Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7359/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoruna (üçüncü şəxs "xxxx" KB ASC) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: icra qeydinin ləğv edilməsi hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru (üçüncü şəxs "xxxx" KB ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2299/2022 saylı işi üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçının iddia tələbini dəqiqləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli 8İ-2190 saylı icra qeydinin ləğv edilməsi barədə iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2299/2022 saylı işi üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 218.3; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3, 34.1.4, 36.1, 36.2, 36.3, 36.4.2, 37.1, 37.3, 38.1, 38.2, 79-cu maddələrinə istinadən qeyd edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və bu hal "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumat, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatları əks etdirən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipotekaqoyana sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka qoyan tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.İşin araşdırılmış hallarından görünür ki, "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipotekaqoyana təqdim edilməmişdir. Belə ki, ipoteka saxlayan "Unibank” KB ASC tərəfindən ipotekaqoyan İddiaçı təqdim edilmiş bildirişdən görünür ki, "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 36.2.3-cü maddəsinə göstərilən məlumat, yəni ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq həmin bildirişdə göstərilməmişdir. Bununla da iş üzrə iddia tələbinin əsasını təşkil edən yaranmış borcun ipoteka predmetinə yönəldilməsi barədə notariat ofisinə müraciət edilməsi barədə bank tərəfindən iddiaçıya məlumat verilməməsi halına qiymət verərək məhkəmə hesab edir ki, iddianın əsası qəbul edilməli və iddia tələb əsaslı hesab edilməlidir.Belə ki, "bank tərəfindən iddiaçıya təqdim edilmiş bildirişdə (İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun imperativ göstərişlərinə əməl edilməməklə tərtib edilmiş) ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlığı əks etdirən məlumatın göstərilməməsi halı - həmin bildirişi qəbul etmiş ipoteka qoyanın müəyyən edilmiş müddətdə, etirazı olduğu halda ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verməsi ilə bağlı məsələdən yayındırılması halına gətirib çıxarmaqla, yaranmış borcla və həmin borcun ipoteka predmetinə yönəldilməsi barədə kredit verən bank tərəfindən məhkəməyə müraciət edilməsi halının da istisna edilməməsinin göstəricisi olmaqla tərəflər arasında yaranmış mübahisənin həlli ilə bağlı hansı orqana müraciət edilməsi barədə anlaşılmazlıq yaradır. Bununla da bank tərəfindən ipoteka qoyana (iddiaçıya) təqdim edilmiş bildirişin borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün notariat ofisinə müraciət edilməsi barədə bildiriş kimi qəbul edilməsi mümkün deyil. Ona görə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana qanunvericiliyin müəyyən etdiyi formaya riayət edilməklə təqdim edilməmişdir.İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana qanunvericiliyin müəyyən etdiyi forma və məzmuna (bildirişdə göstriləməli hallara) riayət edilməklə təqdim edilmədiyindən notariat ofisi tərəfindən icra qeydinin verilməsi qanuna uyğun qaydada verilməməklə əsaslı olmadığından həmin icra qeydi ləğv edilməlidir .
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: xx.xx.2022-ci il tarixli 8İ-2190 reyestr nömrəli icra qeydinə əsasən, Bakı şəhəri 25 saylı notariat ofisi "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka predmeti olan ünvan ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə tutmanın yönəldilməlidir. (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 52130 manat əsas borc, 2560,80 manat faiz borcu, 103,70 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 54794,50 manat təşkil edir.) Həmçinin borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 54819,5 manat pul tutulmalıdır ; - "xxxx" KB ASC tərəfindən İddiaçı təqdim olunmuş xx.xx.2022-ci il tarixli bildirişə əsasən, həmin bildirişdə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 14Y/19 saylı kredit müqavləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 14Y/19-4 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 31 ay müddətinə, xx.xx.2024-cü il tarixədək illik 17% ödəmək şərtilə 52130 manat kredit verilməsi, X3 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 67 G saylı 0.1 ha torpaq sahəsi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi və borcun 21 gün müddətində ödənilmədiyi halda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 67G saylı 0,1 ha torpaq sahəsinə tutmanın yönəldilməsi prosedurunun başlanacağı qeyd edilmişdir (iş səh. 30, 31 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. Üçüncü şəxs "xxxx" KB ASC apellyasiya şikayəti verərək, Unibank” KB ASC-nin apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəriXəzər Rayon Məhkəməsinin 2(003)- 2299/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36, 37.1, 38.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı "xxxx" KB ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli 14Y/19-4 saylı əlavə kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməyərək, aldığı kredit məbləğini qaytarmadığına görə tutma ipoteka predmeti olan İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 67G saylı 0,1 ha torpaq sahəsinə yönəldilmişdir. Belə ki, "xxxx" KB ASC tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş həm onun qeydiyyat ünvanı üzrə göndərilmiş, həm də banka dəvət olunaraq şəxsən özünə imza edilməklə təqdim edilmişdir (borclu və eyni zamanda ipoteka qoyan İddiaçı qeydiyyat ünvanı olan Laçın rayonu, Quşçu kəndinin işğaldan azad olunmasına baxmayaraq, hal-hazırda yaşayış olmaması və faktiki olaraq onun Bakıda yaşamasına baxmayaraq, yaşayış ünvanı barədə dəqiq məlumat verməməsi səbəbindən banka dəvət olunaraq bildiriş təqdim edilmişdir. Hətta, İddiaçı faktiki yaşayış yeri barədə Laçın rayonu, Quşcu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli Arayışında Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsində naməlum ünvanda yaşaması, özünün məhkəməyə tədim etdiyi xx.xx.2022-ci il tarixli Arayışda isə Xəzər rayonu, Buzovna qəsəbəsi, Südçülük Sovxozunda naməlum ünvanda məskunlaşdığı, məcburi köçkün vəsiqəsində isə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Dostluğ düşərgəsində məskunlaşdığı öz əksini tapıb). Bundan sonra, bildiriş “İpotekahaqqında” Qanununa uyğun olaraq, tələb olunan müddətlərə (müvafiq olarq 5 təqvim və 3 iş günü) riayət edilərək DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmışdır. Daha sonra “İpoteka haqqında” Qanununun 37-ci maddəsində göstərilmiş 21 təqvim günü bildirişdən məhkəməyə şikayət verilmə müddəti gözlənildikdən sonra, “Notariat haqqında” Qanununun 76-cı maddəsinin tələbinə əsasən icra qeydi alınması üçün müraciət olunmuş, ilk öncə İddiaçı faktiki yaşayış ünvanı barədə arayış olmaması səbəbindən müraciətlərindən imtina olunmuşdur. Laçın Rayon İcra Hakimiyyəti başcısının Quşcu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Banka təqdim etdiyi xx.xx.2022-ci il tarixli 19 saylı Arayışı əldə etdikdən sonra yenidən icra qeydi alınması üşün müraciət olunmuş və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən “Notariat haqqında” Qanununun 76-cı maddəsinə əsasən İpoteka predmetinə tutma yönəldilməsi haqqında 8İ-2190 reyestr nömrəli icra qeydi aparılmışdır. “İpoteka haqqında” Qanununda edilmiş 1439-VDQ nömrəl xx.xx.2018-ci il tarixli dəyişiklikdən sonra ipoteka predmetinə tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə yalnız notariusun icra qeydi əsasında həyata keçirilir (Maddə 38.1). Yəni, “İpoteka haqqında” Qanununa edilmiş xx.xx.2018-ci il tarixli dəyişiklik qüvvəyə minəndən sonra ipoteka predmetinə tutma yönəldilməsi tələbi ilə artıq ipoteka saxlayanın alternativ olaraq məhkəməyə müraciət edilməsi hüququ aradan qalxmış, ipoteka predmetinə tutma yalınız notariusun icra qeydi əsasında həyata keçirilir.Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi haqqında xx.xx.2022ci il tarixli 8İ-2190 reyestr nömrəli icra qeydinin aparılması ilə bağlı hər hansı qanun pozuntusuna yol verılmədiyi halda, Xəzər Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı formal mülahizəsinə əsasən, onun əsassız iddiasını təmin edərək, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8İ-2190 reyestr nömrəli icra qeydinin ləğv edilməsini qət etmişdir. Həmin qətnamədə İddiaçı izahatında etiraf edir ki, həqiqətəndə bildiriş ona 2022-ci ilin qış aylarında təqdim olunmuşdur. Bu artıq işin mübahisəsiz halıdır. Lakin, İddiaçı sonradan izahatında əsassız olaraq qeyd edir ki, həmin zaman bildirişdə qeyd olunan borc məbləği ilə razı olmamışdır. Belə ki, onun tərəfindən ödənilən məbləğlər yalnız faiz və cərimədən çıxılmış, əsas borc isə olduğu kimi qalmışdır. Bildiriş ona təqdim olunanda elə bilmişdir ki, bildirişdə qeyd olunan məbləğləri 21 gün müddətində ödəməsə məhkəməyə müraciət olunacaqdır. O da bununla bağlı razı olmuş və məhkəmədən məlumat gözləmişdir. Belə ki, o məhkəmədə bank tərəfindən ondan tələb olunan borcun şişirdilmiş olduğunu bildirərək iş üzrə ekspertiza təyin edilməsini tələb edəcək. İddiaçı bildirişin ona təqdim edildiyi xx.xx.2022-ci il tarixinədək 14Y/19-4 saylı kredit müqaviləsi üzrə banka hər hansı bir ödəniş etməmişdir. Necə olur ki, xx.xx.2022-ci il tarixədək həmin kredit üzrə hər hansı bir ödəniş etmədiyi halda, guya ödədiyi pullar cərimə və faizə silinmişdir ? Yəni, iddiaçının bu qeyd etdikləri heç bir sübut ilə həqiqəti əks etdirmir.Digər tərəfdən “İpoteka haqqında” Qanununu (maddə 37) ipoteka qoyana və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəfə tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə biləcəyini qeyd edir. Yəni, sözügedən Qanun ipoteka qoyan İddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişi aldıqdan 21 təqvim günündən gec olmayaraq məhkəməyə müraciət etməsini nəzərdə tutur. O da Qanunun ona verdiyi həmin müddət ərzində məhkəməyə şikayət ərizəsi ilə müraciət etmədiyindən, notarius tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi aparılmışdır. Yəni, iş üzrə cavabdeh 25 saylı Notariat ofisi tərəfindən qanunun hər hansı bir maddəsinin tələbi pozulmamışdır. Məhkəmə xx.xx.2022-ci il tarixli qətnaməsində iddianı təmin etmənin yeganə əsası kimi, ipoteka saxlayan "xxxx" KB ASCtərəfindən ipoteka qoyan İddiaçı təqdim edilmiş bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlığın göstərilməməsini əsas gətirərək iddia tələbini təmin etmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdə “notariusun icra qeydi əsasında” tutmanın yönəldilməsi sözünün qeyd edilməməsi o demək deyil ki, bank “məhkəmə qaydasında” ipoteka predmetinə tutma yönəldə bilər. Həmçinin, Məhkəmənin belə mövqeyini istisna edən digər hal “İpoteka haqqında” Qanununun 36.4-cü maddəsində öz əksini tapıb. Belə ki, həmin maddədə açıq-aydın qeyd olunur ki, “Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz.Tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə (Maddə 36.4.1)Tutmanın yönəldilməsi haqqından bildiriş,bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə ,tərəfindən etibarsız sayıldıqda (Maddə 36.4.2) Göründüyü kimi, tutmanın yönəldilməsi prosedurunun davam edə bilməməsi üçün 2 (iki) hal nəzərdə tutulub ki, birinci hal ilə bağlı bank tərəfindən həmin müddətlərə tam riayət olunub, ikinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün olunub, ikinci hal ilə bağlı isə ipoteka qoyan tərəfindən bildirişi aldıqdan sonra 21 gün müddətində nə şikayət edilib, nə də həmin bildiriş məhkəmə tərəfindən etibarsız hesab edilməyib. (Qanunu bilməmək məsuliyyətdən azad etmir (Konstitusiya, maddə 72, İİİ hissə). Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.Üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, bank tərəfindən verilən bildirişlərdə icra qeydinin yazıldığını, lakin hazırda mübahisə edilən bildirişdə texniki yanlışlıq nəticəsində icra qeydi ifadəsinin qeyd edilmədiyini, iddiaçının özünün banka dəvət edilərək bildirişlə tanış edildiyini və həmin bildirişə imza atdığını, tutmanın yönəldiləməsi prosedurunun başlanılması qeyd edildiyini və bu qeydin icra qeydinə aid olduğunu, 21 günün yalnız icra qeydinə aid olduğunu, məhkəməyə iddia verilən zaman 5 gün müddətində pretenziya müddətinin müəyyən edildiyini, məhkəməyə iddia verilən zaman bildirişdə məhkəməyə veriləcəkdir ifadəsinin qeyd edildiyini, tərəfə icra qeydinin verildiyi tarixdən borca faiz hesablanılmasının dayandırıldığını, icra qeydinin ləğv edilməsinin iddiaçının ziyanına olacağını, çünki bu halda faiz hesablanılmasına yenidən davam ediləcəyini bildirmişdir. 5.İddiaçı ona bank tərəfindən məhkəməyə müraciət olunacağını bildirdiklərini, bildirişə bu səbəblə imza atdığını, onun tərəfindən banka artıq ödənişlərin edildiyini, bildirişə etiraz vermədiyini bildirmişdir.
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontorunun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.«İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, ipoteka saxlayanın aşağıdakı hüquqları vardır:. bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək. Qanunun 36-cı maddəsinə əsasən,ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir:müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti;icra olunmalı öhdəlik barədə məlumat;ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz:tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə;yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.Qanunun 37-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpotekaya tutmanın yönəldilməsi barədə şikayətə ərizənin daxil olduğu gündən məhkəmə tərəfindən 1 ay müddətində baxılır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır.İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.Qanunun 38-ci maddəsinə əsasən,bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. 9.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 324, 331, 355-357, 385-390, 399, 404, 425.1, 427.3, 739, 741, 743, 744; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 26, 34.1, 36, 37, 38; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qətnamənin prosessual (məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi) əsasları ilə ləğv edilməsi üçün əsaslar mövcuddur. Diqqətə çatdırılmalıdır ki, mübahisə edilən icra qeydi və müqavilə üzrə ipoteka predmetinə yönəlmə üzrə qanunvericiliyin tələblərinə riayət edilərək ipoteka qoyana müvafiq bildiriş verilməklə xəbərdarlıq edilmiş, sonuncu hissə bildirişi mübahisələndirməmişdir. İddiaçı bildirişin qüsurlu olduğunu qeyd etsədə öz vəzifələri üzrə borcun qaytarılması yönəmində faktiki sui-istifadəyə şərait yaradan hərəkətlərə yol vermiş, notariat orqanının cavabdeh kimi hərəkətlərinin qanunauyğusuzluğuna dair dəlillər irəli sürməmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildirişdə “notariusun icra qeydi əsasında” tutmanın yönəldilməsi sözünün qeyd edilməməsi o demək deyil ki, bank “məhkəmə qaydasında» ipoteka predmetinə tutma yönəldəcəkdir və bu bildirişin mahiyyətin dəyişmir. Məhkəmə iddiaçı tərəfindən heç bir təsdiqedici sübut təqdim olunmamasına baxmayaraq, iddianı əsassız olaraq təmin etmişdir.İddia edilən dəlillər isə ipoteka haqqında qanunvericiliyin tədbiqi üzrə notariat orqanının hərəkətlərinə aid mülki məsuliyyət həddini müəyyən edən vəzifələri əhatə etmir. 10.Apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, məhkəmələrə müraciətlərlə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onu ödəyən şəxslərə aid edilməlidir 11.Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Üçüncü şəxs "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2299/2022 saylı işi üzrə 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoruna (üçüncü şəxs "xxxx" KB ASC) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.