Məhkəmə qərarları › İş №2(103)-7346/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7346/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7346/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Turqut İsmayılovun və Cavabdeh1 MMC-nin nümayəndəsi Ceyhun Hüseynovun iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2n qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə xx.xx.2017-ci ildə “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə törədilmiş yol nəqliyyat hadisəsi (toqquşma) ilə bağlııdır.Həmin avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən sığortalanıb. Avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 MMC-yə məxsusdur, Cavabdeh2 isə yol-nəqliyyat hadisəsi baş verən vaxt avtomobili etibarnamə olmadan idarə edib. Hadisə Cavabdeh2 təqsiri üzündən baş verib və 3 avtomobil zədələnib: 1)“Renault” markalı, **- OT-*** dövlət qeydiyyat nişanlı; 2) “Mercedes Benz” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı; 3) “Audi” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı. İddiaçı zərər çəkmiş şəxslərə, yəni 3 avtomobilin sahibinə cəmi 1.320 manat sığorta ödənişi verib, daha sonra subroqasiya hüququnu həyata keçirmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, subroqasiya qaydasında zərərin əvəzi kimi 1.320 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 manat cavabdehlərdən tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, hadisə baş verən vaxt “Daewoo Gentra” markalı avtomobil etibarnamə olmadan idarə edilib, ona görə də cavabdehlər iddiaçının zərərçəkənlərə ödədiyi sığorta ödənişi həddində iddiaçının qarşısında maddi məsuliyyət daşıyırlar. Cavabdeh1 MMC avtomobilin mülkiyyətçisi olduğuna, Cavabdeh2 isə avtomobili etibarnamə olmadan idarə etdiyinə görə həmin məbləği birgə ödəməyə borcludurlar. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, zərərin əvəzi kimi 1.320 manat, dövlət rüsumunun əvəzi kimi 30,40 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Qətnamə eyni qaydada əsaslandırılıb. Şikayət və izahatar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə Cavabdeh1 MMC-yə aid hissədə ləğv edilsin və Cavabdeh1 MMC-yə qarşı yönəlmiş tələb rədd olunsun. Şikayət onunla əsaslandırılıb ki, “Daewoo Gentra” markalı avtomobil Cavabdeh2 hüquqa zidd hərəkəti nəticəsində Cavabdeh1 MMC-nin sahibliyindən şıxıb, ona görə də vurulmuş zərərə görə MMC məsuliyyət daşımır. Məhkəmə iclasında iştirak edən, Cavabdeh1 MMC-nin nümayəndəsi Ceyhun Hüseynov apelyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Turqut İsmayılov isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması: Qətnamənin Cavabdeh1 MMC-yə aid hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apelyasiya qaydasında yoxlanılıb. Yoxlanılan hissə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Vurulan zərərə görə Cavabdeh1 MMC məsuliyyət daşımır. Belə ki, yol-nəqliyyat hadisəsindən əvvəl Cavabdeh1 MMC “Daewoo Gentra” markalı avtomobilə dair Cavabdeh2 adına xx.xx.2017-ci il tarixli etibarnamə (iş v. 95) verib, lakin hadisə baş verənə qədər həmin etibarnamənin müddəti bitib. Belə vəziyyətdə Mülki Məcəllənin 1108.2-ci maddəsinin göstərişi tətbiq olunmalıdır. Həmin maddədə qeyd olunub: “Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar”. Etibarnamənin müddəti bitdikdən sonra Cavabdeh2 avtomobili geri – Cavabdeh1 MMC -yə qaytarmalı idi, lakin o, bunu etməmiş, avtomobili idarə etməyə davam etmişdir. Etibarnamə bitdikdən sonra Cavabdeh2 yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxs sayılır və hüquqa zidd yiyələnmədə Cavabdeh1 MMCtəqsirli hesab olunmur. Əgər MMC avtomobili ümumiyyətlə etibarnaməsiz Cavabdeh2 versəyidi, belə halda o, Cavabdeh2la birgə məsuliyyət daşımalı idi. Lakin MMC avtomobili qanuni əsasla - etibarnamə ilə Cavabdeh2 verib, ona görə də etibarnamənin müddəti bitdikdən sonra avtomobili geri qaytarmaq Cavabdeh2 vəzifəsi idi. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədiyinə görə mübahisələndirilən hissədə qətnamə ləğv edilməli və həmin hissədə tələb rədd olunmalıdır. Qalan hissədə qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apelyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Cavabdeh1 MMC-yə aid hissədə ləğv edilsin və Cavabdeh1 MMC-yə qarşı yönəlmiş tələb rədd olunsun. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar