Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7384/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2744/2022 nömrəli qərardadından cavabdeh X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat məbləğində icarə haqqı, vurulmuş zərərə görə 2000 manat və ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5070 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X3 qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən vurulmuş zərərə görə 50000 manat məbləğində və 240 manat dövlət rüsumu olmaqla, cəmi 50240 manat pul vəsaitinin Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2744/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iş üzrə cavabdeh X1 qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. Cavabdeh X3 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, adı şəkilən obyektdən 4 işçi, onun öhdəsində olan anası, bacısı, həyat yoldaşı, 2 körpə uşağı dolanır. O, vergi ödəyicisidir və halhazırda dövlətə vergi borcu var. Qarşılıqlı iddia qəbul olunarsa qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişdir, qarşılıqlı iddianın təmin edilməsi öna dəymiş ziyanın ödənildikdən sonra o, obyekti boşaltdığı halda iddianın tam və qismən təmin edilməsini aradan qaldıra, qarşılıqlı və ilk iddia arasında əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnə bilər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2744/2022 saylı qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiyaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh X2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Daha sonra iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər və cavabdeh X2 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilmiş və sonuncunun iddiadan məlumatlı olması təmin edilmişdir. Cavabdeh X3 iş üzrə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarında iştirak etmişdir k, bütün bu hallar onu iddiadan ən azından qeyd olunan məhkəmə iclaslarının keçirildiyi tarixdə məlumatlı olduğunu təsdiq edir. Bundan sonra cavabdeh X3 xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsinin verilməsi üzrə müəyyən edilmiş 20 günlük müddəti ötürdükdən sonra məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Kollegiya hesab edir ki, cavabdeh X3 qanunvericliklə ilkin tələbə qarşı qarşılıqlı iddia tələbinin verilməsi üçün nəzərdə tutulmuş imperativ normalara əməl etmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qarşılıqlı iddia ərizəsini icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2744/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7384/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7384/2022
04.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver