Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7392/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı X1 Cavabdeh qaşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 07 iyul 2022-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi həmin apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, qətnamə rabitə orqanı vasitəsilə iş üzrə tərəflərə, o cümlədən cavabdehə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməsi qətnaməni icraya yönəltmiş və bu barədə “İcra vərəqəsi” vermişdir. Rayon Məhkəməsi “İcra vərəqəsində” qeyd etmişdir ki, qətnamə xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir (iş v. 199-200). Cavabdehin verdiyi apellyasiya şikayəti vəkilin (nümayəndənin) elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yüklənmişdir. Qətnamənin artıq icraya yönəldilməsi və apellyasiya şikayətinin məhz bundan sonra verilməsi Məhkəmə üçün belə qənaətə gəlməyə əsas verir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti cavabdeh tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş cavabdeh “buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə” ərizəni Rayon Məhkəməsinə verməmişdir. Rayon Məhkəməsi isə prosessual müddətin cavabdeh tərəfindən ötürülübötürülməməsini araşdırmamışdır. MPM-nin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin yuxarıda qeyd edildiyi kimi, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsi Rayon Məhkəməsi tərəfindən müzakirə edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Rayon Məhkəməsi MPM-nin 364-cü maddəsinə əsasən apellyasiya şikayətini geri qaytarmalı idi, lakin bunu etməmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Çünki MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qaşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 07 iyul 2022-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7392/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7392/2022
31.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver