Məhkəmə qərarları › İş №2(103)-7351/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7351/2023

05.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7351/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2(004)-1497/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1497/2023 nömrəli 24 may 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 140000 manat pul və ödənilmiş 431 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə cavabdehin nümayəndəsi-vəkili Vəkil2 “Elektron Məhkəmə İnformasiya” Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdehin nümayəndəsi-vəkili qismində Nümayəndə2 tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təqdim edilmiş, ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehin və vəkilinin məhkəmə proseslərinin yeri və vaxtı barədə məlumatlandırılması bildiriş və ya poçt vasitəsilə təmin edilməmişdir. Apellyasiya məhkəməsində vəkil qismində çıxış etmək üçün mülki iş üzrə cavabdehin vəkili Vəkil2la cavabdeh tərəfindən müqavilə bağlanılmadığından vəkil qisas almaq məqsədilə qətnamənin elektron kabinetinə yerləşdirilməsi barədə cavabdehə məlumat verməmiş və iddiaçı tərəflə gizlin sövdələşməyə gedərək apellyasiya şikayətinin verilməsi müddətini qəsdən ötürmüşdür. Göstərilənlər nəzərə alınmaqla prosessual müddət bərpa edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2(004)- 1497/2023 nömrəli qərardadı ilə prosessual müddətin bərpasına dair cavabdehin ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılmışdır. Cavabdehin qərardaddan verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Göründüyü kimi qətnamə cavabdehin nümayəndəsi-vəkili Vəkil2 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir, apellyasiya şikayəti verilməsinin son günü xx.xx.2023-cü il tarix olduğu halda cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə verilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya şikayəti müddət ötürülməklə verilmiş, həmin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad cavabdehin özünün elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, müddətin ötürülməsi əsası ilə apellyasiya şikayətinin geri qaytarılmasından məlumatlı olduğundan sonra da iki ay cavabdeh hərəkətsizlik göstərmiş, yalnız xx.xx.2023-cü il tarixdə müddətin bərpası barədə ərizə və yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Müddətin bərpası barədə ərizədə göstərilənlərə münasibətdə də məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh şəxsən və vəkili Vəkil2 məhkəmə proseslərinin vaxtı barədə və yekun məhkəmə aktı barədə məlumatlı olmuşlar. Ərizəçi tərəfindən prosessual müddətin buraxılmasının üzrlü hesab edilməsinə əsas verən müvafiq sənədlər, sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə haqlı olaraq göstərilən halları üzrlü hesab etməmişdir. Müddətin ötürülməsi cavabdehin iradəsindən kənar baş verməmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli 2(004)- 1497/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar