Məhkəmə qərarları › İş №2(103)-7393/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7393/2022

22.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7393/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: xarici tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin ləğv edilməsi və ali təhsil müəssisəsinə bərpa olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı “xarici tələbənin ali təhsil müəssisəsindən xaric edilməsinə dair əmrin ləğv edilməsi və ali təhsil müəssisəsinə bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1557/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuşdur. Rusiya Federasiyasının vətəndaşıdır.

2. Azərbaycan Dövlət İqtisad Universiteti ilə “Əcnəbi təhsilalan” kimi İddiaçı arasında bağlanmış ödənişli təhsil almaq haqqında xx.xx.2020-ci tarixli müqavilənin 1-ci bəndinə əsasən UNEC ödənişli əsaslarla “Əcnəbi təhsilalan”a Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında əyani, bakalavr təhsil səviyyəsinə uyğun maliyyə ixtisası üzrə təhsil verməyi, “Əcnəbi təhsilalan” isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2600 manat məbləğində təhsil haqqının UNEC-ə ödənilməsini öhdəsinə götürmüşdür.

3. İddiaçı tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinə 1-ci kurs uzrə illik təhsil haqqı olaraq 2600 (iki min altı) manat, 2-ci kurs təhsil ili üzrə təhsil haqqının yarısı, yəni 1300 (bir min üç yüz) manat, ümumilikdə 3900 (üç min doqquz yüz) manat məbləğində ödəniş olunmuşdur.

4. UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin 02 iyun 2022-ci il tarixli 312/4/2022 nömrəli “Əcnəbi tələbələrin xaric olunması” haqqında əmri ilə beynəlxalq əməkdaşlıq departamentinin direktorunun müraciəti nəzərə alınaraq əcnəbi tələbə İddiaçı universitetin tələbələri sırasından xaric edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun universitetin tələbləri sırasından xaric edilməsinə dair xx.xx.2022-ci il tarixli 312/4/2022 saylı əmrin ləğv edilməsinə və onun Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri sırasına bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının Tumen vilayətinin Tobolsk şəhərində anadan olmuşdur. Hazırda da Rusiya Federasiyası vətəndaşıdır. Valideynləri Azərbaycan Respublikası vətəndaşları olduğundan 2003-cü il tarixdə onlar ölkəyə gələrək onun vətəndaşlığa qəbul edilməsi ilə bağlı məsələni həll edərək ona xx.xx.2003-cü il tarixdə Bakı-Nizami RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 10013510 saylı şəxsiyyət vəsiqəsini əldə etmişdir. Bundan sonra valideynləri Rusiya Federasiyasına dönərək daimi orada yaşamış, eyni zamanda özləri də Rusiya Federasiyası vətəndaşı olduqları üçün xx.xx.2010-cu il tarixində o da həmin ölkə vətəndaşlığına qəbul edilmişdir. Orta təhsilini də həmin ölkədə almışdır. Qeyd edir ki, nə zaman ailəsi ilə birlikdə müxtəlif vaxtlarda Azərbaycana gəlmiş olsalar, Miqrasiya idarəsində əcnəbi olaraq müvəqqəti qeydiyyata alınaraq burada yaşamış, sonra isə Rusiya Federasiyasına qayıtmışlar. 2020-ci ildə Azərbaycanda ali təhsil almaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsinə ödənişli əsaslarla əcnəbi tələbə kimi qəbul olunmuşdur. Onunla Azərbaycan Dövlət İqtisad Universiteti “Əcnəbi təhsilalan” arasında ödənişli təhsil almaq haqqında xx.xx.2020-ci tarixli müqavilə bağlanmış və tərəfindən təhsil haqqı ödənilərək ali təhsil almağa başlanılmışdır. 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel ayınadək dünyada baş vermiş məlum COVİD-19 virusunun yaratmış olduğu şərtlər səbəbindən onlayn təhsil almaqla, 2021-ci ilin aprel ayından isə Bakıya gələrək təhsilini burada əyani davam etdirmişdir. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin 2-ci kursunu imtahanlara kimi tamamlayıb bitirmişdir. Universitet tərəfindən xx.xx.2022-ci il tarixdə №010-014-3xx/xx/2022 saylı məktubla onda ikili vətəndaşlıq halının aşkarlandığı üçün bu halın Azərbaycan Respublikası Nazirlər kabinetinin 1 may 2015-ci il tarixli, 125 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələblərini pozması səbəbindən UNEC-lə bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq müqaviləyə xitam veriləcəyi və tələbələr sırasından xaric ediləcəyi barədə məlumat verilmişdir. Halbuki, onun Universitetə qəbul olunması Nazirlər Kabinetinin məlum qaydalarına əsasən həyata keçirilmişdir. Təhsilinin 2-ci ilinin sonunda cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti 02 iyun 2022-ci il tarixli 312/4/2022 saylı əmr qəbul edərək əmrdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli 125 nömrəli qərarı ilə təsiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” qaydalarına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 03-12-273/15 nömrəli məktubunu nəzərə alaraq Nazrin Gumbatova ilə bağlanmış müqavilə ləğv olunmaqla 2021-2022-ci tədris ilinin 2-ci semestrindən universitetin tələbələri sırasından xaric edilsin. Əmrdə istinad edilən Nazirlər Kabinetinin müvafiq qaydalarında ikili vətəndaşlıq halının olması tələbənin universitetin tələbələri sırasından xaric olunmağı üçün əsas kimi nəzərdə tutulmamışdır. Əslində o, əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” qaydalarına uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisasına qəbul olunmuşdur. Təhsilinin 1-ci ilini uğurla başa vurmuş, təhsil müddətində bütün qaydalara tərəfindən tam riayət edilmiş, tərəfindən illik təhsil haqqı ödənilmişdir. Bundan başqa, cavabdeh orqan əmrdə ikili vətəndaşlıq halı ilə bağlı Azərbaycan Respublikası qanunuvericiliyinin məhz hansı tələbini pozmağını qeyd etməmiş, nəhayətində hansı hüquq normasına əsasən belə pozuntunun universitetin tələbələr sırasından xaric olunması ilə (sanksiyalanması) nəticələnməsini əsaslandırmayaraq, qanunçuluq, mütənasiblik prinsipinə zidd əmr qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş Ali Təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaların 1.2-ci bəndində qeyd edilir ki, bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilat-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən əcnəbi və vətəndaşlığı olmayan tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri bu Qaydalarla tənzimlənir. Həmin Qaydaların 3-cü bəndində qeyd edilir: öz arzusu ilə; başqa ali təhsil müəssisəsinə köçürüldükdə; ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən); növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda tələbə ali təhsil müəssisəsindən xaric edilir. Yuxanda qeyd edilən heç bir hal ona münasibətdə əmrdə qeyd edilən hal üzrə mövcud deyildir. Bu səbəbdən də hesab edir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin 02 iyun 2022-ci il tarixli 312/4/2022 saylı əmri ləğv edilməli və onun tələbələr sırasına bərpa olunmaq vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 365 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edilmişdir, həmin Nizamnamənin 1.2-ci bəndinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsdir. Həmçinin həmin Nizamnamənin 3.1.16-cı bəndinə əsasən UNEC-in fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının ‘'Vətəndaşların müraciətləri haqqında'', “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək UNEC-in vəzifəsidir. Azərbaycan Dövlət İqtisad Universiteti ilə “Əcnəbi təhsilalan” kimi onların arasında bağlanmış ödənişli təhsil almaq haqqında xx.xx.2020-ci tarixli müqavilənin 1-ci bəndinə əsasən UNEC ödənişli əsaslarla “Əcnəbi təhsilalan”a Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında əyani, bakalavr təhsil səviyyəsinə uyğun maliyyə ixtisası üzrə təhsil verməyi, “Əcnəbi təhsilalan” isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2600 manat məbləğində təhsil haqqının UNEC-ə ödənilməsini öhdəsinə götürmüşdür. Tərəfindən cavabdeh Azərbaycan Dövlət İqtisad Universitetinə 1-ci kurs üzrə illik təhsil haqqı olaraq 2600 (iki min altı) manat, 2-ci kurs təhsil ili üzrə təhsil haqqının yarısı, yəni 1300 (bir min üç yüz) manat məbləğində ödəniş olunmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci və 44.2-ci maddələrinə görə, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsinə, bakalavriat, magistratura, doktorantura səviyyələrinə və elmi müəssisə və təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir. Eyni zamanda, Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, 1 saylı Protokolun 2-ci maddəsində təsbit edilmiş təminatlar Avropa Şurasının üzvü olan dövlətlərdə mövcud ali təhsil müəssisələrinə tətbiq edilir və müəyyən vaxtda mövcud olan istənilən ali təhsil müəssisəsinə qəbul həmin maddənin birinci cümləsində təsbit edilmiş hüququn ayrılmaz hissəsidir (Tarantino və digərləri İtaliyaya qarşı §43, X5rşı § 134- 42 və s.). Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən ifadə azadlığının ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir, insan hüquqlarına və azadlıqlarına qoyular məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir əsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanun məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi, Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsi üzrə baxdığı işlərdə vurğulamışdır ki, təhsil hüququ nə qədər önəmli olsa da, bu hüququn mütləq olmadığı və bəzi məhdudiyyətlərə məruz qala biləcəyi qəbul edilməkdədir. Sözügedən hüququn mahiyyətinə xələl gəlməməsi məqsədilə bu məhdudiyyətlərin hər kəs üçün öngörüləbilən olduğuna və qanuni bir məqsəd güddüyünə məhkəmənin inandırılması zəruridir. Məhdudiyyət üçün tətbiq edilən vasitələrlə güdülən məqsəd arasında mütənasiblik əlaqəsi olmalıdır (X11 ve X4rşı § 56, Velyo Velev işi, § 32). Göründüyü kimi, insan hüquqlarının, o cümlədən təhsil hüququnun həyata keçirilməsinə məhdudiyyətə, yalnız tətbiq edilən müdaxilə qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və demokratik cəmiyyətdə zəruri (mütənsaib) olduqda haqq qazandırmaq olar. Əgər müdaxilə bu tələblərə cavab verməzsə, Konvensiya və Konstitusiyaya zidd sayılır. Cavabdeh tərəfin istinad etdiyi qanunvericilik aktlarında Azərbaycan vətəndaşlığı da olan xarici ölkə vətəndaşının sonuncu statusundan istifadə etməklə müqavilə əsasında ödənişli ali təhsil alması qadağan edilməmişdir. Hüququn təməl prinsiplərindən olan və Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsində təsbit eedilən qaydaya görə isə “hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər". Eyni zamanda Azərbaycanda müqavilə əsasında ali təhsil almaq istəyən şəxslərin bu hüquqdan yararlanmaları üçün tələb olunan sənədlərin siyahısı, o cumlədən Azərbaycan vətəndaşlığının olmaması barədə sənəd qanunvericilikdə göstərilməmiş iddiaçıdan da bu barədə arayış tələb edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə də tələbənin Azərbaycan vətəndaşlığının olmaması şərti xüsusi olaraq göstərilməmiş, bu halın sonradan aşkar edilməsi müqavilənin ləğvinin əsası kimi nəzərdə tutulmamışdır. X8 ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında bağlanmış müqavilədə tələbənin hüquqi statusu məhz “əcnəbi təhsilalan” kimi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat müqaviləni bağlayarkən tələbənin xarici ölkə vətəndaşlığını əsas götürmüşdür. Xarici ölkə vətəndaşlığım olduğu üçün cavabdeh UNEC tərəfindən müqavilə əsasında ali təhsil almaq hüququndan Azərbaycan vətəndaşlığı faktına görə məhrum edilməsi dövlətin təhsil sahəsindəki təminatları ilə uzlaşmır. Dövlət, fərdi və ictimai maraqlara xələl gətirən hallar istisna olmaqla təhsili təşviq və təmin edir. Dövlətin bu sahədə məqsədi və təminatı “Təhsil haqqında” Qanunda açıqca əks olunmuşdur. Həmin Qanunun 5.1-5.2-ci maddələrinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.8-ci bəndinə görə, X9 tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi mümkün sayılır. Göründüyü kimi, ölkə qanunvericiliyi Bolonya sistemi çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin X9 tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanlarından kənar Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları imkanını tanıyır. Belə imkanın olduğu bir sistemdə, yəni dövlətin bir halda Azərbaycan vətəndaşının X3 keçirdiyi imtahandan kənar ali təhsil müəssisələrinə daxil olmaq hüququnu tanıdığı təqdirdə, digər (iddiaçıya aid) halda şəxsi məhz Azərbaycan vətəndaşı olmasına görə bu hüquqdan məhrum etməsi hüquqi məntiqə uyğun gəlmir. Çünki sonuncu halda məhrumiyyətin qanuni məqsədi aydın deyil. Avropa Məhkəməsi bir neçə işdə ayrıseçkiliyin obyektiv və zəruri (keçərli) bir əsas gətirilmədən, bənzər vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərməkdən ibarət olduğunu və fərqli münasibətin “qanuni bir məqsəd güdmədikdə və ya “hədəflənən məqsədlə tətbiq edilən vasitə arasında mütənasiblik əlaqəsi” olmadıqda, “obyektiv və zəruri əsas” tələblərinə cavab vermədiyini xatırlatmışdır (Çam Türkiyəyə qarşı, § 52, Sejdic ve Finci qərarı, § 42). Odur ki, adı çəkilən Nizamnamənin 2.2-ci bəndinin əks mənasının Azərbaycan vətəndaşlığı olan xarici ölkə vətəndaşının müqavilə əsasında ali təhsil almaq hüququna qadağa kimi təfsir olunması dövlətin təhsil siyasəti və standartları ilə də bir araya sığmır. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələblərini, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə alaraq vurğulayır ki, cavabdehin istinad etdiyi normalar, yəni iddiaçının təhsil hüququna məhdudiyyət qanunda nəzərdə tutulmuş olsaydı belə, bu məhdudiyyətin hansı məqsədə xidmət etməsi aydın olmalıdır. Başqa sözlə, məhdudiyyət başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, yaxud digər ictimai mənafelər üçün tətbiq edilməlidir. Azərbaycan vətəndaşlarından fərqli olaraq xarici ölkə (Rusiya Federasiyasının) vətəndaşlığı da olan şəxsin univeristetdən xaric edilməsinin hansı məqsədə xidmət etməsi Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən əsaslandırılmamışdır. Qeyd edir ki, hətta qanuni məqsəd olsaydı belə, Azərbaycan Dövlət İqtisad Universitetinin onun universitetə daxil olduğu il deyil, onun 2 il ərzində təhsil almağını təmin etdikdən sonra özünün də yoxlamadığı və müvafiq sənəd tələb etmədiyi Azərbaycan vətəndaşlığı faktına istinad edərək universitetdən xaric etməsinə demokratik cəmiyyətdə zəruri olan davranış kimi haqq qazandırmaq olmaz. Bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universiteti ilə onun arasında bağlanmış ödənişli ali təhsil almaq haqqında müqavilə etibarlıdır və tərəflər üçün hüquqi nəticə (icrası məcburi olan öhdəliklər) yaradır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i,a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Belə olan halda, onun Azərbaycan Dövlət İqtisad Universitetindən xaric edilməyi haqqında 02 iyun 2022-ci il tarixli 312/4/2022 saylı nömrəli əmr qanunsuz və əsassızdır.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1557/2022 saylı qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia təmin edilmişdir.

8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət İqtisad Universitetinin iddiaçını universitetə daxil olduğu il deyil, onun 1 il ərzində təhsil almasını təmin etdikdən sonra özünün də yoxlamadığı və müvafiq sənəd tələb etmədiyi Azərbaycan vətəndaşlığı faktına istinad edərək universitetdən xaric etməsinə demokratik cəmiyyətdə zəruri olan davranış kimi haqq qazandırmaq olmaz.

9. Məhkəmə mövqeyini AR Konstitusiyasının 42, 71-ci maddələrinə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1-3.5-ci maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 125 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” Qaydalarının 3.1.5-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № e-2(009)-1557/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirməmiş və maddi hüquq normalarının tətbiq və təfsir edilməsində səhv etmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından və İddiaçı ilə bağlanmış həmin müqavilənin 2-ci hissəsinin (Tərəflərin vəzifələri) 2.1.4 bəndindən də görünür ki, UNEC İddiaçı - “Əcnəbi təhsilalan”ı təhsil prosesi və daxili intizam qaydaları ilə tanış etmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Qəbul zamanı İddiaçı qüvvədə olan Təhsil və Miqrasiya qanunvericiliyinin tələbləri izah edilmiş və UNEC-ə təqdim etdiyi qəbulla bağlı sənədlərin mövcud qaydalara uyğun olmadığı təqdirdə məsuliyyət daşıyacağını o, imzası ilə qəbul ərizəsində təsdiq etmişdir. Məhkəmə işdə mötəbər sübut olan İddiaçı UNEC-lə bağladığı müqavilə və onun şərtlərini, həmçinin onun məhz xarici ölkə vətəndaşı kimi ali təhsil müəssisəsinə qəbul olunduğunu, eləcə də təhsillə bağlı qəbul edilən müvafiq qanun, qərar, sərəncam, qaydalar və s. normativ aktların (Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, X9 və Dövlət Miqrasiya Xidməti) tələblərini deyil, eyni zamanda İddiaçı əvvəlcədən bilərəkdən UNEC-dən gizlətdiyi ikili vətəndaşlıq halına görə təhsilin 2-ci ilində tələbələr sırasından xaric olunduğunu sübut kimi deyil, İddiaçı məhkəmədə heç bir əsası olmayan izahatını sübut kimi qəbul etmişdir. Qəbul zamanı tələbənin ikili vətəndaşlıq halının müəyyən olunması mümkün deyildi. Belə ki, ikili vətəndaşlıq hallarının müəyyən olunmasının əsas göstəricisi olan Müvəqqəti yaşayış icazəsi (MYİ) kartı Dövlət Miqrasiya Xidməti tərəfindən yalnız təhsil alan tələbənin birbaşa özlərinə təqdim olunur. Bu səbəbdən, UNEC-də təhsil alan əcnəbi tələbənin ikili vətəndaşlıq halının müəyyən olunması məqsədi ilə İddiaçı MYİ kartların alınması və universitetə təqdim olunması xahiş olunmuşdur. Lakin ÜST tərəfindən elan olunmuş pandemiya səbəbindən İddiaçı xaricdə qalmış, dərslərə distant olaraq, onlayn formada qoşulmuş və müvafiq olaraq MYİ kartını 1ci tədris ilində təqdim edə bilməmişdir. Bundan başqa UNEC-də təhsilalan tələbələrə ölkəyə gəldiyi zaman MYİ kartlarının alınması və UNEC-ə təqdim olunması ilə bağlı daimi şəkildə elektron məktublar ünvanlanır. Bu səbəbdən, İddiaçı ölkəyə daxil olduğu zaman MYİ kartının alınması üçün DMX-nə müraciət etmiş və müraciət zamanı onun eyni zamanda həm də Azərbaycan Respublikası vətəndaşı olduğu, yəni ikili vətəndaşlıq halı aşkar olunduğuna görə, ona sənədin verilməsinə imtina olunmuşdur və qanunvericilik çərçivəsində Azərbaycanda qalmasına davam etmək üçün tələbəyə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin təqdim olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.4-cü bəndinə əsasən əcnəbi tələbə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilən Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazəsi kartını ali təhsil müəssisəsinə təqdim etməlidir. Göründüyü kimi, ali təhsil müəssisəsinə qəbul zamanı əcnəbi vətəndaşlar ikili vətəndaşlıq hallarını və daimi yaşayış icazəsi kartına sahib olduqlarını gizlədirlərsə, onların ikili vətəndaşlıq hallarının və daimi yaşayış icazəsinə sahib olması hallarının müəyyən olunması universitetin imkanı xaricindədir. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununun 10-cu maddəsinə əsasən şəxs Azərbaycan Respubliksının vətəndaşı olmaqla yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda, həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Bu səbəbdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 1.2-ci bəndinə əsasən (Bu qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər) əcnəbi tələbə kimi təhsil almasının hüquqi əsası yoxdur. Beləliklə, İddiaçı tələbə statusunu qazanmaq üçün Azəraycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 08 fevral tarixli 39 №-li qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalar”ının 1.6-cı bəndinə əsasən Azərbaycan X9 tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulunda iştirak etmək hüququna malikdir və o, həmin qaydalara uyğun olaraq X9 tərəfindən keçirilən mərkəzləşdirilmiş qaydada təşkil olunmuş imtahanlarda iştirak edib imtahan verməklə, ali təhsil müəssisəsinə qəbul olunmalı idi. Odur ki, İddiaçı UNEC-ə qəbul zamanı ikili vətəndaşlığı barədə düzgün məlumat verməli olduğu halda, yanlış məlumat vermiş, ərizəsində göstərdiyi kimi məsuliyyətini də dərk etmiş, xarici pasport təqdim etməklə Azərbaycan Respublika vətəndaşlığına mənsubiyyətini bilərəkdən qəsdlə gizlətmişdir. Ali təhsil müəssisəsinə qəbul zamanı əcnəbi vətəndaşlar ikili vətəndaşlıq hallarını və daimi yaşayış icazəsi (DYİ) kartına sahib olduqlarını gizlədərlərsə, onların ikili vətəndaşlıq hallarının və daimi yaşayış icazəsinə sahib olması halının müəyyən olunması universitetin imkanı xaricindədir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyələrini nəzərə alaraq, UNEC-də təhsil alan əcnəbi tələbələrin ikili vətəndaşlıq hallarının müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiyası Xidmətinə (DMX) əcnəbi vətəndaşın milli mənsubiyyətinin araşdırılması haqqında müraciətlər ünvanlansa da, cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 №-li qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.1-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının sorğusu əsasında başlanılır. İş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşlarının orta ixtisas və ya ali təhsil müəssisələrinə qəbulu X9 (DİM) tərəfindən keçirilən qəbul imtahanında iştirak yolu ilə və Azəraycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 125 №-li qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.1.5-ci yarım bəndinə əsasən əcnəbilərin Azərbaycan Respublikasının təhsil müəssisələrinə qəbulu təhsil müəsssəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında həyata keçirilir. İddiaçı qəbul vaxtı Rusiya Federasiyasının vətəndaşlığı ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşlığına sahib olmasını nəzərə alaraq, onun təhsilini əcnəbi tələbə statusunda davam etdirməsi haqlı olaraq məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 125 №-li qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.03. 2022-ci il tarixli 03-12-273/15 saylı məktubunu nəzərə alaraq əcnəbi tələbə İddiaçı barəsində onunla bağlanmış xx.xx.2020-ci il tarixli “Azərbaycan Dövlət İqtisad Universiteti ilə “Əcnəbi təhsilalan” arasında ödənişli təhsil almaq haqqında müqavilənin ləğv olunması, 2021/2022-ci tədris ilinin İİ semestrindən universitetin tələbələri sırasından xaric edilməsi barədə xx.xx.2022-ci il tarixli 312/4/2022 saylı əmr verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən “Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.” Yəni, İddiaçı ikili vətəndaşlığı haqqında UNEC-də qəbul zamanı məlumat olsaydı, onunla müqavilə bağlanması baş tutmayacaqdı. İş materiallarından da göründüyü kimi, İddiaçı tələbə statusunu qazanmaq üçün Azəraycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 08 fevral tarixli 39 №-li qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarının 1.6-cı bəndinə əsasən Azərbaycan X9 tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən ali təhsil müəssisələrinə tələbə qəbulunda iştirak etmək hüququna malikdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının:

19. 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu

20. 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir.

Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında Müqavilənin:

21. 3.1-ci bəndinə əsasən təhsil müəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanılmış bu Müqaviləni ləğv etmək hüququna malikdir: 3.1.1. daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verdikdə; 3.1.2. Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə; 3.1.3. barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və ya Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda. Müqavilənin 3.3-cü maddəsinə əsasən müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.

Mülki Məcəlləsinin:

22. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i,a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuşdur. Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Dövlət İqtisad Universiteti ilə “Əcnəbi təhsilalan” kimi İddiaçı arasında bağlanmış ödənişli təhsil almaq haqqında xx.xx.2020-ci tarixli müqavilənin 1-ci bəndinə əsasən UNEC ödənişli əsaslarla “Əcnəbi təhsilalan”a Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında əyani, bakalavr təhsil səviyyəsinə uyğun maliyyə ixtisası üzrə təhsil verməyi, “Əcnəbi təhsilalan” isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2600 manat məbləğində təhsil haqqının UNEC-ə ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinə 1-ci kurs uzrə illik təhsil haqqı olaraq 2600 (iki min altı) manat, 2-ci kurs təhsil ili üzrə təhsil haqqının yarısı, yəni 1300 (bir min üç yüz) manat, ümumilikdə 3900 (üç min doqquz yüz) manat məbləğində ödəniş olunmuşdur.

30. İşdən həmçinin görünür ki, Universitetin beynəlxalq əməkdaşlıq departamentinin direktoru tərəfindən Universitetin rektoruna əcnəbi tələbələrin xaric olunması haqqında xidməti məlumat ünvanlanmışdır. Həmin məlumatda 2-ci kurs “Maliyyə” ixtisası üzrə təhsil alan əcnəbi tələbə İddiaçı ilə bağlı ikili vətəndaşlıq halının müəyyən olunduğu qeyd edilmişdir. Belə ki, İddiaçı UNEC-in tələbi ilə müvəqqəti yaşayış icazəsi kartının alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin DMX tərəfindən əcnəbi vətəndaşın eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edildiyi üçün müraciət baxılmamış saxlanılmışdır.

31. Xidməti məlumatda qeyd olunan hal əcnəbi tələbənin qəbulu zamanı qəbul qaydalarının pozulması halı kimi qiymətləndirilmiş və iddiaçının Universitetdən xaric olunmasına göstəriş verilməsi rektordan xahiş edilmişdir.

32. Universitetin 02 iyun 2022-ci il tarixli 312/4/2022 nömrəli “Əcnəbi tələbələrin xaric olunması” haqqında əmri ilə beynəlxalq əməkdaşlıq departamentinin direktorunun müraciəti nəzərə alınaraq əcnəbi tələbə İddiaçı universitetin tələbələri sırasından xaric edilmişdir.

33. İddiaçı həmin əmri qanunsuz sayaraq hazırkı iş üzrə iddianı qaldırmış və tələbində adı çəkilən əmrin ləğv olunmasını və aldığı ixtisas üzrə Universitetin tələbələri sırasına bərpa olunmasını xahiş etmişdir.

34. İş materiallarından göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış təhsil xidmətinin göstərilməsinə dair müqavilə əsasında yaranmışdır.

35. Cavabdeh iddiaçını universitetdən xaric etməsinin əsası kimi həmin müqavilə bağlanan zaman onun Azərbaycan Respublikasının vətəndaşı olmasına, bu səbəbdən onun əcnəbilər üçün nəzərdə tutulmuş qaydada müqavilə əsasında ali təhsil müəssisəsinə qəbulunun yolverilməz olduğuna istinad etmişdir.

36. Cavabdeh iddiaçının təhsil hüququna qoymaq istədiyi məhdudiyyətin (universitetdən xaric edilmə əsasının) zəruriliyini əsaslandırarkən “Təhsil haqqında” Qanunun 44.1, 44.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 09 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 2.2-ci bəndinə və Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə istinad etmişdir.

37. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci və 44.2-ci maddələrinə görə, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2011-ci il tarixli, 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında 01 may 2015-ci il tarixli Qərarının 3.1.5-ci bəndinə əsasən əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında həyata keçirilir.

38. Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs əcnəbi sayılır.

39. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununun 10-cu maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda, həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

40. Cavabdeh iddiaçının təhsil hüququna gətirmək istədiyi məhdudiyyəti (universitetdən xaric edilmə əsasını) qanunvericiliyin bu normalarına istinad etməklə izah etmişdir.

41. İddiaçı isə bu halı mübahisələndirərək xarici ölkə vətəndaşı statusundan istifadə etməklə Azərbaycan Dövlət İqtisad Universitetində müqavilə əsasında ali təhsil almaq hüququna malik olduğunu bildirmişdir.

42. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 42, 71-ci maddələri, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1-3.5-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları və s. ilə əsaslandırmışdır.

43. Məhkəmə qeyd etmişdir ki, insan hüquqlarının, o cümlədən təhsil hüququnun həyata keçirilməsinə məhdudiyyətə, yalnız tətbiq edilən müdaxilə qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və demokratik cəmiyyətdə zəruri (mütənsaib) olduqda haqq qazandırmaq olar. Əgər müdaxilə bu tələblərə cavab verməzsə Konvensiya və Konstitusiyaya zidd sayılır.

44. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsinə əsasən, heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.

45. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə vurğulamışdır ki, 1 saylı Protokolun 2ci maddəsində təsbit edilmiş təminatlar Avropa Şurasının üzvü olan dövlətlərdə mövcud ali təhsil müəssisələrinə tətbiq edilir və müəyyən vaxtda mövcud olan istənilən ali təhsil müəssisəsinə qəbul həmin maddənin birinci cümləsində təsbit edilmiş hüququn ayrılmaz hissəsidir (Tarantino və digərləri İtaliyaya qarşı §43, “X5rşı” § 13442 və s.).

46. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

47. Konvensiya və Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən ifadə azadlığına müdaxilə qanunda nəzərdə tutulmalı, mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.

48. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən ifadə azadlığının ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir, insan hüquqlarına və azadlıqlarına qoyular məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir əsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Resput kasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanun məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.

49. Avropa İnsan Hüquqları Məhkəməsi, Konvensiyanın 1 saylı protokolunun 2-ci maddəsi üzrə baxdığı işlərdə vurğulamışdır ki, təhsil hüququ nə qədər önəmli olsa da, bu hüququn mütləq olmadığı və bəzi məhdudiyyətlərə məruz qala biləcəyi qəbul edilməkdədir. Sözügedən hüququn mahiyyətinə xələl gəlməməsi məqsədilə bu məhdudiyyətlərin hər kəs üçün öngörüləbilən olduğuna və qanuni bir məqsəd güddüyünə məhkəmənin inandırılması zəruridir. ...Məhdudiyyət üçün tətbiq edilən vasitələrlə güdülən məqsəd arasında mütənasiblik əlaqəsi olmalıdır (X11 ve X4rşı § 56, Velyo Velev işi, § 32).

50. Göründüyü kimi, insan hüquqlarının, o cümlədən təhsil hüququnun həyata keçirilməsinə məhdudiyyətə, yalnız tətbiq edilən müdaxilə qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və demokratik cəmiyyətdə zəruri (mütənsaib) olduqda haqq qazandırmaq olar. Əgər müdaxilə bu tələblərə cavab verməzsə, Konvensiya və Konstitusiyaya zidd sayılır.

51. Cavabdeh tərəfin istinad etdiyi qanunvericilik aktlarında Azərbaycan vətəndaşlığı da olan xarici ölkə vətəndaşının sonuncu statusundan istifadə etməklə müqavilə əsasında ödənişli ali təhsil alması qadağan edilməmişdir. Hüququn təməl prinsiplərindən olan və Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsində təsbit edilən qaydaya görə isə “hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər".

52. Eyni zamanda, Azərbaycanda müqavilə əsasında ali təhsil almaq istəyən şəxslərin bu hüquqdan yararlanmaları üçün tələb olunan sənədlərin siyahısı, o cumlədən Azərbaycan vətəndaşlığının olmaması barədə sənəd qanunvericilikdə göstərilməmiş, iddiaçıdan da bu barədə arayış tələb edilməmişdir.

53. Tərəflər arasında bağlanmış müqavilədə də tələbənin Azərbaycan vətəndaşlığının olmaması şərti xüsusi olaraq göstərilməmiş, bu halın sonradan aşkar edilməsi müqavilənin ləğvinin əsası kimi nəzərdə tutulmamışdır. Hətta İddiaçı ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında bağlanmış müqavilədə tələbənin hüquqi statusu məhz “əcnəbi təhsilalan” kimi qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat müqaviləni bağlayarkən tələbənin xarici ölkə vətəndaşlığını əsas götürmüşdür.

54. Məhkəmə, aşağıdakılara əsasən hesab edir ki, xarici ölkə vətəndaşlığı olan iddiaçının cavabdeh UNEC tərəfindən müqavilə əsasında ali təhsil almaq hüququndan Azərbaycan vətəndaşlığı faktına görə məhrum edilməsi dövlətin təhsil sahəsindəki təminatları ilə uzlaşmır.

55. Dövlət, fərdi və ictimai maraqlara xələl gətirən hallar istisna olmaqla təhsili təşviq və təmin edir. Dövlətin bu sahədə məqsədi və təminatı “Təhsil haqqında” Qanunda açıqca əks olunmuşdur. Həmin Qanunun 5.1-5.2-ci maddələrinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.

56. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydaların 2.8-ci bəndinə görə, X9 tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi mümkün sayılır.

57. Göründüyü kimi, ölkə qanunvericiliyi Bolonya sistemi çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin X9 tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanlarından kənar Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaları imkanını tanıyır. Belə imkanın olduğu bir sistemdə, yəni dövlətin bir halda Azərbaycan vətəndaşının X3 keçirdiyi imtahandan kənar ali təhsil müəssisələrinə daxil olmaq hüququnu tanıdığı təqdirdə, digər (iddiaçıya aid) halda şəxsi məhz Azərbaycan vətəndaşı olmasına görə bu hüquqdan məhrum etməsi hüquqi məntiqə uyğun gəlmir. Çünki sonuncu halda məhrumiyyətin qanuni məqsədi aydın deyil.

58. Avropa Məhkəməsi bir neçə işdə ayrıseçkiliyin obyektiv və zəruri (keçərli) bir əsas gətirilmədən, bənzər vəziyyətdə olan şəxslərə fərqli münasibət göstərməkdən ibarət olduğunu və fərqli münasibətin “qanuni bir məqsəd güdmədikdə və ya “hədəflənən məqsədlə tətbiq edilən vasitə arasında mütənasiblik əlaqəsi” olmadıqda, “obyektiv və zəruri əsas” tələblərinə cavab vermədiyini xatırlatmışdır (Çam Türkiyəyə qarşı, § 52, Sejdic ve Finci qərarı, § 42).

59. Odur ki, adı çəkilən Nizamnamənin 2.2-ci bəndinin əks mənasının Azərbaycan vətəndaşlığı olan xarici ölkə vətəndaşının müqavilə əsasında ali təhsil almaq hüququna qadağa kimi təfsir olunması dövlətin təhsil siyasəti və standartları ilə də bir araya sığmır.

60. Beləliklə, birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı, cavabdeh təşkilatla ali təhsil haqqında müqavilə bağlamaq üçün xarici ölkə vətəndaşlığının (bu statusun verdiyi imkanın) kifayət olmasını güman etməkdə haqlı olmuşdur və bu məsələdə onun üçün qanuni məhdudiyyət olmamışdır.

61. Məhkəmə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələblərini, Avropa insan Hüquqları Məhkəməsinin president hüququnu nəzərə alaraq qeyd etmişdir ki, cavabdehin istinad etdiyi normalar, yəni iddiaçının təhsil hüququna məhdudiyyət qanunda nəzərdə tutulmuş olsaydı belə, bu məhdudiyyətin hansı məqsədə xidmət etməsi aydın olmalıdır. Başqa sözlə, məhdudiyyət başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, yaxud digər ictimai mənafelər üçün tətbiq edilməlidir.

62. Azərbaycan vətəndaşlığından başqa xarici ölkə (Rusiya Federasiyasının) vətəndaşlığı da olan iddiaçının univeristetdən xaric edilməsinin hansı məqsədə xidmət etməsi Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən əsaslandırılmamışdır.

63. İddiaçının UNEC-də təhsil almasının başqa şəxslərə və ya ali təhsil müəssisəsinə hansısa formada ziyanı nəinki yoxdur, əksinə o, hər il təhsil haqqı ödəməklə universitetin büdcəsinə fayda verir. Belə olan halda, sözügedən məhdudiyyətin iddiaçıya hansı məqsədlə tətbiq edildiyi aydın deyil.

64. Məhkəmə qeyd etmişdir ki, hətta qanuni məqsəd olsaydı belə, Azərbaycan Dövlət İqtisad Universitetinin iddiaçını universitetə daxil olduğu il deyil, onun 1 il ərzində təhsil almasını təmin etdikdən sonra özünün də yoxlamadığı və müvafiq sənəd tələb etmədiyi Azərbaycan vətəndaşlığı faktına istinad edərək universitetdən xaric etməsinə demokratik cəmiyyətdə zəruri olan davranış kimi haqq qazandırmaq olmaz.

65. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlmişdir ki, hazırkı işdə iddiaçının təhsil hüququna müdaxilə edilməsi üçün zəruri olan şərtlər müəyyən edilməmişdir və bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universiteti ilə İddiaçı arasında bağlanmış ödənişli ali təhsil almaq haqqında müqavilə etibarlıdır və tərəflər üçün hüquqi nəticə (icrası məcburi olan öhdəliklər) yaradır.

66. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

67. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

68. Beləliklə, İddiaçı cavabdehlə bağladığı müqaviləyə əsasən seçdiyi ixtisas üzrə ona təhsil verilməsini və müqavilədə nəzərdə tutulmuş digər öhdəliklərin yerinə yetirilməsini Azərbaycan Dövlət İqtisad Universitetindən tələb etməkdə haqlıdır.

69. Belə olan halda, iddiaçının Dövlət İqtisad Universitetindən xaric edilməsi haqqında 02 iyun 2022-ci il tarixli 312/4/2022 nömrəli əmr qanunsuz və əsassız, iddiaçının tələbi isə əsaslıdır.

70. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

71. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

72. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

73. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1557/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar