Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7386/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2472/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5299,16 manat məbləğində borcun və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5329,16 manat pulun Birliyin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Birlik müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir, həmin ünvana **********200010 nömrəli abonent kodu verilmiş, mənzildə G-4 markalı, 1202AQ**********2 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən balansda və istismarda olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat; xx.xx.2017-cı il tarixli, ******* saylı akt əsasında 399,60 manat; xx.xx.2017-cı il tarixli, ******* saylı akt əsasında 124,40 manat; xx.xx.2017-cı il tarixli, ******* saylı akt əsasında 183,40 manat; xx.xx.2017ci il tarixli, ******* saylı akt əsasında 64,80 manat; xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 60,40 manat; 16,08.2017-ci il tarixli, ******* saylı akt əsasında 75,60 manat; xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 73,40 manat; xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 62,60 manat; xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 82,60 manat; xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 365,40 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 483 manat; 25.04,2018-ci il tarixli, ******* saylı akt əsasında 137,60 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 270 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 367,20 manat; xx.xx.2018- ci il tarixli, ******* saylı akt əsasında 324 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 324 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 324 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 162 manat; xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 162 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 162 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 162 manat; 29.03,2019-cu il tarixli, ******* saylı akt əsasında 162 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 162 manat; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 45,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 45,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 45,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 45,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 45,60 manat, xx.xx.2019-c il tarixli ******* saylı akt əsasında 45,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 16,20 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 27,36 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə, cavabdehin cəmi borcu 5299,16 manat olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2472/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1170 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1200 manat məbləğində pulun alınaraq İddiaçı İB-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Cavabdehin mənzilində qanunsuz qoşulma olması aşkar görünür. Cavabdeh 2014-cü ildən heç bir ödəniş həyata keçirməyib, 6 ilə yaxın müddətdə cavabdehin ödəniş etmədən təbii qazdan hansı formada istifadə etdiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh şikayət vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə H16135 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, ******* saylı; xx.xx.2017-cı il tarixli, ******* saylı; xx.xx.2017-cı il tarixli, ******* saylı; 15.05,2017-cı il tarixli, ******* saylı və s. saylı aktlardan görünür ki, Cavabdeh ünvanında quraşdırılmış qaz sayğacının abonent tərəfindən açılaraq birbaşa qoşulması, sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsi müəyyən olunmuşdur. Tərtib olunmuş aktlar üzrə İddiaçı İB cavabdehdən cəmi 5.299,16 manat məbləğində zərər istəyir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi, istehlakçının qaz sayğacına müdaxilələr etməsi və paylayıcıya zərər vurmasi ilk olaraq xx xxxxxxxx 2016-cı il tarixdə aşkar edilmiş, sadalanan aktlar və abonentin saldosu isə sözügedən pozuntunun 2019-cu ilin dekabr ayınadək davam etdiyini göstərir. Məhkəmə iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi qismən əsaslıdır, istehlakçıdan, yəni cavabdehdən xx xxxxxxxx 2016 - xx xxxxxx 2019-cu il tarixləri üçün tutulmalı məbləğ hər aya görə ortalama ağlabatan məbləğ kimi 30 manat olmaqla (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 10 manat, qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 40 manat), ümumilikdə 39 ay (39x30=11700) üçün 1170 manat məbləğin tutulması ədalətlidir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan aktlardan və onun əsasında dəymiş ziyanın hesablanmasına dair qərarlardan görünür ki, 2018-ci il aprel ayına qədər qaz işlədicilərdən PQ4-ün və QSSQ-nin maksimal qaz sərfi üzrə, 2018-ci ilin aprel ayında sonra isə PQ4-ün və kombinin maksimal qaz sərfi üzrə itirilmiş qazın bərpası üçün hesablamalar aparılmışdır. Abonent saldosundan görünür ki, müvafiq olaraq aylar üzrə hesablanmış borc məbləğləri arasında fərqlər mövcuddur (məsələn: 2017-ci il fevral ayı 399,60 manat, aprel ayı isə 124,40 manat, may ayı üçün 183,40 manat, iyul ayı üçün 60,40 manat; 2018-ci il fevral ayı 483 manat, mart ayı 137,60 manat, aprel ayı 270 manat, may ayı 367,20 manat və s.). Yay aylarında sərfiyyatın daha az olduğunu nəzərə alsaq, yay ayları üçün qış aylarına görə hesablanmış məbləğ daha az olmalıdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmə hər aya görə ortalama ağlabatan məbləğ kimi 30 manat olmaqla, ümumilikdə 39 ay (39x30=11700) üçün 1170 manat tutulmalı olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2472/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən - İddiaçı İB-yə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7386/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7386/2020
05.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver