Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7400/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə, yaşayış evinə ayrıca giriş-çıxış qapısının açılması, evin və evin yerləşdiyi torpaq sahəsinin naturada bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsi 42 saylı evə köçürülməsinə, yaşayış evinə ayrıca giriş-çıxış qapısının açılmasına, evin və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinin naturada bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(001)- 746/2022 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən mülki məhkəmə icraatında apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində dövlət rüsumu ödənilir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən 16 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iddia ərizəsi üzrə ödənilən məbləğin 50 %-i (50 manat) məbləğində dövlət rüsumu ödənilməmişdir. Bundan əlavə kollegiya onu da qeyd edir ki, Mülki Prosessual Məcəlləninn 361.1.4cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməli olduğu qeyd edilmişdir. Cavabdehin apellyasiya şikayətindən görünür ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilmiş, lakin qətnamənin hansı hissədə mübahisələndirildiyi qeyd edilməmişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2(001)- 746/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7400/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7400/2022
25.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver