Məhkəmə qərarları › İş №2(103)-7366/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7366/2020

21.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7366/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı1 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 ASC, Cavabdeh4, Bakı şəhəri 12 saylı notariat kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2, İddiaçı1 MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 nömrəli ünvanda yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının və İddiaçı2 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 72 nömrəli ünvanda yerləşən 4 nömrəli mağazanın 4/3 nömrəli filialının qiymətləndirilməsi ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2015-ci il tarixli, 680/1 və 680 nömrəli hesabatlarının ləğv edilməsi, həmin əmlaklarla bağlı keçirilmiş hərrac və hərracın yekunları barədə protokolların, ünvan 1 nömrəli ünvanda yerləşən 4 nömrəli mağazanın 4/3 nömrəli filialının Cavabdeh2 ASC tərəfindən Cavabdeh4 satılması ilə bağlı Bakı şəhəri 12 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əmlaklara dair verilmiş reyestrdən çıxarışların ləğv edilməsi, əmlakların hərracda İddiaçı1 satış qiymətlərinin məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilərək, İddiaçı1 MMC-nin mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının və İddiaçı2 mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) qiymətləndirilməsinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2015-ci il tarixli, 680 və 680/1 nömrəli hesabatların ləğv edilməsi, həmin əmlaklarla bağlı keçirilmiş hərrac və hərracın yekunları barədə protokolların, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) Cavabdeh2 ASC tərəfindən Cavabdeh4 satılmasına dair xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsindəki 23/1 nömrəli, 2 mərtəbəli qeyri-yaşayış binasının Cavabdeh2 ASC-nin adına, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) Cavabdeh4 adına mülkiyyət hüququ üzrə qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiymətinin 3.934.176 manat və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) hərracda İddiaçı1 satış qiymətinin 274.674 manat məbləğində müəyyən edilməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi, ipoteka predmetlərinin qiymətləndirilməsi xərci qismində 400 manatın onlardan müştərək qaydada alınaraq, “xxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 ASC, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, mübahisəli daşınmaz əşyalar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 2015ci il tarixdə qiymətləndirilmiş və sonradan hərraca çıxarılmışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxxxx” MMC tərəfindən isə əmlakların dəyəri hazırkı vaxta, yəni 4 ildən sonrakı müddətə müəyyən edilmişdir. Halbuki, məhkəmə əmlakların hazırkı qiymətini deyil, hərracdan əvvəl qiymətləndirmə aparılmış 2015-ci il tarixə olan qiymətini müəyyən etməli idi. Digər tərəfdən, Cavabdeh4 C.Naxçıvanski küçəsi, 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (4 nömrəli mağazanın 4/3 nömrəli filialını) Cavabdeh2 ASC-dən 200.000 manata satın aldığı zaman əmlak təmirsiz vəziyyətdə olmuş, yeni mülkiyyətçi tərəfindən sonradan əsaslı təmir işləri aparılmış və vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, lakin məhkəmə bunları da nəzərə almamışdır. Bundan başqa, həmin qeyri-yaşayış sahəsi qiymətləndirildikdən sonra hərraca çıxarılmış və hərracda alıcı olmamışdır. Bu səbəbdən, müvafiq qanunvericiliyin tələblərinə əsasən, İddiaçı1 satış qiymətindən 15 faiz aşağı, yəni 170.000 manat qiymətlə ikinci hərrac təyin edilmişdir. Bu qiymətə də alıcı olmadığından, əmlak banka təklif edilmişdir. Göründüyü kimi, 170.000 manat qiymətlə satışı mümkün olmayan əmlaka qiymətləndiricilər tərəfindən 220.000 manat və 274.674 manat qiymət qoyulması səhvdir. Bundan başqa, C.Naxçıvanski küçəsi, 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsini bankdan alqı-satqı yolu ilə əldə etmiş Cavabdeh4 vicdanlı əldə edəndir. Həmçinin, əsas olmadan yenidən qiymətləndirmənin təyin edilməsi düzgün deyil və qanunsuzdur. Belə ki, bu tipli iddia qaldıran borclu hüquqdan sui-istifadə edərək işin uzadılmasına nail olur və bu, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olur. Digər Cavabdeh4 da, apelyasiya şikayəti verərək, qətnamənin C.Naxçıvanski küçəsi, 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (4 nömrəli mağazanın 4/3 nömrəli filialını) qiymətləndirilməsinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 2015ci il tarixli, 680 nömrəli hesabatının ləğv edilməsi, həmin əmlakla bağlı keçirilmiş hərracın və hərracın yekunları barədə protokolun, həmin qeyri-yaşayış sahəsinin Cavabdeh2 ASC tərəfindən Cavabdeh4 satılmasına dair xx.xx.2018-ci il tarixli AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd olunan əmlakın Cavabdeh4 adına mülkiyyət hüququ ilə qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxrışın ləğv edilməsi və həmin əmlakın hərracda İddiaçı1 satış qiymətinin 274.674 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, Cavabdeh2 ASC-nin apelyasiya şikayəti qismən, Cavabdeh4 apelyasiya şikayəti isə tam təmin edilərək, Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) aid hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 ASC, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 MMC-nin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, həmçinin bildirmişdir ki, 2015-ci ildən dörd il ərzində T.Abbasov küçəsi 23/1 ünvanında əlavə olaraq MMC tərəfindən xeyli təmir-tikinti işləri aparılmışdır. İcra şöbəsinin sifarişi əsasında keçirilmiş qiymətləndirmənin rəyi əmlakın real bazar qiymətini əks etdirməmişdir. Belə ki, işin əvvəlki apelyasiya baxışında keçirilmiş ekspertiza üzrə sözügedən əmlakın bazar dəyəri 3.870.000 manat müəyyən edilmişdir. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, qətnamənin həmin əmlaka aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni Ali Məhkəmənin yenidən baxılması üçün göndərdiyi, yəni Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binası ilə bağlı tələblərin təmin olunması hissəsində yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə Cavabdeh2 ASC-nin apelyasiya şikayətinin qeyd olunan hissədə dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçısını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə baxılan hissədə dəyişdirilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı1 MMC-nin, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsi isə (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) İddiaçı2 mülkiyyətində olmuşdur. Həmin daşınmaz əşyalar İddiaçı1 MMC-nin “xxxxxxxxxxxx” ASC qarşısında öhdəliklərinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, “xxxxxxxxxxxx” ASC-nin tələbi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə həmin əşyalara tutma yönəldilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin xx.xx.2015-ci il tarixli sifariş məktubuna əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sözügedən daşınmaz əşyalara baxış keçirilmiş və xx.xx.2015-ci il tarixli qiymətləndirmə rəylərinə əsasən, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binası 1.870.000, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsi isə 200.000 manat məbləğində qiymətləndirilmiş, onlar açıq hərracdan Cavabdeh2 ASC tərəfindən əldə edilmiş və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Kollegiya, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Baxılan işin hallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən əmlakın qiymətləndirilməsi ekspertizası keçirilmiş və “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin xx.xx.2018-ci il tarixli, 81 və 82 nömrəli mütəxəssis rəylərinə əsasən, müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 72 ünvanında yerləşən 4 nömrəli, 129,9 kv.metr ümumi sahəsi olan mağazanın xx.xx.2018-ci il tarixə bazar dəyəri 274.674 manat, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində, istifadədə olan 0.15663 ha torpaq sahəsində yerləşən 23/1 nömrəli 1870,3 kv.metr ümumi, 808,4 kv.metr əsas, 1061,9 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyriyaşayış binasının xx.xx.2018-ci il tarixə bazar dəyəri 3.934.176 manat təşkil edir. İş üzrə keçirilmiş təkrar qiymətləndirilmə ekspertizası üzrə “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 0038/19/AGB və 0039/19/AGB nömrəli qiymətləndirmə hesabatlarına əsasən isə, müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 72 ünvanında yerləşən 129,9 kv.metr ümumi, 61.3 kv.metr əsas, 68.6 kv.metr yardımçı sahədən ibarət (4 saylı mağazanın 4/3 saylı filialı) qeyriyaşayış sahəsinin hazırkı bazar qiyməti 220.000 manat, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində, istifadədə olan 0.15663 ha torpaq sahəsində yerləşən 1870,3 kv.metr ümumi, 808,4 kv.metr əsas, 1061,9 kv.metr yardımçı sahədən ibarət 23/1 nömrəli qeyri-yaşayış binasının hazırkı bazar qiyməti 3.200.000 manat təşkil edir. Birinci instansiya məhkəməsi “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 81 və 82 nömrəli ekspert rəylərini əsas götürərək, xx.xx.2015-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatların və onların hüquqi nəticələrinin etibarsız hesab edilməklə, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiymətinin 3.934,176 manat məbləğində, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) hərracda İddiaçı1 satış qiymətinin 274.674 manat məbləğində müəyyən edilməsini qət etmişdir. Ali Məhkəmə hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsini Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi 23/1 nömrəli 2 mərtəbəli qeyri-yaşayış binasına aid hissədə qüvvədə saxlayan apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, xx.xx.2020-ci il tarixli qərarında vurğulamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən həmin əmlakın qiyməti 3.934.176 manat müəyyən edilməsi əsası ilə hərrac etibarsız hesab edilməkləhəmin qiymət İddiaçı1 satış qiyməti kimi müəyyən edilmişdir. Lakin, apelyasiya məhkəməsi həmin əmlakın qiymətinin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsi nəticəsinə gəlməklə əmlakın qiymətini 3.580.000 manat müəyyən etsə də, həmin əmlaka dair hissədə qətnaməni dəyişdirilmədən saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin əvvəlki apelyasiya baxışında məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsi ilə sözügedən daşınmaz əşyaların qiymətlərinin müəyyən edilməsi hissəsində qismən razılaşmayaraq hesab etmişdir ki, məhkəmənin istinad etdiyi rəylərdə onların qiyməti rəylərin verildiyi tarixlərə uyğun olaraq müəyyən edilmişdir, halbuki, mübahisəli daşınmaz əşyalar bundan təxminən 3 il əvvəl qiymətləndirilmişdir. Məhkəmə mübahisələndirilən hesabatların həmin daşınmaz əşyaların xx.xx.2015-ci il tarixə olan qiymətlərini müəyyən etməli olduğu halda, bundan 3 il sonrakı tarixə olan bazar qiymətlərini müəyyən etmişdir. Bu baxımdan, mübahisəli daşınmaz əşyaların həmin dövr üçün bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertiza təyin edimiş və “X3” İB-nin xx.xx.2019-cu il tarixli, 62/11-19/E-01-S saylı ekspert rəyi ilə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 2015-2017-ci illər üçün bazar dəyəri 3.580.000 manat, 2019-cu il üçün 3.870.000 manat; Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 72 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) 2015-2017-ci illər üçün bazar dəyəri 220.000 manat, 2019-cu il üçün 245.000 manat müəyyən edilmişdir. Göründüyü kimi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2015-ci il tarixli mübahisələndirilən hesabatında Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 23/1 nömrəli 1870,3 kv.m ümumi sahəsi olan 2 mərtəbəli qeyri-yaşayış binasının qiyməti 1.870.000 manat müəyyən edildiyi halda, “X3” İB-nin xx.xx.2019-cu il tarixli ekspert rəyində həmin əmlakın qiyməti 3.580.000 manat məbləğində müəyyən edilmişdir. Bu hal isə, həmin əmlakın dəyərinin aşağı məbləğdə qiymətləndirildiyini təsdiq edir. Ona görə də, həmin əmlaka münasibətdə hesabat etibarsız hesab edilməlidir. Həmçinin, Kollegiya hesab edir ki, iddia tələbləri həmin əmlakın satılması ilə bağlı hərracın nəticələri haqqında protokol, hərracın yekunları üzrə alqı-satqı müqaviləsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 416.1-ci və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya, vurğulayır ki, hərrac keçirilən zamanı Mülki Məcəllənin 415-ci maddəsində göstərilən qaydaların pozulması müəyyən edilməsə də, hərraca çıxarılmış əmlakın bazar qiymətinə uyğun deyil, ondan aşağı məbləğdə qiymətləndirilməsi və satılması müəyyən edilmişdir. Halbuki, hərracın keçirilməsinə dair xüsusi qaydalar müəyyən olunsa da, mahiyyət etibarı ilə hərrac müqavilənin bağlanması üçün keçirilir (Mülki Məcəllə, maddə 414.). MM-in 398 və 597-ci maddələrinin birgə dəyərləndirilməsindən isə müəyyən olunur ki, müqavilənin qiyməti ya tərəflərin razılaşması, ya da oxşar əmlakın bazar qiymətinə uyğun olmalıdır. Bu baxımdan, Mülki Məcəllənin 416.1-ci maddəsi geniş mənada təfsir olunaraq mübahisələndirilən hərrac, həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın nəticəsində bağlanmış müqavilə etibarsız hesab edilməli və həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Odur ki, Kollegiya, Ali Məhkəmənin qeyd olunan mövqeyini də nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, həmin əmlakın İddiaçı1 satış qiyməti “X3” İB-nin xx.xx.2019-cu il tarixli, 62/11-19/E-01-S saylı ekspert rəyin uyğun olaraq 3.580.000 manatməbləğində müəyyən edilməli və həmin əmlaka aid qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-103/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiyməti hissəsində dəyişdirilsin: Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiyməti 3.580.000 (üç milyon beş yüz səksən min) manat məbləğində müəyyən edilsin. Qətnamə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 23/1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasına aid qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar