Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-741/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, Maraqlı şəxs1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(009)- 307/2019 nömrəli qətnaməsindən Maraqlı şəxs1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı - cavabdeh “Səraf-N» MMC-yə, "xxxx" MMC-yə (maraqlı şəxslər: Maraqlı şəxs1 və Suraxanı rayon İcra Şöbəsi) qarşı “qiymətləndirmə barədə hesabatın və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən tərtib olunmuş 04 may 2018-ci il tarixli "Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat"ın və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın nəticələri haqqında tərtib olunmuş 01 avqust 2018-ci il tarixli Y-258 saylı Yekun Protokolun etibarsız hesab edilməsi və daşınmaz əmlakın ilkin satış qiymətinin real bazar dəyərinə uyğun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,iddiaçı 24.10.2017-ci il tarixdə Maraqlı şəxs1 22.000 manat borc pul götürmüşdür və bunun müqabilində iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi 2 saylı ev ipoteka ilə yüklü edilmişdir. 27 mart 2018-ci il tarixli icra qeydinə görə qeyd olunan fərdi evə tutma yönəldilməli idi. Cavabdeh1 tərəfindən tərtib olunmuş 04 may 2018-ci il tarixli "Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat" ilə Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi ev 2 ünvanda yerləşən 1 mərtəbəli ümumi sahəsi 49,4 kv.m-dən ibarət fərdi yaşayış evinin baxış keçirildiyi günə qiyməti 35.000 manat qiymətləndirmişdir. Həmin rəy əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasl barədə qətnamə qəbul edilməsi xahiş olunur. Sonradan iddiaçı iddia həcminin artırılması barədə ərizə verərək, "xxxx" MəhdudMəsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 04 may 2018-ci il tarixli "Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat"ın və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracın nəticələri haqqında tərtib olunmuş 01 avqust 2018-ci il tarixli Y-258 saylı Yekun Protokolun etibarsız hesab edilməsi və daşınmaz əmlakın ilkin satış qiymətinin real bazar dəyərinə uyğun müəyyən olunması və çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(009)- 307/2019 nömrəli qətnaməsi ilə İddiaçı - cavabdeh “Səraf-N» MMC-yə, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə (maraqlı şəxslər: Maraqlı şəxs1 və Suraxanı rayon İcra Şöbəsi) qarşı “qiymətləndirmə barədə hesabatın və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi üzrə Cavabdeh1 MMC-nin tərtib etdiyi O4.05.2018-ci il tarixli 18-151 saylı «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat» və həmin mənzilin satılması məqsədi ilə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 01.08.2018-ci il tarixli Y-258 №-li protokolun etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə dair alınmış RX seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, ümumi sahəsi 49,4 kv.m-dən ibarət fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması üçün ilkin bazar (satış) qiymətinin 93.500 manat məbləğində müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın cavabdehlər Cavabdeh1 MMC-dən və "xxxx" MMCdən müştərək qaydada tutulub İddiaçı verilməsi və 11.09.2019-cu il tarixli ƏEM/S 22- 826/19 saylı ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər "xxxx" MMC-dən və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" MMC-in hesabına (VÖEN: **********; hesab N AZN: AZ30GUNA********************: BANK: "GUNAY BANK” ASC, VÖEN:**********; Müxbir hesab: AZ25NABAZ********************; KOD: 505594;SWİFT:GUNAAZ22) ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Maraqlı şəxs1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(009)-307/2019 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apelyator apelyasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin çıxartdığı qətnamə ilə razı deyil. Hakim öz marağına uyğun qanunsuz və ədalətsiz qərar vermişdir. Sabunçu rayon 16 saylı Dövlət Notariat Kontorunun kredit müqaviləsinə əsasən 22010 manat məbləğində Pul İddiaçı alınıb Maraqlı şəxs1 verilməlidir. Kredit müqaviləsinə əsasən yaranmış öhtəliyin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 2 ünvanda yerləşən 1 mərtəbəli ümumi sahəsi 49.4 kv.m olan evi qiymətləndirilərək (35000 manata) hərraca çıxarılıb, satılıb borc pul ödənilməlidir. Ev hərraca çıxarılıb satılmayıb ona təklif olunub, o da təklifi dəyərləndirib evi qəbul etmişdir. Evin ona aid olması barədə müvafiq idarədən də Çıxarış almışdır. Suraxanı Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2 (010)-5709/2018 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı evdən istifadə hüququna xitam verilərək evdən çıxarılması qərarı verilmişdir. Məhkəmə qətnaməsi icra edilmişdir. Adı keçən 1 mərtəbəli ümumi sahəsi 49.4kv.m ev ona təhvil verilmişdir. Bütün kommunal (Qaz, işıq və su) borcarı ödənilərək, onun adına keçrilmişdir. 04 May 2018 ci il tarixli hesabat aktına əsasən adı keçən təmirsiz evə 35000 manat qiymət qoyulmuşdur. Təkrat qiymətlədirmə eksperti həmin adı keçən Süraxanı rayonu Zığ kəndində yerləşən ümumi sahəsi 49.4 kv.m evə 93500 manat qiymət qoymuşdur. Məhkəmə iclasına ekspertin gəlməsi barədə vəsatət vesə də, təmin edilməmişdir. Məhkəmə tərəfindən 93500 manatlıq dəyəri olan evə yerində baxış üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs1 apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin ləğv edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Maraqlı şəxs1 izahatını dinləməklə, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(009)- 307/2019 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin Hərracın yekunları barədə 01.08.2018-ci il tarixli Y-258 №-li protokolun surətindən görünür ki, İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evi 35.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, «İpoteka haqqında» Qanunun 43.5 və 43.7- ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, nəticədə 22.313 manat qiymətlə Maraqlı şəxs1 satılmışdır. Belə ki, Maraqlı şəxs1 ilə İddiaçı arasında bağlanmış 24 oktyabr 2017-cu il tarixli Kredit Müqaviləsinə əsasən, borc verən faizsiz olmaqla 24.02.20l8-ci il tarixədək qaytarmaq şərtilə 22.000 manat kredit vermişdir. Borclu kredit müqaviləsi üzrə öhdəsinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən 27 mart 2018-ci il tarixli İcra Qeydinə əsasən "Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən ipoteka saxlayan ünvan 3 ünvanında qeydiyyatda olan Maraqlı şəxs1 tələbi ilə ipoteka qoyana məxsus ipoteka predmeti olan və İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət əmlaka tutmanın yönəldilməsi qeyd edilmişdir. Suraxanı Rayon İcra və probasiya Şöbəsinin 09.04.2018-ci il tarixli 69859/18-18-18 saylı sifariş məktubu əsasında Cavabdeh1 MMC tərəfindən ipoteka predmeti olmuş əmlakın ilkin satış qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmiş, ipoteka predmetinə 13.04.2018-ci il tarixdə baxış keçirilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 35.000 manata qiymətləndirilmiş və bu barədə 04.05.2018-ci il tarixdə 18-151 №-li Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat tərtib edilmişdir. Nəticə etibarilə Maraqlı şəxs1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 16.08.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli Çıxarışla mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evi Maraqlı şəxs1 adına 16.08.2018-ci il tarixdə yazılmışdır. 11.09.2019-cu il tarixli ƏEM/S 22-826/19 saylı Əmlak Ekspert Mərkəzinin rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evi 04 may 2018-ci il tarixinə 93.500 manat qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-14724/2019 nömrəli qərardadının icrası ilə bağlı "xxxx" MMC tərəfindən tərtib olunmuş 04 mart 2020-ci il tarixli 0284/20/Mİ nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində istifadədə olan 0.00785 HA torpaq sahəsi üzərində yerləşən Maraqlı şəxs1 mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 49,4 kv.m ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 25000 manat təşkil edir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 7-ci maddəsinin 1 -ci və 2-ci hissələrinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun 8-ci maddəsinin 1 -ci hissəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspertqiymətləndirilməsini təyin etmək hüququ vardır. Birinci instansiya məhkəməsi iş materiallarında olan 11.09.2019-cu il tarixli ƏEM/S 22-826/19 saylı Əmlak Ekspert Mərkəzinin rəyinə istinad edərək, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evini 04 may 2018-ci il tarixinə 93.500 manat dəyərində qiymətləndirmişdir və iddia tələbinin təmin edilməsi barədə qətnmaə qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmır və qeyd edir ki, rəydə ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin dəyəri həddən artıq yüksək məbləğdə hesablanmışdır.. Ona görə də işin apelyasiya baxışı zamanı yenidən mütəxəssisin rəyinin təqdim olunmasını zəruri hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-14724/2019 nömrəli qərardadının icrası ilə bağlı "xxxx" MMC tərəfindən tərtib olunmuş 04 mart 2020-ci il tarixli 0284/20/Mİ nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində istifadədə olan 0.00785 HA torpaq sahəsi üzərində yerləşən Maraqlı şəxs1 mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 49,4 kv.m ümumi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 25000 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evininilkin satış qiymətinin müəyyənləşdirilməsinə dair Cavabdeh1 MMC-nin 04.05.2018-ci il tarixli 18-151 saylı Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın etibarsız hesab olunması və həmin əmlakın ilkin bazar qiymətnin mütəxəssis rəyinə uyğun olaraq 93500 manat müəyyən olunması işin faktiki hallarına uyğun deyildir. İş materiallarında olan "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin Hərracın yekunları barədə 01.08.2018-ci il tarixli Y-258 №-li protokolun surətindən görünür ki, İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evi 35.000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, «İpoteka haqqında» Qanunun 43.5 və 43.7ci maddələrinə əsasən ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə daha 25% endirməklə, nəticədə 22.313 manat qiymətlə Maraqlı şəxs1 satılmışdır. İşin apelyasiya baxışı zamanı yaşayış evinin qiymətləndirməsinə əsasən də onun həqiqi bazar dəyəri 25 000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin hallarını və qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbləri pozulmadığından İddiaçı - cavabdeh “Səraf-N» MMC-yə, "xxxx" MMC-yə (maraqlı şəxslər: Maraqlı şəxs1 və Suraxanı rayon İcra Şöbəsi) qarşı “qiymətləndirmə barədə hesabatın və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi” tələbi təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iddia rədd olunmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM- nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-nın 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alıb, məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi rədd olunduğundan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumundan, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-yə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat və işin apelyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən aparılan qiymətləndirmə tədqiqatının dəyəri olan 200 manat məsrəfdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin kollegiya qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilən 11.09.2019-cu il tarixli ƏEM/S 22-826/19 saylı ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçıdan tutulub "xxxx" MMC-in hesabına (VÖEN: **********; hesab N AZN: AZ30GUNA********************: BANK: "xxxx" ASC, VÖEN:**********; Müxbir hesab: AZ25NABAZ********************; KOD: 505594; SWİFT:GUNAAZ22) və işin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan tutulub “"xxxx" MMC-nin hesabına (VÖEN **********, "xxxx" ASC Neftçilərfilialı, Bankın Kodu 507376, VÖEN: **********, Müxbir hesab: AZ27NABZ********************;S.W.İ.F.T.BİC:JBBKAZ22; H/h: AZ82JBBK**********1147293A67) keçirilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli 2(009)- 307/2019 nömrəli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilən 11.09.2019-cu il tarixli ƏEM/S 22-826/19 saylı ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçıdan tutulub "xxxx" MMC-in hesabına (VÖEN: **********; hesab N AZN: AZ30GUNA********************: BANK: "xxxx" ASC, VÖEN:**********; Müxbir hesab: AZ25NABAZ********************; KOD: 505594; SWİFT:GUNAAZ22) və işin apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan tutulub “"xxxx" MMC-nin hesabına (VÖEN **********, "xxxx" ASC Neftçilərfilialı, Bankın Kodu 507376, VÖEN: **********, Müxbir hesab: AZ27NABZ********************;S.W.İ.F.T.BİC:JBBKAZ22; H/h: AZ82JBBK**********1147293A67) ödənilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-741/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-741/2020
23.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver