Məhkəmə qərarları › İş №2(103)-7372/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7372/2021

12.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7372/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3043/2021 saylı, 16.05.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, iddianın təmin tədbiri qismində, “Hundai Sonata” minik markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3043/2021 saylı, 16.05.2021-ci il tarixli qərardadına əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil «iddianın təmini tədbirinə dair» ərizəsinin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: Rəşid Səmədov). İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3043/2021 saylı, 16.05.2021-ci il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3043/2021 saylı, 16.06.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayətin mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3043/2021 saylı, 16.05.2021-ci il tarixli qərardadı 20.05.2021-ci il tarixində (i.v. 50) göndərilsə də, iddiaçının həmin qərardadı nə vaxt almasını göstərən hər hansı bir sənəd iş materiallarında mövcud deyildir. Belə olan halda, qərardaddan şikayət verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş 10 günlük prosessual müddətin ötürülüb-ötürülmədiyini müəyyən etmək mümkün deyildir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayət 10.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur (i.v. 73). Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Lakin birinci intansiya məhkəməsinin qərardadının hansı tarixdən alınmasını sübut edən rəsmi sənəd olmadığından, qərardaddan 10 gün müddətində şikayət verilməsinin hansı tarixdən hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Qərardadın alınmasını təsdiq edən hər hansı rəsmi sənəd olmadan işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası işə baxılmanı qeyri-mümkün hesab edir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələbinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qərardadından verilmiş şikayətin qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən şikayət qeyrimümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3043/2021 saylı, 16.05.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar