavabdehə müvafiq tapşırıq verməsi mülki iş materialları, habelə cavabdehin özünün izahatı ilə təsdiq olunduğu halda, onun torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini və orada olan tikililəri 53.000 manata satmasına dair cavabdehə hər hansı tapşırıq, səlahiyyət verməsi mülki iş materialları ilə müəyyən olunmur.
42. Əksinə, iddiaçının izahatından, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, sözügedən fərdi yaşayış evi və orada olan digər tikililər faktiki olaraq 440 kv.metr torpaq sahəsində yerləşir və torpaq sahəsi ilə birlikdə 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin hazırda real bazar qiyməti 124.000 manat təşkil edir.
43. Həmçinin işdən görünür ki, iddiaçı cavabdehə sözügedən torpaq sahəsini, fərdi yaşayış evini və orada olan digər tikililəri 53.000 manata satmasına dair hər hansı tapşırıq, səlahiyyət verməyib və ümumiyyətlə işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur.
44. Cavabdeh isə sözügedən torpaq sahəsini, fərdi yaşayış evini və orada olan tikilələri 53.000 manata məhz iddiaçının tapşırığı ilə satdığını göstərib iddiaya etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir;
45. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, cavabdeh torpaq sahəsini, fərdi yaşayış evini və orada olan tikilələri 53.000 manata məhz iddiaçının tapşırığı ilə satdığını göstərib iddiaya etiraz etsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə MPM-in 77.1-ci maddəsinin tələbi baxımından heç bir mötəbər yazılı sübut təqdim etmədiyindən, iddia həmin hissədə əsaslıdır və qismən təmin edilməlidir.
46. İddiaçı iddia ərizəsində evin tikintisi üçün 150.000 manat xərclədiyini qeyd etsə də, məhkəmə kollegiyasının iclasında ümumilikdə 65-70 min manat xərc çəkdiyini bildirmişdir.
47. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-734/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində sahəsi 400 kv.m. olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həmin torpaq sahəsi və orada inşa edilmiş digər tikililərlə birlikdə real bazar dəyərinin müəyyən edilməsi sualı qoyulmuşdur.
48. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1628 nömrəli məlumatından məlum olur ki, tədqiqat obyektinə baxış keçirilən zaman iş üzrə cavabdeh tədqiq olunan obyektin ilkin vəziyyətdə saxlanmadığından ölçü işlərinin aparılmasına etiraz bildirmişdir, eyni zamanda yaşayış evində yaşayan şəxs etiraz bildirdiyindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır.
49. Kollegiya onu da qeyd edir ki, iddiaçı özü də məhkəmə iclasında hazırda evin yeni sahibinin evdə əsaslı tikinti işləri apardığını, evin ölçülərində və təmirində əsaslı dəyişiklik olduğunu qeyd etmiş, hazırda keçirilən ekspertiza nəticəsində onun həmin vaxt mənzilə çəkdiyi xərci dəqiq müəyyən etməyin mümkün olmayacağını bildirmişdir.
50. Bununla yanaşı həmin fərdi yaşayış evinin bazar dəyəri ilə bağlı iddiaçı tərəfindən ayrı-ayrılıqda iki, cavabdeh tərəfindən bir mütəxəssis rəyi təqdim edilmişdir.
51. İddiaçı tərəfindən təqdim olunan "xxxx" MMC-nin MB 15/1732 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixinə hesablanmış bazar dəyəri 135.000 manat təşkil edir.
52. İddiaçı tərəfindən təqdim olunan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin bazar dəyəri 124.000 manat təşkil edir.
53. Cavabdeh tərəfindən təqdim olunan "xxxx" MMC-nin LP 114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin 2018-ci il tarixində bazar dəyəri 52.000 manat, 2023-cü il tarixdə 73.000 manat təşkil edir.
54. Məhkəmə kollegiyası iddiaçının verdiyi hər iki mütəxəssis rəyini nəzərdən keçirib, həmçinin iddiaçının məhkəmə kollegiyasında ümumilikdə 65-70 min manat xərc çəkməsi ilə bağlı izahatını da diqqətə alıb, eləcə də iddiaçının özünün təqdim etdiyi həmin mütəxəssis rəyləri arasında olan ziddiyyətləri nəzərə alaraq, hesab edir ki, həmin mütəxəssis rəyləri iddiaçının tələb etdiyi maddi zərərin müəyyən olunması zamanı əsas götürülə bilməz və onlara tənqidi yanaşılmalıdır, bu vaxt Məhkəmə kollegiyası həmin ərazinin əsasən bataqlıq və namünasib yer olması barədə proses iştirakçılarının verdikləri məlumatları da nəzərə alır. Bu baxımdan, Kollegiya belə qənaətə gəlir ki, iddiaçıya məxsus olmuş fərdi evin bazar dəyərinin 73.000 manat olması ilə bağlı cavabdehin təqdim etdiyi "xxxx" MMC-nin LP 114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi daha inandırıcı və ağılabatan olmaqla işin hallarına uyğun hesab olunur.
55. Bununla da belə qənatə gəlinir ki, iddia tələbi maddi zərər hissədə qismən təmin edilməli, maddi ziyan ilə bağlı cavabdehdən 73.000 manat pul vəsaiti alınaraq iddiaçıya verilməli, iddia tələbi maddi zərərlə bağlı qalan hissədə, mənəvi zərərlə bağlı isə bütünlüklə təmin edilməməlidir.
56. Məhkəmə kollegiyası iddia tələbinin həmin evdə olan və iddiaçıya məxsus mebellərlə bağlı hissəsində qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmaları ilə mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, məhz iddiaçının öz qohumları tərəfindən həmin evdən əşyalar götürülərək aparılmışdır, ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir.
57. İddia tələbini mənəvi zərərlə bağlı hissədə təmin etməyən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir.
58. Kollegiya birinci instansiya məhkəməsinin həmin möqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
59. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
60. Hazırkı işin halları ilə də cavabdehin hərəkətləri nəticəsində idiaçının məyus olması, özünü gücsüz sayması, ümidsizliyə qapanması, bunlarınsa onun şüurunda mənfi reyaksiyaya səbəb olması, demək ki, onun mənəvi sarsıntıya məruz qalması danılmazdır.
61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.
62. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azında mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).
63. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) .
64. Hazırkı halda Kollegiya hesab edir ki, bu işin halları baxımından iddia tələbinin maddi zərər hissədə qismən təmin edilməsi öz-özlüyündə mənəvi zərəri də kompensasiya edir, ona görə də iddiaçının tələbi mənəvi zərər hissəsində sübut edilməməsi əsası ilə deyil, məhz yuxarıda qeyd edilən əsasla təmin edilməməlidir. Nəticə:
65. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 73.000 (yetmiş üç min) manat alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
66. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
67. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30+15=45 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
69. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-770/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Cavabdeh 73.000 (yetmiş üç min) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (30+15=45) cəmi 45 (qırx beş) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov