Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7399/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Balakən Regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələbləri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2048/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Balakən Regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən və Balakən Regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu Cavabdeh2 müştərək qaydada dəymiş maddi zərərin əvəzi olaraq 31.000 manat, 15.000 manat əldən çıxmış fayda və vurulmuş mənəvi zərərin əvəzi olaraq 15.000 manat olmaqla, cəmi 61.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etimişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 30.06.2017-ci il tarixdə X8 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, birgə nikahdan uşağı olmamışdır. 2018-ci ilin yanvar ayından münasibətləri pozulmuşdur. 2018-ci ilin may ayının əvvəllərindən ayrı yaşamağa başlamışlar. O, qaynanası ilə birlikdə Balakən rayonunda yaşamışdır. Natiq Xəlilov isə Abşeron rayonunda işləmiş və yaşamışdır. 2018-ci ilin noyabr ayında atası evinə gəlmiş və 20.09.2019-cu il tarixdə rəsmi nikahları pozulmuşdur. O, 02.09.2014-cü ildən banka pul qoymağa başlamışdır. 14.04.2017-ci ildə isə üç illik müqavilə bağlamaqla 14%-lə banka 29.600 manat pul qoymuşdur. Müqavilənin müddəti 14.04.2020-ci ildə bitmişdir. Müqavilənin müddəti bitəndə faizləri götürməli idi. Müqavilənin müddəti bitəndə faizlərlə birlikdə onun hesabına ən azı 43.000 manat pul olmalı idi. O, yalnız anasına etibarnamə vermişdir. 23.07.2020-ci il tarixdə "xxxx" ASC-yə müraciət edən zaman depozit hesabında cəmi 142 manat pul qaldığını öyrənmişdir. Sonradan araşdırmışdır ki, onun adından əri X5 29.05.2018-ci il tarixdə Balakən Regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş etibarnamə verilmişdir. X8 həmin saxta etibarnamədən istifadə etməklə, onun "xxxx" ASC-də olan bütün vəsaitini hisə-hissə olmaqla 31.05.2018-ci il tarixdə 5.000 manat, 05.06.2018-ci il tarixdə 4.074,67 manat, 22.06.2018-ci il tarixdə 1.328,33 manat, 28.06.2018-ci il tarixdə 1.000 manat, 06.07.2018ci il tarixdə 1.300 manat, 13.07.2018-ci il tarixdə 2.173,04 manat, 24.07.2018-ci il tarixdə 2.051 manat, 31.07.2018-ci il tarixdə 3.000 manat, 21.08.2018-ci il tarixdə 4.180 manat, 28.08.2018-ci il tarixdə 3.087,82 manat, 05.09.2018-ci il tarixdə 2.569,44 manat, 26.09.2018-ci il tarixdə 411,57 manat vəsaitini çıxartmaqla, ümumilikdə 30.175,87 manat pulunu oğurlamışdır. O, bu barədə polisə şikayət etmiş və X3 barəsində cinayət işi başlanmış və X8 həbs edilmişdir. X8 onun pulunu qaytarmadığına görə notariusa qarşı məhkəmədə iddia qaldırmışdır. Sonradan istintaq zamanı Natiq Xəlilov bankdan saxta etibarnamə ilə çıxartdığı 30.175,87 manat pulu 05.03.2021-ci il tarixdə ona qaytarmışdır. O, bu barədə ərizə yazaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim etmiş və Natiq Xəlilova qarşı şikayəti olmadığını bildirmişdir. Bundan sonra Natiq Xəlilov həbsdən azad edilmişdir. O, notariat kontorunda olmamış və 29.05.2018-ci il tarixli etibarnaməni imzalamamışdır. Hesab edir ki, onun adından verilmiş etibarnaməni Natiq Xəlilov notarius Cavabdeh2 ilə əlbir olaraq əldə etmişdir. Əgər saxta etiğarnamə verilməsəydi onun depozit hesabındakı əsas vəsaiti ilə birlikdə faizlərini də əldə edə bilərdi. Saxta etibarnamə verildiyinə görə o, təxminə 15.000 manat fayda itirmişdir. O, Natiq Xəlilovun istintaq zamanı pulu ona qaytaracağını bilmirdi. O, 29.05.2018-ci il tarixdə Balakən Regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu Cavabdeh2 yanında olmamış və Natiq Xəlilova etibarnamə verməmişdir. Natiq Xəlilov onun sənədlərini Balakən rayonundakı evdən gizlin götürmüş və saxta etibarnamə almışdır. O, Natiq Xəlilovla barışsa da, hesab edir ki, notarius ona dəymiş zərərin əvəzini ödəməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2048/2021 saylı, 26 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməməsi və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, etibarnamə verilən vaxt iddiaçı şəxsən notariat ofisində olmuşdur və etibarnaməyə iddiaçının deyil də başqasının imza etməsindən isə aparılmış istintaq zamanı notariusun təqsirinin olmaması müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçıların apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan İddiaçı 30.06.2017-ci il tarixdə X8 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, birgə nikahdan uşağı olmamışdır. 2018-ci ilin yanvar ayından münasibətləri pozulmuşdur. 2018-ci ilin may ayının əvvəllərindən ayrı yaşamağa başlamışlar. İddiaçı qaynanası ilə birlikdə Balakən rayonunda yaşamışdır. İş materiallarında olan İddiaçı 14.04.2017-ci il tarixdə üç illik müqavilə bağlamaqla ilik 14% hesablanmaqla "xxxx" ASC-yə depozit hesabına 29.600 manat pul qoymuşdur. İş materiallarında olan Cavabdeh Balakən Regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş 29.05.2018-ci il tarixli 7E-4089 reyestr nömrəli etibarnamənin surətindən müəyyən edilir ki, İddiaçı 10 il müddətinə X5 baş etibarnamə vermişdir. Etibarnamə 29.05.2018-ci il tarixdə saat 17:21-də çap edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin verdiyi kasaməxaric orderlərinin surətlərində müəyyən edilir ki, X8 arvadı İddiaçı adından verilmiş 29.05.2018-ci il tarixli etibarnamədən istifadə etməklə İddiaçı "xxxx" ASC-nin depozit hesabında olan 29.600 manat vəsaitin 29.175,87 manatını hissə-hissə olmaqla - 31.05.2018-ci il tarixdə 5.000 manat, 05.06.2018-ci il tarixdə 4.074,67 manat, 22.06.2018-ci il tarixdə 1.328,33 manat, 06.07.2018-ci il tarixdə 1.300 manat, 13.07.2018-ci il tarixdə 2.173,04 manat, 24.07.2018ci il tarixdə 2.051 manat, 31.07.2018-ci il tarixdə 3.000 manat, 21.08.2018-ci il tarixdə 4.180 manat, 28.08.2018-ci il tarixdə 3.087,82 manat, 05.09.2018-ci il tarixdə 2.569,44 manat, 26.09.2018-ci il tarixdə 411,57 manat vəsaitini çıxartmaqla, İddiaçı cəmi 29.175,87 manat maddi zərər vurmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin, baş müstəntiqi polis mayoru X11 icraatında olan ********* nömrəli cinayət işi üzrə “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 17.03.2021-ci il tarixli qərarından müəyyən edilir ki, ********* nömrəli cinayət işi 06.01.2021-ci il tarixdə faktla bağlı Azərbaycan Respublilkası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə başlanmış və icraata qəbul olunmuşdur. Cinayət işinin başlanmasına səbəb İddiaçı tərəfindən Binəqədi RPİ-nin 5-ci PB-nə keçmiş əri X3 "xxxx" ASC-də ona məxsus olan depozit hesabından 30.175,87 manat pulunu ondan xəbərsiz çıxartmasına dair ərizə ilə müraciət etməsinə dair toplanmış sənədlər olmuşdur. 03.02.2021-ci il tarixdə X8 Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 05.02.2021-ci il tarixdə X8 Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş üzrə X8 Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirmə zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, İddiaçı ilə 2017-ci ildə rəsmi nikaha daxil olmuş. Railə nikahda olduğu zaman özü ona demişdir ki, “depozitimdə pulum var.” Maddi sıxıntıları olduğu üçün Raila özü ona demişdir ki, “Kapital Bankda pulum var, ailəyik, verə bilərəm”. Balakən rayonunda olan zaman Raila ona etibarnamə verməsi üçün birlikdə Musa adlı şəxsin taksisi ilə Balakən şəhərində olan notariat kontoruna getmişlər. Kontora hər ikisi daxil olmuşlar. Raila ilə birlikdə, qızlara yaxınlaşmışlar, Railə qızlara demişdir ki, “etibarnamə vermək istəyirəm”. Qızlar etibarnaməni yazmışlar, birlikdə notariusun otağına keçmişlər. Notariusun otağında qol çəkdirən baş şəxs var idi. Raila da yanında dayanmışdı. Notariusun növbədə ondan qabaqda duran şəxsin kağızlarına möhür vuran zaman başının qarışıq olmasından istifadə edərək, Railanın yanında, Railanın razılığı ilə ilə etibarnaməyə Railanın yerinə imza etmişdir. Raila ona o qədər yaxın məsafədə dayanmışdır ki, notarius olan qadın elə bilmişdir ki, etibarnaməyə Raila imza etmişdir. Amma etibarnaməni ona Raila özü vermiş, könüllü özü təklif etmişdir ki, o Railanın yerinə imza çəksin. O, da etibarnaməni aldıqdan sonra ümumi məbləğini dəqiq xatırlamadığ, təxminən 30.000 manata yaxın pul çıxartmışdır. Ailə zamanı Railanın uşağı olmaşdır. O, çıxardığı bütün pulları ailənin qida xərclərinə, komunal xərclərə və Railanın həkimlərə aprılmasına vermişdir. Raila anası ilə birlikdə Gürcüstan Respublikasına səfər edən zaman yol xərci, orada qalma xərclərini etmişdir. Bir qismini də evin təmirinə xərcləmişdir. Pul çıxaranda bir ailə kimi yaşamışlar, evin məsrəflərinə xərcləmişdir. İstintaq zamanı X9 şahid qismində dindirmə zamanı ifadəsində bildirmişdir ki, Balakən şəhərində özünə məxsus olan VAZ21013 markalı ** BA *** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. X6 və arvadı İddiaçı tanımamışdır. 29.05.2018-ci il tarixdə Natiq və Railanı şəxsən öz maşını ilə Balakən şəhərində olan notariusua aparmış, sonra çöldə Natiqgili gözləmiş, bir də geri qayıdaraq Natiqdən soruşmuşdur ki, “Gec olacaq?”, Natiq də demişdir ki, “Etibarnamə alıb çıxırıq”, ona görə dəqiq yadında qalmışdır ki, Natiq və Railanı etibarnamə alması üçün Balakən şəhərinə notariat kontoruna aparmışdır. İstintaq zamanı İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, Natiq Xəlilovla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İstintaq zamanı təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.11.2020-ci il tarixli 4/581 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş, 29.05.2018-ci il tarixli 7E-4089 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamənin üz tərəfinin aşağı hissəsində “Seidiyeva” soyadı və “Seidiyeva” soyadının qarşısında olan imza X8 tərəfindən icra olunmuşdur. İstintaq zamanı şahid təqsirləndirilən şəxs qismində dindirilmiş X3, şahid qismində dindirilmiş Cavabdeh2, X10 və X7 ifadələrindən görünür ki, İddiaçı 29.05.2018-ci il tarixdə Balakən şəhəri Notariat ofisinə gəlmişdir. Bundan başqa X3 ifadəsindən görünür ki, İddiaçı notariat kontorunda olan zaman ona mülki hüquqların ötürülməsinə dair tərtib olunmuş etibarnaməyə özünün razılığı ilə imza etməyi icazə vermişdir. Həmçinin, Natiq Xəlilov ifadəsində notariat ofisində notariusun başının qarışıq olmasından istifadə edərək İddiaçı razılığı və iştirakı ilə etibarnaməni özü imzalamışdır. Etibarnamə vasitəsi ilə Bakı şəhərində olan zaman 31.05.2018-ci il tarixdən 26.09.2018-ci ilə kimi İddiaçı depozit hesabında olan pullarını çıxartmış və şəxsi ailə xərclərinə, İddiaçı müalicəsi və birgə ailə təsərrüfatına xərcləmişdir. Bundan başqa X1 Raila Söyün qızına məxsus olan depozit hesabından pulları çıxaran zaman həmin ərəfədə İddiaçı ilə bigrə nikahda olmuş, İddiaçı Natiq Xəlilovun anası Hürü Əmiraslanova ilə birlikdə sonuncuya məxsus evdə Balakən şəhərində yaşamışdır. Natiq Xəlilov bankdan çıxardığı pulları birgə ailə məsrəflərinə xərcləmişdir. Belə olan halda Natiq Xəlilovun "xxxx" ASC-dən çıxardığı pullar özgəyə məxsus əmlakı gizli olaraq talaması əlamətinə aid edilə bilməz. Bundan başqa, istintaq zamanı Natiq Xəlilovun 1-ci dəfə pulu çıxartması 31.05.2018-ci il, sonuncu dəfə pulu çıxartması 26.09.2018-ci il tarixə təsadüf edir. İddiaçı isə 1-ci dəfə şikayət etməsi 23.07.2020-ci il tarixə təsadüf edir. İddiaçı ilə Natiq Xəlilov arasındakı nikah 20.09.2019- cu ildə pozulmuşdur. Bu da istintaqa belə bir qənaətə gəlməyə imkan verir ki, İddiaçı Natiq Xəlilovun ona məxsus hesabdan pul çıxarmasından məlumatı olmuş, bununla bərabər hesabdan çıxarılmasına razılığı olmuşdur. Lakin, boşandıqdan sonra bu barədə şikayət edərək, pullarını geri tələb etmişdir. Həmçinin, Natiq Xəlilovun anası Hürü Əmiraslanova istintaq müddətində İddiaçı məxsus 30.175,87 manat pulu ödəmişdir, İddiaçı ərizəsində Natiq Xəlilovdan şikayətinin olmamasını və barışdığını bildirmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 notarius kimi İddiaçı notariat ofisində kabinetində qəbul etmiş, etibarnamə verməmişdən qabaq hüquq və vəzifələrini izah etmişdir. Digər şahid ifadələrindən də görünür ki, İddiaçı 29.05.2018-ci il tarixdə Balakən rayonu Notariat ofisində olmuşdur. Cavabdeh2 nitarius kimi İddiaçı şəxsiyyət vəsiqəsini alaraq, otağında onun şəxsiyyətini və nikahda olmasını müəyyənləşdirmiş, şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnamənin surətini çıxartmaqla verilmiş etibarnaməyə əlavə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notarial hərəkətlərin aparılması qaydaları haqqında” Təlimatın 17-ci maddəsinin və “Notariat haqqında” Qanunun 17-ci maddəsinin 1-ci bəndinin tələblərini pozmamışdır. Cavabdeh2 Natiq Xəlilovun əməlindən məlumatı olmamış və bu barədə onların arasında qabaqcadan hər hansı bir razılıq əldə olunmamışdır, həmçinin, G.X12 hər hansı bir üsul və ya vasitə ilə köməklik etməmişdir. Notarius Cavabdeh2 əməlində cinayət tərkibi yoxdur. Bu səbəblərdən Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin, baş müstəntiqi polis mayoru X11 17.03.2021-ci il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-in 32.5, 177.2.1, 177.2.4 və 314-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir, zəruri sənədlərin surətləri Binəqədi rayon prokurorluğuna göndərilmişdir. X3 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir və zəruri sənədlərin surətləri Binəqədi rayon prokurorluğuna göndərilmişdir. X3 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində iştirakına xitam verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilmiş və həbsdə saxlanıldığı Bakı istintaq Təcridxanasından azad olunmuşdur. İş üzrə İddiaçı zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər, yəni, iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirməmişlər, həmçinin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Balakən Regional “Asan Xidmət” mərkəzinin xüsusi notariusu Cavabdeh2 iddiaçının keçmiş əri X3 vurduğu zərərin əvəzinin ödənilməsi üçün İddiaçı qarşısında hər hansı bir məsuliyyət, cavabdehlik daşımırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçı ona cavabdehlərin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi RPİ-nin İŞnin, baş müstəntiqi polis mayoru X11 17.03.2021-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-in 32.5, 177.2.1, 177.2.4 və 314-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir və Cavabdeh2 29.05.2018-ci il tarixli etibarnaməyə İddiaçı əvəzindən əri X3 imza etməsində məlumatı olmadığı sübuta yetirilmişdir. İddiaçı maddi zərəri X8 vurmuşdur və istintaq zamanı 31.000 manat vəsait İddiaçı qaytarılmaqla, vurulmuş maddi zərər tam şəkildə ödənilmişdir. İddiaçı əldən çıxmış faydanın ödənilməsi zərər vuran X2 tələb etmək hüququna malikdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə gцrə, birinci instansiya məhkəməsinin faktlar nцqteyi-nəzərindən qanuni və əsaslэ olan və mahiyyəti ьzrə dьzgьn olan qətnaməsi yalnэz formal mьlahizələrə gцrə ləрv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2048/2021 saylı, 26 aprel 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödınilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7399/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7399/2021
08.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver